Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri 1401-ci ili “məşğulluq yaradan elm əsaslı istehsal” ili adlandırdı
İnqilabın Rəhbəri 1401-ci ili “məşğulluq yaradan elm əsaslı istehsal” ili adlandırdı
İslam İnqilabının Ali Rəhbəri 1401-ci hicri şəmsi ilinin (2022-ci il) başlanması münasibətilə etdiyi çıxışda İran xalqını və bütün həmrəy olan xalqları, xüsusilə əzəmətli şəhid ailələrini, habelə müharibə veteranlarını, İran xalqının elm, sağlamlıq, təhlükəsizlik və müqavimət sahələrinin müxtəlif istiqamətlərinin fədakar insanlarını Novruz bayramı və varlıq aləminin parlaq günəşi Həzrət Bəqiyyətullahın (ə.f) mövlud günləri münasibətilə təbrik edərək yeni ili məşğulluq yaradan elm əsaslı istehsal ili adlandırdı.
İnqilabın Rəhbəri Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət ünvanladı
İnqilabın Rəhbəri Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbərinin Təbriz əhalisi ilə video görüşü oldu
İslam İnqilabının Ali Rəhbərinin Təbriz əhalisi ilə video görüşü oldu
Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiymanın ildönümü ərəfəsində İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Azərbaycan əhalisinin bir qrup nümayəndəsi ilə keçirdiyi video görüşdə 29 bəhmən hərəkatının xalqın böyük meydan hərəkatının davamlılığına, sonda İnqilabın qələbəsinə zəmin yaratdığını dedi.
Ali Baş Komandan HHQ və HHMQ-nin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan HHQ və HHMQ-nin bir qrup komandanı ilə görüşdü
Humafəran Hərbi Hava Qüvvələrinin İmam Xomeyni (r.ə) ilə 19 bəhmən 1357-ci ildəki tarixi beyətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə o heyrətamiz beyətin bir dönüş nöqtəsi olduğunu dedi. Ali Rəhbər vurğuladı ki, o böyük və tarixi hərəkatın qalıcılığı, davamlılığı və effektivliyinin səbəbi bir media işi və hadisənin yaradıcı bir şəkildə doğru-düzgün çatdırılması olmuşdur: “Bu gün də düşmənlərin gerçəklərin, nailiyyətlərin, İslam dövlətinin qəhərmancasına addımlarının təhrifi istiqamətində həyata keçirdiyi hücumlara qarşı mübarizə aparmaq üçün müdafiə hərəkatına, təxirəsalınmaz təbliğat cihadına əsaslanan bir hibrid hücuma ehtiyac var”.
İslam İnqilabının Rəhbəri bir qrup Əhli-beyt (ə) məddahı ilə görüşdü
İslam İnqilabının Rəhbəri bir qrup Əhli-beyt (ə) məddahı ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü bur qrup Əhli-beyt (ə) məddahı ilə təşkil edilmiş görüşdə Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəxsiyyətinin bəzi üstün yönlərindən, o cümlədən onun ictimai fəaliyyətləri və xalqa minnətsiz xidmətlərindən danışaraq heyətlərin böyük maarifləndirmə cihadının mərkəzi olduğunu dedi: “Heyətlər cəmiyyətin, xüsusilə gənclərin suallarına düzgün və əsaslı cavab verən aydınladıcı mənbə olmalıdır”.
İslam İnqilabının Ali Rəhbəri gənc elita və yüksək elmi potensiala malik gənclərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri gənc elita və yüksək elmi potensiala malik gənclərlə görüşdü
Bu gün səhər gənc elita və elmi potensialları yüksək olan istedadlı gənclərlə görüşdə elitanın xalqın gözünün işığı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri problemlərin elmi həlli üçün elita və elmi cəmiyyətin bir yerə toplaşmasının zəruri olduğunu vurğuladı: “İran gənclərinin elitarlıq potensialı ölkənin elmi boşluğunun dünya səviyyəli elmlə doldurulmasına, elmin qlobal sərhədlərinin aşılmasına, yeni İslam mədəniyyətinin yaradılmasına, ölkənin parlaq gələcəyinin gerçəkləşməsinə zəmin yarada bilər”.
İnqilabın Rəhbəri yeni mərhələ üçün Mədəni İnqilab Ali Şurasının üzvlərini təyin etdi
İnqilabın Rəhbəri yeni mərhələ üçün Mədəni İnqilab Ali Şurasının üzvlərini təyin etdi
Həzrət Ayətullah Xamenei dörd illik yeni bir dövr üçün Mədəni İnqilab Ali Şurasının üzvlərinin təyin edilməsi fərmanında əvvəlki üzvlərə, xüsusilə yeni dövrdə olmayan alim və ustadlara çəkdikləri zəhmətlərə gösrə təşəkkür edərək mədəniyyətin inqilab sistemi və məzmununa əsaslanan ümumi forması və tərtibatının yadların media və mədəni hücumlarına qarşı yeganə müdafiəçi olduğunu bildirdi.
İnqilabın Rəhbəri “İslami Vəhdət” konfransının iştirakçıları ilə görüşdü
İnqilabın Rəhbəri “İslami Vəhdət” konfransının iştirakçıları ilə görüşdü
Rəhmət peyğəmbəri Həzrət Muhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə İslam İnqilabının Ali Rəhbəri dövlət rəhbərləri və “Beynəlxalq İslami Vəhdət Konfransı”nın iştirakçılarından bir qrupu ilə görüşdə “İslamın insan həyatının bütün yönlərini əhatə etdiyini bəyan etmək və yayamaq”, habelə “müsəlmanların vəhdətinin gücləndirilməsi”nin İslam ümmətinin iki mühüm vəzifəsi olduğunu dedi: “İslami vəhdət Quranın vacib və prinsipial əmridir.

Seçilmiş ünvanlar