Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
      Çap versiyası  ;  PDF
       
      Füzuli sövdələşmə[1]

       

      Sual 1478: Mən əkin sahəsinin bir hissəsini qardaşımdan “şərt sövdələşməsi”[2] şəklində almışam. Amma qardaşım həmin hissəni yenidən başqa bir şəxsə satıbdır. Onun ikinci sövdələşməsi düzgündürmü?
      Cavab: Əgər birinci sövdələşmə şəri baxımdan düzgün qaydada baş tutubsa, birinci sövdələşməni pozmadan satıcının həmin yeri başqa bir şəxsə satmaq haqqı yoxdur. Əgər bu işi görərsə, ikinci sövdələşmə “füzuli”dir və (sövdələşmənin düzgünlüyü) birinci alıcının icazəsinə bağlıdır.

       

      Sual 1479: Bir kooperativ şirkətin üzvləri yaşayış üçün torpaq sahəsi almış və onun pulunu özləri ödəmişlər, amma torpaq sahəsinin sənədi şirkətin adına rəsmi qeydiyyata salınıbdır. Torpaq sahəsinin alışında və pulunun ödənilməsində iştirakı olmayan şirkətin idarə heyəti bu yaxınlarda şirkətin üzvləri olmuş və əvvəlki üzvlərin razılığını əldə etmədən sözügedən torpaq sahəsini onun həqiqi qiymətindən aşağı qiymətə satmışlar. Bu sövdələşməyə icazə verilirmi?
      Cavab: Əgər müəyyən şəxslər özlərinin pulu ilə bir torpaq sahəsini özləri üçün alıblarsa, bu torpaq sahəsi onların mülküdür və başqalarının onda heç bir haqqı yoxdur. Bu torpaq sahəsinin sahiblərinin icazəsi olmadan şirkətin idarə heyətinin onu başqalarına satmaları “füzuli sövdələşmə”dir. Amma əgər şirkətin əvvəlki üzvləri bu torpaq sahəsini “hüquqi şəxs” sayılan həmin şirkətin sərmayəsi ilə şirkətin özü üçün almışlarsa, bu torpaq sahəsi kooperativ şirkətin əmlakı hesab olunacaqdır. Belə olduğu təqdirdə, şirkətin idarə heyəti şirkətin qanunları əsasında ondan yararlana bilərlər.

       

      Sual 1480: Bir şəxs səfərə gedərkən evini satmaqda qardaşını özünə rəsmi vəkil edir. Qardaşı bu evi hətta özünə də sata bilərdi. Amma bu şəxs səfərdən qayıtdıqdan sonra evini satmaq qərarından dönür və qərarından döndüyünü şifahi şəkildə qardaşına məlumat verir. Amma qardaşı sözügedən rəsmi vəkilliyi əsas götürüb evi öz adına qeydiyyata salır, halbuki, vəkil tutan şəxsə (yəni qardaşına) nə evin pulunu vermişdir, nə də evi ondan təhvil almışdır. Bu sövdələşmə düzgündürmü?
      Cavab: Əgər məlum olsa ki, vəkil vəkillikdən çıxarıldığı barədə - hətta şifahi şəkildə - məlumat aldıqdan sonra evi özünə satmışdır, sövdələşmə füzulidir və onun düzgünlüyü vəkil tutan şəxsin icazəsinə bağlıdır.

       

      Sual 1481: Əgər mal sahibi öz malını bir şəxsə satsa, sonra birinci sövdələşməni pozmağa haqqı olmadığı halda həmin malı yenidən başqa bir şəxsə satsa, onun bu sövdələşməsi düzgündürmü? Əgər satılan mal onun əlində olsa, ikinci alıcı ikinci sövdələşməyə əsaslanaraq onu tələb edə bilərmi?
      Cavab: Malın birinci satışı başa çatdıqdan sonra birinci alıcının icazəsi olmadan onu yenidən başqa bir şəxsə satmaq füzuli sövdələşmədir və sövdələşmənin düzgünlüyü birinci alıcının icazəsinə bağlıdır. Əgər o, ikinci sövdələşməyə icazə verməzsə, malı harada görsə, götürə bilər. İkinci alıcının bu malı satıcıdan tələb etməyə haqqı yoxdur.

       

      Sual 1482: Bir şəxs bir torpaq sahəsini başqa bir şəxsin pulu ilə almışdır. Bu torpaq sahəsi onun mülkü sayılır, yoxsa pul sahibinin mülkü sayılır?
      Cavab: Əgər torpaq sahəsini başqa şəxsin birbaşa pulu ilə alıbdırsa, pul sahibi sövdələşməyə icazə verdiyi təqdirdə, sövdələşmə onun tərəfindən baş tutmuşdur və alıcının bu torpaq sahəsində heç bir haqqı yoxdur. Yox əgər icazə verməzsə, sövdələşmə pozulmuşdur və düzgün deyildir. Amma əgər alıcı torpaq sahəsini özü üçün və (onun pulunu ödəyəcəyini) boynuna götürərək alarsa, sonra onun pulunu başqa şəxsin pulu ilə ödəyərsə, bu halda torpaq sahəsi alıcının mülkü olacaqdır, amma onun pulunu satıcıya borcludur. Həmçinin satıcıya verdiyi o şəxsin puluna da zamindir. Satıcı da ilk əvvəldə torpaq sahəsinin dəyəri ünvanında aldığı pulu pul sahibinə qaytarmalıdır.

       

      Sual 1483: Əgər bir şəxs başqa bir şəxsin malını “füzuli sövdələşmə” ilə satsa və pulunu alıb öz ehtiyaclarına sərf etsə, amma uzun müddət keçdikdən sonra bu malın əvəzini mal sahibinə vermək istəsə, bu şəxs malın satışından əldə etdiyi məbləğdə pulu mal sahibinə verməlidir? Yoxsa malın o dövrdəki qiymətini verməlidir? Yaxud da malın əvəzini vermək istədiyi günün məzənnəsi ilə onun qiymətini verməlidir?
      Cavab: Əgər mal sahibi sövdələşməyə icazə verdikdən sonra malın pulunu da həmin şəxsin təhvil almasına icazə verərsə, bu şəxs malın pulunu günün məzənnəsi ilə mal sahibinə verməlidir. Yox əgər mal sahibi sövdələşməni qəbul etməzsə, mümkün olduğu təqdirdə, malın özünü mal sahibinə qaytarmalıdır. Malın özünü mal sahibinə qaytarmaq mümkün olmadığı təqdirdə isə, malın əvəzini – ya onun oxşarını, ya da dəyərini – mal sahibinə verməlidir. Əhvətə görə, alğı-satqı zamanı ilə pulu qaytardığı zaman arasındakı qiymət fərqi barəsində mal sahibi ilə razılığa gəlsin.
       

      [1] Şəxsin icazəsi olmadan onun tərəfindən edilən müamilə.
      [2] Şərt müamiləsi – Bu müamilə əqdinin mətnində şərt olaraq qeyd edilir ki, əgər müəyyən müddət ərzində satıcı malın pulunun hamısını və ya bir hissəsini alıcıya qaytararsa, satıcının müamiləni pozmaq ixtiyarı vardır.
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /