Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
      • Beşinci dərs: Sular
      • Altıncı dərs: Təxəlli
        Çap versiyası  ;  PDF
         
        Altıncı dərs: Təxəlli[1]

         

        Təxəllinin hökmləri
        1. Qibləyə tərəf olmamaq
        1. Təxəlli zamanı insan üzü və ya arxası qibləyə tərəf ol­mamalıdır.
        2. Ehtiyat-vacibə görə, uşaq təxəlli üçün üzü və ya arxası qibləyə tərəf otuzdurulmasın. Amma əgər uşağın özü üzü və ya arxası qibləyə tərəf oturarsa, onun qarşısını almaq vacib deyildir.
         
        2. Övrəti (ayıb yerləri) başqalarından örtmək
        Həyat yoldaşı istisna olmaqla, insan təxəlli zamanı, eləcə də başqa hallarda öz övrətini başqa insanlardan – istər qadın, istərsə də kişi olsun, yaxud istər məhrəm, istərsə də naməhrəm olsun – hətta yaxşı ilə pisi ayırd edə bilən uşaqdan örtməlidir.
         
        3. Təxəlli zamanı məkruh olan bəzi işlər:
        - Ayaq üstə bövl etmək[2];
        - Bərk torpağa və heyvanların yuvasına bövl etmək;
        - Suya, xüsusilə də durğun suya bövl etmək;
        - Sidik və nəcisin ifrazının qarşısını almaq;
        - Yollarda, insanların gediş-gəliş yolunda və meyvə ağaclarının altında təxəlli etmək.
         
        İstibra
        1. Əgər kişi bövl etdikdən sonra “istibra” adlanan əməli yerinə yetirsə, bundan sonra sidik kanalından bir maye xaric olsa və onun sidik, yoxsa başqa bir maye olduğunu bilməsə, bu maye pak hökmündədir və bu barədə araşdırma aparmaq da lazım deyildir.
        2. İstibra etmək vacib deyildir. Hətta əgər istibra etməyin zərəri olsa, onu yerinə yetirməyə icazə verilmir. Amma əgər kişi istibra etməsə və bövl etdikdən sonra ondan bir maye xaric olsa və o, bu mayenin sidik, yoxsa başqa bir şey olduğunu bilməsə, bu maye sidik hökmündədir.
        3. İstibranın ən yaxşı qaydası budur: Bövl edib qurtardıqdan sonra əgər nəcisin xaric olduğu yer napak olubdursa, əvvəlcə ora yuyulub paklanır. Sonra sol əlin orta barmağı nəcisin xaric olduğu yerdən cinsiyyətin kök hissəsinədək üç dəfə çəkilir. Daha sonra baş barmaq cinsiyyətin üstünə və baş barmağın yanındakı barmaq onun altına qoyulub cinsiyyətin başınadək üç dəfə çəkilir. Sonda cinsiyyətin baş hissəsi üç dəfə sıxılır və sidiyin xaric olduğu yer yuyulur.
        4. Nəcisin xaric olduğu yeri pakladıqdan əvvəl və ya sonra edilən istibranın qaydası arasında heç bir fərq yoxdur.
        5. Əgər bir şəxs bövl etdikdən sonra istibra etsə və dəstəmaz alsa, sonra isə ondan bir maye xaric olsa və o, bu mayenin sidik, yoxsa məni olduğuna şəkk etsə, təharətin hasil olduğuna yəqin etməsi üçün o, həm qüsl etməli, həm də dəstəmaz almalıdır.
         
        Diqqət:
        • İnsandan xaric olan mayelər aşağıdakı qisimlərə ayrılır:
        - Vəzy: bəzən məni xaric olduqdan sonra insandan xaric olan maye;
        - Vədy: bəzən bövl etdikdən sonra insandan xaric olan maye;
        - Məzy: ər-arvad mazaqlaşdıqdan sonra xaric olan maye.
        • Qeyd olunan bu mayelərin hamısı pakdır və “təharət”i (qüsl və dəstəmazı) pozmur.
         
        İstinca (sidik və nəcisin xaric olduğu yerin paklanması)
        1. Sidiyin xaric olduğu yeri paklamağın qaydası
        1. Sidiyin xaric olduğu yer yalnız su ilə paklanır.
        2. Ehtiyat-vacibə görə, sidiyin xaric olduğu yer sidik aradan getdikdən sonra “qəlil su” ilə iki dəfə yuyulduqda paklanır.
         
        2. Nəcisin xaric olduğu yeri paklamağın qaydası
        1. Nəcisin xaric olduğu yeri iki qaydada paklamaq olar:
        Birinci qayda: Nəcis aradan gedənədək su ilə yuyulur. Nəcis aradan getdikdən sonra daha yumaq lazım deyildir.
        İkinci qayda: Üç ədəd daş, ya üç tikə pak parça və ya bu kimi şey­lərlə nəcis təmizlənir. Əgər üç ədəd daş, ya üç tikə pak parça və ya bu kimi şey­lərlə nəcis təmizlənməzsə, əlavə daş, parça və ya bu kimi şeylərlə tam təmizləmək lazımdır. Üç ədəd daş əvəzinə bir ədəd daşın üç yerindən və ya üç tikə parça əvəzinə bir parçanın üç yerindən istifadə etmək olar.
        2. Nəcisin xaric olduğu yer üç halda yalnız su ilə paklanır və onu daş və bu kimi şeylərlə paklamaq olmaz:
        - Nəcislə yanaşı qan kimi başqa bir “nəcasət” xaric olduqda;
        - Nəcisin xaric olduğu yer kənardan başqa bir nəcasətə bulaşdıqda;
        - Nəcisin xaric olduğu yer adi ölçüdən çox nəcisə bulaşdıqda (başqa sözlə desək, nəcisin xaric olduğu yerdən əlavə, başqa yerlər də nəcisə bulaşdıqda).
         
        Suallar:
        1- Həddi-büluğa çatmayan uşaqdan övrəti örtmək vacib­dirmi?
        2- Təxəlli zamanı məkruh olan işlər hansılardır?
        3- İstibranın hökmü nədir?
        4- İstibranın faydası nədir?
        5- İnsandan xaric olan mayelər hansılardır?
        6- Sidik və nəcisin xaric olduğu yer necə paklanır?
         

        [1] Ayaqyoluna getmək, sidik və nəcis ifrazı
        [2] Sidiyə çıxmaq
      • Yeddinci dərs: Nəcasətlər (1)
      • Səkkizinci dərs: Nəcasətlər (2)
      • Doqquzuncu dərs: Nəcasətlər (3)
      • Onuncu dərs: Mütəhhirat (1)
      • On birinci dərs: Mütəhhirat (2)
      • On ikinci dərs: Mütəhhirat (3)
      • On üçüncü dərs: Dəstəmaz
      • On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
      • On beşinci dərs: Dəstəmazın şərtləri (2)
      • On altıncı dərs: Dəstəmazın növləri
      • On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
      • On səkkizinci dərs: Qüsl
      • On doqquzuncu dərs: Qüslün şərtləri
      • İyirminci dərs: Cənabət qüslü
      • İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
      • İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
      • İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
      • İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
      • İyirmi beşinci dərs: Təyəmmüm
      • İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /