Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Müamilənin müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
      Müamilənin müxtəlif məsələləri
       
      Sual 1539: Bəzi şəxslər öz mallarını başqa bir şəxsə bu şərtlə satırlar ki, həmin malı alıcının aldığı qiymətdən baha qiymətə ondan alacaqlar. Bu müamilə düzgündürmü?
      Cavab: Bu növ müamilə formal olub sələmli borc almaqdan ötrüdür, buna görə də, haramdır və düzgün deyildir. Amma əgər şəxs öz malını ciddi və şəri baxımdan düzgün şəkildə satarsa, sonra həmin malı eyni qiymətə və ya baha qiymətə alıcıdan nağd və ya nisyə qiymətə almaq istəyərsə, maneəsi yoxdur.
       
      Sual 1540: Bəzi tacirlər başqa tacirlərin əvəzindən bank kredit sənədləri vasitəsilə mal idxal edir və malın sənədlərini aldıqdan sonra da o tacirlərin əvəzindən malın pulunu banka ödəyirlər. Bu işin qarşılığında isə, öncədən razılaşdırılan müəyyən məbləğ faizi o tacirlərdən alırlar. Bu müamilə düzgündürmü, yoxsa yox?
      Cavab: Əgər bir tacir malı özü üçün idxal edərsə və sonra malın qiymətinin faizi nisbətində müəyyən olunan mənfəət ilə bu malı istədiyi bir şəxsə satarsa, maneəsi yoxdur. Həmçinin əgər bir tacir mal idxalı barəsində ona müraciət edən şəxs üçün malın qiymətinin faizi nisbətində müəyyən olunan əvəz və zəhmət haqqı ilə “cualə”[1] şəklində mal idxal edərsə, maneəsi yoxdur. Amma əgər müraciət edən şəxs tərəfindən vəkil olaraq və vəkilliyə görə zəhmət haqqı alaraq mal idxal edərsə, vəkilliyin düzgünlüyü üçün zəhmət haqqı əvvəlcədən müəyyən edilməlidir.
       
      Sual 1541: Həyat yoldaşım vəfat etdikdən sonra ev əşyalarından bəzilərini satdım və onların pulu üzərinə bir qədər də pul qoyub başqa əşyalar aldım. İkinci həyat yoldaşımın evində bu əşyalardan istifadə etməyimə icazə verilirmi?
      Cavab: Əgər satdığınız əşyalar sizin əmlakınız idisə, onların pulu ilə aldığınız əşyalar da sizin əmlakınız hesab olunacaqdır. Əks təqdirdə, onların satışı digər varislərin icazəsinə bağlıdır.
       
      Sual 1542: Bir şəxs bir ticarət obyektini icarəyə götürmüşdür, amma bu ticarət obyektinin sahibi Şəhər İcra Hakimiyyətindən tikinti lisenziyası almadan onu tikmişdir. Şəhər İcra Hakimiyyəti isə bu məkanda qanunsuz tikintiyə görə cərimə tələb edir. Bu cəriməni icarəçi verməlidir, yoxsa tikinti lisenziyası almadan ticarət obyekti tikən obyekt sahibi?
      Cavab: Bu cəriməni vermək qanunsuz tikinti işi görən obyekt sahibinin öhdəsindədir.
       
      Sual 1543: Mən bir şəxsdən bir torpaq sahəsi almışam ki, o, bu torpaqdan istifadə edir və əkin əkirdi və onu əvvəlki hökumətin torpaq islahatı qanunu əsasında əldə etmişdi. Amma satıcının bu torpaq sahəsinin şəri sahibi olub-olmadığını bilmirəm. O, xeyli vaxtdır ki, vəfat etmişdir. İndi isə onun varisləri məndən bu torpaq sahəsinin pulunu tələb edirlər. Bu məsələnin hökmü nədir?
      Cavab: Torpaq islahatına dair qanunun şamil olduğu torpaqların məsələsi İslam Şurası Məclisinin və Dövlət Məsləhət Şurasının qanuna tabedir.
       
      Sual 1544: Mən bir şəxsdən bir mülk almış və onu başqa bir şəxsə satmışam. Amma satıcı müamilə müqaviləsini məndən aldıqdan sonra həmin mülkü başqa bir şəxsə yenidən satmışdır. Elə düşünmüşdür ki, müamilə sənədini məndən aldığını mən sübut edə bilməyəcəyəm. Mənim etdiyim müamilə düzgündür, yoxsa onun etdiyi müamilə?
      Cavab: Əgər hansısa bir mal mal sahibindən şəri baxımdan düzgün şəkildə alınarsa, satılan malın ixtiyar sahibi alıcıdır və alıcı onu istədiyi şəxsə sata bilər, etdiyi müamilə də düzgündür. Birinci satıcının bu maldan istifadə etmək haqqı yoxdur və onun bu malı yenidən başqasına satması “füzuli müamilə”dir, müamilənin düzgünlüyü birinci alıcının icazəsinə bağlıdır.
       
      Sual 1545: Mən qardaşım övladına söz vermişdim ki, pulunu mənə tam ödədikdə torpaqlarımın bir hissəsini ona satacağam. Amma bəzi idarə problemlərinə görə mən müamilədən qabaq torpaq sahəsini onun adına rəsmi qeydiyyata saldım və onun özü də torpağın sahibi olmadığını iqrar etdi. Amma bir müddətdən sonra torpaq sahəsinin onun adına rəsmi qeydiyyatda olduğunu əsas götürərək torpaq sahəsini məndən istədi. Mən onun istəyini həyata keçirməliyəmmi?
      Cavab: Torpaq sahəsini aldığını iddia edən şəxs onu şəri baxımdan düzgün şəkildə aldığını sübut etməyənədək, bu torpaq sahəsində onun heç bir haqqı yoxdur. Əgər torpaq sahəsi onun adına rəsmi qeydiyyata salındığı vaxt onun sahibi olmadığını açıq şəkildə söyləyibdirsə, bu torpağın rəsmi sənədinə əsaslana bilməz.
       
      Sual 1546: Bizim idarənin kooperativ şirkəti bir şəxsin mülkü olan torpaq sahəsinə sahiblənərək onu idarə işçiləri arasında bölüşdürmüşdür. Bu şirkət idarə işçilərindən müəyyən məbləğ pul almışdır və bu pulları torpağın sahibinə verib, onun razılığını əldə etdiyini iddia edir. Amma bəzi işçilər iddia edirlər ki, torpaq sahibinin razı olmadığını birbaşa onun özündən eşidiblər. Digər tərəfdən, bu torpaqda məscid və yaşayış evləri tikilmişdir. Deyilənləri nəzərə alaraq, sualım budur ki:
      1) Məscidin ərazisi və onun tikintisinin davam etdirilməsi üçün torpağın sahibindən icazə almağa ehtiyac vardırmı, yoxsa yox?
      2) Bu torpaq sahəsində özlərinə ev tikən idarə işçilərinin vəzifəsi nədir?
      Cavab: Əgər sübut olunsa ki, kooperativ şirkətin nümayəndələri (yəni torpaq sahəsini onun sahibindən almaq vəzifəsini daşıyan şəxslər) düzgün şəkildə müamilə edib və torpaq sahibinin razılığını əldə ediblər, şirkətin nümayəndələri tərəfindən bu torpaq sahəsinin onun sahibindən alışı düzgündür. Həmçinin əgər torpaq sahəsini idarə işçiləri arasında bölüşdürərkən iddia etsələr ki, bu torpaq sahəsini şəri şəkildə onun sahibindən alıblar, onların sözünün yalan olduğu sübuta yetməyənədək, onların sözü və onlar tərəfindən torpağın bölüşdürülməsi düzgündür. Bu bölgü etibarlı sayılır və sözügedən şirkətdən torpaq payı alan idarə işçilərinin öz torpaq paylarından istifadə etmələrinin maneəsi yoxdur. Həmçinin bu torpaq sahəsinin bir hissəsində bu hissədə şərik olan şəxslərin icazəsi ilə məscid tikilməsinin maneəsi yoxdur.
       
      Sual 1547: Bir şəxs şəhidin həyat yoldaşından istəmişdir ki, avtomobil almaqda şəhid övladlarına verilən imtiyaz üçün müraciət etsin və bu yolla bu şəxs özünə maşın alsın. Şəhidin həyat yoldaşı da şəhid övladlarının qəyyumu ünvanında bu şəxslə razılaşmışdır. Amma maşını aldıqdan sonra şəhid övladları bu maşının onlara aid olduğunu iddia etmiş və bildirmişlər ki, bu maşın onlara verilən imtiyaz ilə alınmışdır. Bu iddiaya əhəmiyyət verilməlidirmi?
      Cavab: Əgər maşını satan tərəf onu alıcının özünə satıbdırsa - hətta maşın almaq imtiyazı şəhadətnaməsini təqdim etməklə olsa belə - və alıcı da maşını özü üçün öz malı ilə alıbdırsa, maşın alıcının əmlakı hesab olunur. Amma alıcı şəhid ailəsinə verilən imtiyazın qiymətinə zamindir.
       
      Sual 1548: Mən torpaq sahibinin vəkili olaraq bir torpaq sahəsini adi (qeyri-rəsmi) sənədlə bir şəxsə satdım və pulun bir hissəsini alıcıdan aldım. Qərara alındı ki, alıcı pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsi onun adına rəsmi qeydiyyata salınacaqdır. Amma alıcı pulun qalan hissəsini ödəmədi, nəticədə, torpaq sahəsi məni vəkil tutan şəxsin adına rəsmi qeydiyyatda qaldı və indiyədək də notariusda alıcının adına rəsmi qeydiyyata salınmayıbdır. Amma bu müddət ərzində alıcı bu torpaq sahəsində icazəsiz şəkildə bir neçə ticarət obyekti və mağaza tikmişdir. Bu səbəbdən də, gözlənilməyən vergilər, o cümlədən, icarə və kooperativ vergiləri gəlmişdir. Halbuki, on iki il öncə adi sənədlə satılan bu torpaq sahəsi boş bir yer idi. Bundan əlavə, müamilə müqaviləsində aydın şəkildə qeyd edilmişdir ki, torpaq sahəsi alıcının adına rəsmi qeydiyyata salındıqdan sonra bütün xərclər alıcının öhdəsində olacaqdır. İndi sözügedən vergilər şəri baxımdan satıcının öhdəsindədir, yoxsa alıcının?
      Cavab: Torpaq sahəsinin özünə və ya onun satışına aid olan vergilər və xərclər satıcının öhdəsindədir. Amma bu torpaq sahəsində tikilən tikililərə, yaxud tikintiyə görə torpaq sahəsinə aid olan vergilər və xərclər alıcının öhdəsindədir, belə ki, orada sözügedən ticarət obyektlərini və mağazaları o tikmişdir. Əgər müamilə əqdi əsnasında şərt qoyulsa və razılaşma əldə edilsə ki, xərclər müamilənin bir tərəfinin (satıcı və ya alıcının) öhdəsində olacaqdır, bu şərtə əməl olunmalıdır.
       
      Sual 1549: Qiymət, müamilənin şərtləri və kreditlər barəsində iki tərəf arasında razılaşma əldə edildikdən sonra bir şəxs başqa bir şəxsdən bir yaşayış evini nağd və kredit şəklində almışdır. Sonra isə alıcı həmin evi həmin şərtlər ilə başqa bir şəxsə satmışdır, bu şərtlə ki, kreditin qalanını ödəmək ikinci alıcının öhdəsində olacaqdır. Belə olduğu təqdirdə, birinci satıcı müamilənin şərtlərini və əvvəlki müqaviləni dəyişdirə bilərmi?
      Cavab: Müamilə baş tutduqdan sonra satıcının müamilə qərarından dönmək və onun şərtlərini dəyişdirmək haqqı yoxdur. Aldığı malın kreditlərini ödəməmişdən qabaq alıcının bu malı başqa bir şəxsə satmasının isə maneəsi yoxdur. Amma kreditin qalanını ikinci alıcının ödəməsini şərt qoymaq düzgün deyildir. Yox əgər birinci satıcı bu şərti qəbul edərsə, bu şərti qoymaq olar.
       
      Sual 1550: Mağazaların birində satışa bir televizor qoyulmuşdur, belə ki, püşk kimin adına çıxacaqsa, bu televizor həmin şəxsə satılacaqdır. Mən də daxil olmaqla yüz otuz nəfər püşkatmada iştirak etmiş və püşk mənim adıma çıxmışdır. Mən də televizoru aldım. Bu müamilə düzgündürmü? Mən ondan istifadə edə bilərəmmi?
      Cavab: Əgər püşk sizin adınıza çıxdıqdan sonra müamilə baş tutubsa, bu müamilənin və alınan maldan istifadə etməyin maneəsi yoxdur.
       
      Sual 1551: Bir şəxs öz torpaq sahəsini başqa bir şəxsə satmış, alıcı da həmin torpaq sahəsini üçüncü bir şəxsə satmışdır. Nəzərə alsaq ki, bu torpaq sahəsi hər dəfə müamilə edildikdə mövcud qanuna görə dövlət rüsumu ödənməlidir, satıcının bu torpaq sahəsini birinci alıcının adına rəsmi qeydiyyata salması və sonra alıcının bu torpaq sahəsini ikinci alıcının adına rəsmi qeydiyyata salması vacibdirmi? Yoxsa bu torpaq sahəsini birbaşa ikinci alıcının adına rəsmi qeydiyyata salmaq olar, beləliklə də, birinci alıcı müamilənin rüsumu və vergisindən azad ola bilər? Əgər satıcı satılan torpaq sahəsini birinci alıcının adına rəsmi qeydiyyata salarsa, birinci alıcıdan alınan rüsuma və vergilərə görə ona dəyən maddi ziyana zamindirmi, yoxsa zamin deyildir? Satıcı, satılan torpaq sahəsinin birbaşa ikinci alıcının adına rəsmi qeydiyyata salınmasına dair birinci alıcının istəyini həyata keçirməlidirmi?
      Cavab: Qanuna zidd olmadığı təqdirdə, satıcı satılan torpaq sahəsini birinci və ya ikinci alıcının adına rəsmi qeydiyyata salmaqda ixtiyarlıdır. O, mövcud qanuna müvafiq əməl etmək xüsusunda alıcının onunla razılığa gəlməsini alıcıdan istəyə bilər. Torpaq sahəsi birinci alıcının adına rəsmi qeydiyyata salındığı təqdirdə, satıcı ondan alınan rüsum və vergiyə zamin deyildir. Həmçinin torpaq sahəsinin birbaşa ikinci alıcının adına rəsmi qeydiyyata salmasına dair birinci alıcının istəyini həyata keçirmək ona vacib deyildir.

      1. Cualə - bir öhdəlikdir və burada şəxs elan edir ki, kim onun üçün müəyyən bir işi görərsə, müəyyən məbləğdə zəhmət haqqı alacaqdır. Məsələn, elan edir ki, kim mənim itən əşyamı taparsa, ona filan məbləğdə pul verəcəyəm.
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /