Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
      • Beşinci dərs: Sular
      • Altıncı dərs: Təxəlli
      • Yeddinci dərs: Nəcasətlər (1)
      • Səkkizinci dərs: Nəcasətlər (2)
      • Doqquzuncu dərs: Nəcasətlər (3)
      • Onuncu dərs: Mütəhhirat (1)
      • On birinci dərs: Mütəhhirat (2)
      • On ikinci dərs: Mütəhhirat (3)
      • On üçüncü dərs: Dəstəmaz
      • On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
      • On beşinci dərs: Dəstəmazın şərtləri (2)
      • On altıncı dərs: Dəstəmazın növləri
      • On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
      • On səkkizinci dərs: Qüsl
      • On doqquzuncu dərs: Qüslün şərtləri
      • İyirminci dərs: Cənabət qüslü
      • İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
      • İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
      • İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
      • İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
      • İyirmi beşinci dərs: Təyəmmüm
      • İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
        Çap versiyası  ;  PDF
         
        İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri

         

        Təyəmmümün şərtləri
        Üzərinə təyəmmüm edilən şeyin şərtləri:
        - Pak olmalıdır;
        - Mübah olmalıdır (qəsbi olmamalıdır).
         
        Təyəmmüm üzvlərinin şərti:
        - Təyəmmüm üzvlərində “maneə” olmamalıdır.
         
        Təyəmmümün qaydasının şərtləri:
        - Alına və əllərin üstünə yuxarıdan aşağıya doğru əl çəkilməlidir;
        - Tərtibə, yəni ardıcıllığa riayət olunmalıdır;
        - Muvalata riayət olunmalıdır, yəni təyəmmümün işləri fasiləsiz yerinə yetirilməlidir;
        - Mubaşirətə riayət olunmalıdır, yəni təyəmmümün işlərini insanın özü ixtiyari şəkildə yerinə yetirməlidir.
         
        Diqqət:
        • Üzərinə təyəmmüm edilən şey pak olmalıdır.
        • Üzərinə təyəmmüm edilən şey mübah olmalıdır (qəsbi olmamalıdır). Amma əgər insan bu şeyin mübah olduğunu bilməsə və ya qəsbi olduğunu unutsa, etdiyi təyəmmüm düzgündür.
        • Təyəmmüm üzvlərində “maneə” olmamalıdır. Odur ki, təyəmmüm edərkən üzüyü və bu kimi şeyləri əldən çıxartmaq lazımdır. Həmçinin əgər bu üzvlərə bir şey yapışsa və ya dərinin üzərini bir şey örtsə, təyəmmümdən öncə onu aradan qaldırmaq lazımdır.
        • Əlin üstündə və ya alında olan tüklər təyəmmüm üçün maneə sayılmır. Amma əgər başın saçları alına tökülsə, təyəm­müm zamanı onu kənara çəkmək lazımdır.
        • Əgər yara, sınıq və bu kimi səbəblərə görə təyəmmüm üzvü sarğı ilə bağlanıbsa və sarğını açmağın zərəri vardırsa və ya olduqca əziyyətlidirsə, sarğını açmadan təyəmmüm etmək lazımdır.
        • Alına və əllərin üstünə yuxarıdan aşağıya doğru əl çəkilməlidir.
        • Təyəmmüm bir qədər əvvəldə qeyd edilən ardıcıllıqla yerinə yetiril­məlidir. Ardıcıllığa riayət olunmadığı təqdirdə, təyəmmüm düzgün deyildir.
        Təyəmmümün işləri fasiləsiz yerinə yetirilməlidir. Əgər insan təyəmmümün işləri arasında o qədər fasilə etsə ki, ona “təyəmmüm edir” deyilməzsə, təyəmmüm düzgün deyildir.
        • Təyəmmümün işlərini insan özü ixtiyari şəkildə yerinə yetirməli və heç kimdən köməklik almamalıdır. Əgər bir şəxs iflic olduğuna görə və ya digər xəstəliklərlə əlaqədar özü təyəmmüm edə bilməsə, naib tutmalıdır. Naib şəxs təyəmmüm edən şəxsin öz əli ilə ona təyəmmüm etdirməlidir. Əgər belə etmək də mümkün olmasa, naib şəxs öz əllərini yerə vurmalı və bu şəxsin alnına və əllərinin arxasına çəkməlidir.
        • Təyəmmüm üzvlərinin (alının və əllərin üstünün) pak olması şərt deyildir, baxmayaraq ki, onların pak olması ehtiyata müvafiqdir.
         
        Təyəmmümün hökmləri
        1. Əgər üzərinə təyəmmüm etməyin düzgün olduğu şeylər tapılmasa, xalçanın, paltarın və bu kimi əşyaların üzərinə yığılan toza təyəmmüm etmək lazımdır. Əgər bunlar da tapılmasa, gil mövcud olduğu təqdirdə, onun üzərinə təyəmmüm etmək lazımdır. Əgər bunların heç birini əldə etmək mümkün olmasa (məsələn, insan təyyarədə olsa), ehtiyat-vacibə görə, namazı öz vaxtında dəstəmazsız və təyəm­mümsüz qılmaq, sonra dəstəmaz və ya təyəmmümlə namazın qəzasını qılmaq lazımdır.
        2. Şəri vəzifəsi təyəmmüm etmək olan şəxs, ehtiyat-vacibə görə, namaz vaxtı daxil olmamışdan qabaq namaz üçün təyəmmüm edə bilməz. Amma əgər namaz vaxtı daxil olmamışdan qabaq vacib və ya müstəhəb bir əməl üçün təyəmmüm etsə və namaz vaxtınadək təyəmmüm üçün olan üzrü aradan qalxmasa, bu təyəmmümlə namaz qıla bilər.
        3. Əgər bir şəxs namaz vaxtının axırınadək təyəmmüm üçün şəri üzrünün aradan qalxacağını bilsə, namaz vaxtının əvvəlində təyəmmüm edib namaz qıla bilməz. Bu şəxs üzrü aradan qalxanadək gözləməli, üzrü aradan qalxdıqdan sonra dəstəmaz alıb və ya qüsl edib namaz qılmalıdır.
        4. Əgər qüsl əvəzinə təyəmmüm edən bir şəxsdə hədəsi-əsğər baş versə (məsələn, sidiyə çıxsa), təyəmmüm üçün şəri üzrü aradan qalxmayanadək, o, ehtiyat-vacibə görə, təharətin şərt olduğu əməllər üçün qüsl əvəzinə yenidən təyəmmüm etməli və dəstəmaz da almalıdır. Əgər dəstəmaz ala bilmirsə, dəstəmaz əvəzinə də bir təyəmmüm etməlidir.
        5. Əgər insan su olmadığı üçün və ya başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdıqdan sonra təyəm­müm pozulur.
        6. Dəstəmazı pozan işlər dəstəmaz əvəzinə olan təyəm­mümü də pozur. Qüslü pozan işlər qüsl əvəzinə olan təyəmmümü də pozur.
        7. Əgər bir şəxs namaz vaxtının dar olduğuna görə dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etsə, namaz vaxtı başa çatdıqda bu təyəmmüm pozulur və sonrakı namaz üçün dəstəmaz almaq və ya qüsl etmək lazımdır.
        8. Namaz vaxtının dar olması səbəbi istisna olmaqla, əgər bir şəxs su olmadığına və ya digər səbəblərə görə qüsl əvəzinə təyəmmüm etsə, qüslün bütün şəri hökmləri bu təyəmmümə də aid olur. Deməli, insan cənabət qüslü əvəzinə etdiyi təyəmmümlə məscidə daxil ola, namaz qıla, Quranın yazısına toxuna və cənabətdən paklanmanın şərt olduğu digər əməlləri yerinə yetirə bilər.
        9. Əgər bir şəxs cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir. Amma başqa qüsllər (məsələn, məssi-meyit qüslü) əvəzinə təyəmmüm etdikdə, namaz üçün dəstəmaz almaq lazımdır. Dəstəmaz almaq mümkün olmadıqda, dəstəmaz əvəzinə daha bir təyəmmüm etmək lazımdır.
         
        Suallar:
        1- Təyəmmümün şərtləri hansılardır?
        2- Təyəmmüm edərkən üzüyü barmaqdan çıxartmaq lazım­dırmı?
        3- Əlin üstündə və alında olan tüklər təyəmmüm üçün maneə sayılırmı?
        4- Təyəmmüm üzvləri (alın və əllərin üstü) pak olmalıdırmı?
        5- Əgər bir şəxs namaz qılmaq üçün dəstəmaz ala bilməsə və təyəmmüm etmək imkanı da olmasa, nə etməlidir?
        6- Qüsl əvəzinə edilən təyəmmüm qüsl hökmündədirmi? Məsələn, bu təyəmmümlə məscidə daxil olmaq olarmı?
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /