Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
      • Beşinci dərs: Sular
      • Altıncı dərs: Təxəlli
      • Yeddinci dərs: Nəcasətlər (1)
      • Səkkizinci dərs: Nəcasətlər (2)
        Çap versiyası  ;  PDF
         
        Səkkizinci dərs: Nəcasətlər (2)

         

        8. Məstedici içkilər
        Ehtiyat-vacibə görə, məstedici içkilər napakdır.
         
        Diqqət:
        • Əgər məstedici maddə təbiətcə maye şəklində deyildirsə (məsələn, çətənə və həşiş), suya və ya başqa bir mayeyə qarışıb maye şəklinə düşsə belə, napak deyildir.
        • Əgər üzüm və ya üzüm suyu öz-özünə qaynayarsa, napak deyildir. Həmçinin əgər üzüm və ya üzüm suyu od üstündə qaynadılarsa, onun üçdə ikisi azalmadığı, eyni zamanda məstedici də olmadığı təqdirdə, napak deyildir. Lakin onu yemək və içmək haramdır.
        • Əgər qora dənələrinin arasında üzüm dənələri də olsa və onların hamısının suyu çəkilsə, üzüm dənələrinin sayı çox az olduğu və üzümün suyu abqorada yox olduğu, başqa sözlə, ona üzüm suyu deyilmədiyi təqdirdə, bu su qaynadıldığı zaman haram olmur. Amma əgər sırf üzüm dənələri od üstündə qaynadılarsa, onu yemək haramdır.
        • Qaynadılan xurma və kişmiş və onların suyu pakdır, yeyilib-içilməsi də halaldır. Amma əgər insanda onun məstedici olduğuna dair yəqinlik hasil olsa, bu halda onun yeyilib-içilməsi haramdır və ehtiyat-vacibə görə, napakdır.
        • Təbiətcə məstedici içki növündən olduğu məlum olmayan spirt pak hökmündədir.
         
        9. Kafir
        1. Mütəal Allahın varlığını inkar edən, yaxud məadı inkar edən, yaxud da heç bir səmavi dinə etiqad bəsləməyən şəxs kafirdir və napakdır.
        2. Kitab-əhli olan kafir pak hökmündədir.
         
        Diqqət:
        • “Kitab-əhli” dedikdə yəhudilər, məsihilər, zərdüştlər və sabiilər[1] kimi İlahi (səmavi) dinlərdən birinə etiqad bəsləyən və özünü İlahi peyğəmbərlərdən birinin ardıcılı hesab edən insanlar nəzərdə tutulur. Kitab-əhli pak hökmündədir.
         
        3. Əgər müsəlman şəxs Mütəal Allaha və Həzrət Peyğəmbərə (s) etiqadından dönsə və ya İslam dininin zəruri hökmlərindən birini inkar etsə, belə ki, onun bu inkarı peyğəmbərliyin inkarı və ya Həzrət Peyğəmbərin (s) təkzibi ilə nəticələnsə, bu şəxs mürtəd hesab olunur və napakdır. Lakin şəriətdə vacib buyurulan namaz, oruc və bu kimi əməl­ləri tərk etmək müsəlmanın mürtəd və kafir olmasına, eləcə də napak hesab olunmasına səbəb olmur. Onun mürtəd olması sübut olunmayanadək, o, başqa müsəlmanlar hökmündədir.
        4. Həzrət Peyğəmbərin (s) və ya Məsum İmamlardan (ə) birinin ünvanına nalayiq söz deyən, yaxud onlar barəsində mübaliğə edən və onların Allah olduğuna etiqadı olan şəxs napakdır.
        5. Azğın “Bəhailik” firqəsinin ardıcıllarının hamısı napak­ hökmündədirlər.
         
        “Nəcasətlər” barəsində bir neçə şəri məsələ:
        1. Nəcasət yeyən heyvanın və haram yolla cənabətli olan şəxsin təri pakdır, lakin ehtiyat-vacibə görə, bu tər ilə namaz qılınmasın.
        2. Haram ət və napak ət (məsələn, donuz əti) yeyən şəxsin təri və ağzının suyu pakdır.
        3. Əgər napak bir şeyi pakladıqdan sonra onda nəcasətin iyi və ya rəngi qalsa, bunun iradı yoxdur. Məsələn, əgər qana bulaşan bir paltarın qanı yuyulub təmizlənsə və paltar suya çəkilsə, amma paltarda qanın rəngi qalsa, paltar pakdır.
        4. İnsanın qusmağı – istər südəmər uşağın, istər ana südü ilə yanaşı yemək yeyən uşağın, istərsə də böyük insanın qusmağı – pakdır.
         
        Suallar:
        1- Spirtin napak olmasının meyarı nədir?
        2- Dinin zəruri hökmlərinin inkarı hansı halda küfrə səbəb olur?
        3- “Kitab-əhli” dedikdə kimlər nəzərdə tutulur? Paklıq və napaklıq baxımından onların hökmü nədir?
        4- Paklıq və napaklıq baxımından bəhailərin hökmü nədir?
        5- Haram yolla cənabətli olan şəxsin tərinin hökmü nədir?
        6- Yuyulduqdan sonra paltarda qalan qan ləkəsinin hökmü nədir?
         

        [1] Sabiilər – Həzrət Yəhya peyğəmbərin (ə) ardıcılı olduqlarını və o həzrətə nazil olan kitabın onlar arasında mövcud olduğunu iddia edən insanlardır.
      • Doqquzuncu dərs: Nəcasətlər (3)
      • Onuncu dərs: Mütəhhirat (1)
      • On birinci dərs: Mütəhhirat (2)
      • On ikinci dərs: Mütəhhirat (3)
      • On üçüncü dərs: Dəstəmaz
      • On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
      • On beşinci dərs: Dəstəmazın şərtləri (2)
      • On altıncı dərs: Dəstəmazın növləri
      • On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
      • On səkkizinci dərs: Qüsl
      • On doqquzuncu dərs: Qüslün şərtləri
      • İyirminci dərs: Cənabət qüslü
      • İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
      • İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
      • İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
      • İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
      • İyirmi beşinci dərs: Təyəmmüm
      • İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /