Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
      Çap versiyası  ;  PDF
       
      Malın təhvil verilməsi və pulunun ödənilməsi

       

      Sual 1586: Mənim qohumlarımdan olan bir şəxsin bir böyrəyi öz funksiyasını tam itirdi və kənar bir şəxs öz böyrəklərindən birini müəyyən qiymətə ona verməyə hazır olduğunu bildirdi. Amma lazımi analizlərdən sonra bu şəxsin böyrəyinin xəstəyə köçürülməsinin qabil olmadığı məlum oldu. Bir neçə gün öz işindən qaldığına görə bu şəxs razılaşdırılan məbləği xəstədən tələb edə bilərmi?
      Cavab: Əgər razılaşdırılan məbləğ böyrəyin verilməsi qarşılığında olarsa və bu şəxsin böyrəyi onun bədənindən götürüldükdən sonra böyrəyin xəstəyə köçürülməsinin qabil olmadığı məlum olarsa, bu şəxs razılaşdırılan qiymətin hamısını tələb edə bilər, baxmayaraq ki, xəstə onun böyrəyindən istifadə etməmişdir. Amma əgər böyrək bu şəxsin bədənindən götürülməmişdən qabaq məsələ məlum olarsa və xəstə bu şəxsi məlumatlandırarsa, onun xəstədən bir şey tələb etməyə haqqı yoxdur.

       

      Sual 1587: Mən öz yaşayış mənzilimi adi sənədlə satdım və pulun bir hissəsini də aldım. Qərara alındı ki, pulun qalan hissəsini ev rəsmi şəkildə alıcının adına keçirilən zaman ondan alacağam. Amma indi mənzilimi satdığıma görə peşman olmuşam, digər tərəfdən isə alıcı evi boşaltmağımı təkidlə tələb edir. Bu məsələnin hökmü nədir?
      Cavab: Əgər sövdələşmə şəri baxımdan düzgün şəkildə baş tutubsa, satıcı üçün sövdələşməni pozmaq haqqı yaranmadığı təqdirdə, o, ancaq peşman olduğuna və satılan mala ehtiyacı olduğuna görə malı alıcıya təhvil verməkdən boyun qaçıra bilməz.

       

      Sual 1588: Karxanadan daşları təhvil almaqdan ötrü Daş Karxanaları İdarəsindən zəmanət sənədi aldım. Amma malı təhvil aldıqdan sonra məlum oldu ki, daşın son və dəqiq qiyməti müəyyən edilməyibdir. Daşın qiymətinin müəyyən edilməsi üçün idarəyə müraciət etdim. Mənə dedilər ki, daşın qiyməti tez bir zamanda cüzi dəyişiklik ilə idarə tərəfindən elan ediləcəkdir. Amma idarə daşın qiymətini əvvəlki qiymətin bir neçə misli qədər elan etdi, mən də bu qiyməti qəbul etmədim. Nəzərə alsaq ki, həmin müddət ərzində mən daşları kəsib satmışdım, bu məsələnin hökmü nədir?
      Cavab: Sövdələşmənin düzgün olması şərtlərindən biri də, satılan malın və onun qiymətinin elə bir şəkildə müəyyən edilməsidir ki, “ğərər” (yəni malın xüsusiyyətlərinin məlum olmaması) və “cəhl” (məlumatsızlıq) aradan qalxmalıdır. Buna görə də, əgər daşların təhvil alındığı gün sövdələşmə şəri baxımdan düzgün şəkildə baş tutmayıbdırsa, alıcı daşları kəsib satdığı günün qiymətinə bu daşlara zamindir.

       

      Sual 1589: Bir şəxs öz qızından ev almış və evin pulunu da qızına vermişdir, amma ev qadının ərinin istifadəsindədir. Əri qadını bilərəkdən incidir və hədəyir ki, əgər bu sövdələşməni inkar etməzsə, onu boşayacaqdır. Bu səbəbdən də evin təhvil verilməsində problem yaranmışdır. Evi təhvil vermək, yaxud onun pulunu geri qaytarmaq evi satan bu qadının öhdəsindədir, yoxsa onun ərinin öhdəsindədir?
      Cavab: Satılan malı təhvil vermək, yaxud malın pulunu alıcıya geri qaytarmaq satıcıya vacibdir.

       

      Sual 1590: Mən bir evi adi sənədlə aldım və satıcı qarşısında şərt qoydum ki, notariusa gəlib evi rəsmi şəkildə mənim adıma keçirməlidir. Amma satıcı öz öhdəliyinə əməl etmədi və evi mənə təhvil verməkdən, habelə, evi rəsmi şəkildə mənim adıma keçirməkdən imtina etdi. Bu işi görməsini ondan tələb etmək haqqım vardırmı?
      Cavab: Əgər sizin aranızda baş tutan və barəsində adi müqavilə tənzimlədiyiniz sövdələşmə şəri baxımdan düzgün olan alğı-satqı olubdursa, satıcının sövdələşmədən dönmək və sövdələşməyə əməl etməkdən imtina etmək kimi bir haqqı yoxdur. Əksinə, o, şəri baxımdan evi sizə təhvil vermək və evin rəsmi şəkildə sizin adınıza keçməsi üçün gərəkli olan işləri görmək vəzifəsini daşıyır. Müqaviləyə əməl etməsini ondan tələb etmək haqqınız vardır.

       

      Sual 1591: Satıcı və alıcı arasında baş tutan ticarət sövdələşməsi əsasında alıcı öhdəsinə götürmüşdür ki, aldığı malın pulunu həftəlik olaraq hissə-hissə ödəyəcəkdir. Alıcı satıcıya hər dəfə ödədiyi məbləği öz dəftərində qeyd edirmiş. Satıcı da alıcıdan hər dəfə aldığı məbləği öz dəftərində qeyd edirmiş, həmçinin alıcının dəftərində aldığı hər məbləğin altında imza çəkirmiş. Təxminən dörd ay keçdikdən sonra alıcının hissə-hissə ödədiyi pulların hesabını aparırlar və məlum olur ki, alıcının borcunun məbləği barəsində ixtilaf mövcuddur. Alıcı ixtilaflı məbləği ödədiyini iddia edir, amma satıcı bunu inkar edir. Nəzərə alsaq ki, ixtilaflı məbləğ iki dəftərin heç birində qeyd edilməyibdir, bu məsələnin hökmü nədir?
      Cavab: Əgər alıcının sözügedən ixtilaflı məbləği satıcıya verdiyinə dair iddiası sübuta yetərsə, alıcının öhdəsində heç nə yoxdur. Əks təqdirdə, bu məbləği aldığını inkar edən satıcının sözü öndə tutulacaqdır.

       

    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /