Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
      • Beşinci dərs: Sular
      • Altıncı dərs: Təxəlli
      • Yeddinci dərs: Nəcasətlər (1)
      • Səkkizinci dərs: Nəcasətlər (2)
      • Doqquzuncu dərs: Nəcasətlər (3)
      • Onuncu dərs: Mütəhhirat (1)
      • On birinci dərs: Mütəhhirat (2)
      • On ikinci dərs: Mütəhhirat (3)
        Çap versiyası  ;  PDF
         
        On ikinci dərs: Mutəhhirat (3)

         

        Paklığın sübuta yetməsinin yolları
        Bir şeyin paklandığı üç yolla sübuta yetir:
        1. İnsanın özü napak bir şeyin paklandığına yəqin etməli və ya əmin olmalıdır;
        2. Bir şəxs (məsələn, ev sahibi, satıcı, xidmətçi) öz ixtiyarında olan əşyanın paklandığını söyləməlidir;
        3. İki ədalətli və etibarlı şəxs napak bir şeyin pak­landığını deməlidir.
         
        Diqqət:
        • Əgər büluğa çatmasına az vaxt qalan bir uşaq öz ixtiyarında olan bir şeyin pak olduğunu desə, onun sözünü qəbul etmək lazımdır. Başqa sözlə desək, onun bu barədə sözü etibarlı sayılır. Büluğa çatmasına hələ bir qədər vaxt qalan müməyyiz uşağın (yəni yaxşı və pisi ayırd edən uşağın) bu barədə sözünə gəlincə, bu halda ehtiyata riayət olunmalıdır.
         
        Paklıq qanunu
        1. Paklıq qanunu nədir?
        Ümumiyyətlə, paklıq-napaklıq baxımından qayda, əşyanın pak olduğunu qəbul etməkdir. Yəni bir şeyin napak olduğuna yəqin etməyənədək bu şey şəriət baxımından pak hökmündədir, soruşmaq və araşdırma aparmaq da lazım deyildir.
         
        2. Paklıq qanununun tətbiq edildiyi bir neçə nümunə
        1. Özünü həmişə napak edən bir uşağın yaş əli, ağzının su­yu və yeməyinin qalığının napak olduğuna yəqin etməyənədək, bunlar pak hökmündədir.
        2. Xov və ya tozun pak, yoxsa napak paltardan çıxdığı məlum olmadığı təqdirdə, bunlar pak hökmündədir. Həmçinin əgər xov və ya tozun napak paltardan çıxdığını bilsək, amma paltarın pak, yoxsa napak hissəsindən çıxdığını bilməsək, bunlar yenə də pak hökmündədir.
        3. Əgər quru təmizləməyə verilən paltarlar əvvəlcədən napak deyildisə, onlar pak hökmündədir, baxmayaraq ki, bu yerlərdə paltarların təmizlənməsi üçün kimyəvi maddələrdən istifadə edildiyini bilirik.
        4. Pak, yoxsa napak olduğunu bilmədiyimiz bir yerə tökülən sudan ətrafa sıçrayan damcılar pakdır.
        5. Şəhərin zibil yığan maşınlarından küçələrə tökülən su­yun pak, yoxsa napak olduğunu bilmədiyimiz təqdirdə, bu su pak hökmündədir. Həmçinin küçələrdə çalalara yığılan suyun pak, yoxsa napak olduğu məlum olmadığı təqdirdə, bu su pak hökmündədir.
        6. Murdardan (cəsəddən) hazırlanıb-hazırlanmadığı məlum olmayan dodaq boyası və bu kimi kosmetik əşyaların napaklığı şəri yollarla sübuta yetməyənədək pak sayılır və onlardan istifadə etməyin maneəsi yoxdur.
        7. Əgər ayaqqabının şəri kəsim olmayan heyvanın dərisindən tikildiyinə yəqinliyimiz olsa və ayaq da bu ayaqqabının içərisində tərləsə, bu halda ayaq napak olar və namaz qılmaq üçün ayağı suya çəkmək lazımdır. Amma əgər ayağın tərlədiyinə şəkk etsək və ya dərisindən ayaqqabı tikilən heyvanın şəri qaydada kəsildiyinə şəkk etsək, ayaq pak hökmündədir.
        8. Donuz tükündən hazırlanıb-hazırlanmadığı məlum ol­ma­yan rəsm fırçası pakdır, hətta paklığı şərt sayılan işlərdə ondan istifadə etmək olar.
        9. Müsəlman, yoxsa kafir olduğunu bilmədiyimiz bir şəxs pak hökmündədir və ondan dinini soruşmaq vacib deyildir.
        10. Kitab-əhli olmayan kafirlərin (məsələn, buddistlərin) ev və mehmanxanalarının divarları, qapıları və orada mövcud olan məişət əşyalarının pak, yoxsa napak olduğunu bilmə­diyimiz təqdirdə, onlar pak hökmündədir. (Əlbəttə, onların napak olduğuna yəqinliyimiz olsa belə, onların hamısını suya çəkmək lazım deyildir. Yalnız yemək, içmək və namaz qılmaq üçün istifadə edilən əşyaları paklamaq vacibdir.)
        11. Kafirlərin və müsəl­manların müştərək istifadə etdiyi maşın və qatar oturacaqları kimi əşyaların pak, yoxsa napak olduğunu bilmədiyimiz təqdirdə, bunlar pakdır.
         
        Qabların hökmləri
        Qızıl və ya gümüş qabdan yemək-içmək üçün istifadə etmək haramdır. Amma bu qabları saxlamaq və ya yemək-içməkdən qeyri işlər üçün istifadə etmək haram deyildir.
         
        Diqqət:
        Qızıl və ya gümüş suyuna çəkilən qablar, həmçinin tərkibində az miqdarda qızıl və ya gümüş olub, qızıl və gümüş qab adlanmayan metal qablar “qızıl və ya gümüş qab” hökmündə deyildir.
         
        Suallar:
        1- Paklığın sübuta yetməsinin yollarını sadalayın.
        2- Paklıq qanunu nədir?
        3- Özünü həmişə napak edən bir uşağın yaş əli, ağzının suyu və yeməyinin qalığının hökmü nədir?
        4- Quru təmizləməyə veri­lən paltar­ların hökmü nədir?
        5- Küçələrdə çalalara yığılan su pakdır, yoxsa napak?
        6- Qızıl və gümüş qabları evdə saxlamağın hökmü nədir?
      • On üçüncü dərs: Dəstəmaz
      • On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
      • On beşinci dərs: Dəstəmazın şərtləri (2)
      • On altıncı dərs: Dəstəmazın növləri
      • On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
      • On səkkizinci dərs: Qüsl
      • On doqquzuncu dərs: Qüslün şərtləri
      • İyirminci dərs: Cənabət qüslü
      • İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
      • İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
      • İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
      • İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
      • İyirmi beşinci dərs: Təyəmmüm
      • İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /