
Xəbərlər


Mübarək Ramazan ayının birinci günü “Quranla ünsiyyət” tədbiri
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının ilk günü, yəni bu gün günortadan sonra təşkil edilmiş “Quranla ünsiyyət” tədbirində beynəlxalq səviyyədə tanınan Quran qariləri və ustadları qarşısında çıxış edərkən fərdi, ictimai və milli səviyyədə Quranın şəfaverici təlimlərinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Fəaliyyətləri Quranla bağlı olan insanlar elə davranmalıdırlar ki, Allahın kitabının mənəvi bulaqları qəlblərə və düşüncələrə, nəticədə isə bütün insanların əməl və davranışlarına axsın”.

Beynəlxalq "Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüş
4 isfənd 1403-cü il tarixində keçirilmiş Beynəlxalq “Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüşdə İslam İnqilabının Ali Rəhbərinin verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.

Böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə ünvanladığı müraciətdə müqavimətin bu iki böyük şəhidini hörmətlə yad edərək vurğulamışdır: “Düşmən bilməlidir ki, qəsb, zülm və imperializmə qarşı müqavimət heç vaxt bitməyəcək, məqsədə çatana qədər davam edəcək.

Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
İslam İnqilabının Rəhəbrinin 1 isfənd 1403-cü il (19 fevral 2025) tarixində Təhlükəsizlik naziri, nazir müavinləri və nazirliyin idarə müdirləri ilə görüşdə verdiyi bəyanat bu gün “Təhlükəsizlik sahəsinin şəhidləri və Təhlükəsizlik Nazirliyinin yaradılmasının 40-cı ildönümü" adlı xatirə tədbirinin keçirildiyi yerdə yayımlandı.

Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qonşularla əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq dedi: "Cənab Pezeşkiyan hökumətinin elan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələrin genişləndirilməsidir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyişlər də olub. Xarici işlər naziri cənab Əraqçı bu sahədə çox fəaldır".

Fələstin İslami Cihad Təşkilatının baş katibi və onu müşayiət edən heyətin görüşü
Fələstin İslami Cihad Təşkilatının baş katibi cənab Ziyad əl-Nəxalə və onu müşayiət edən heyət bu gün axşam saatlarında İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Təbriz əhalisinin 29 bəhmən 1356-cı il (18 fevral 1978) tarixli böyük üsyanının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdə iman, dini qeyrət, liderlik və nümunə yaratma keyfiyyətlərinin Azərbaycan və Təbriz əhalisinin davamlı xüsusiyyətlərindən olduğunu dedi.

Ölkənin müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssisləri ilə görüşdə müdafiə sahəsindəki nailiyyətlərin innovativ şəkildə davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, bu ilin 22 bəhmən yürüşü xalqın düşmən cəbhəsinin media bombardmanları altındakı böyük milli hərəkatı və xalq qiyamıdır.

Ölkənin Müdafiə Sənayesinin alim və mütəxəssislərinin son nailiyyətləri və bacarıqları sərgisini ziyarət
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər bir saat müddətinə ölkənin müdafiə sənayesi sahəsinin alimləri və mütəxəssislərinin son nailiyyətləri və bacarıqlarının nümayiş etdirildiyi "İqtidar 1403" sərgisini ziyarət etdi.

Həmasın rəhbəri və rəhbərlik şurasının üzvlərinin görüşü
Həmasın rəhbəri və rəhbərlik şurasının üzvləri bu gün səhər İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

İslam Respublikasının HHQ və HHMQ-nin komandanlarının görüşü
Ali Baş Komandan bu gün səhər Humafəran və Hərbi Hava Qüvvələri mənsublarının 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni ilə etdikləri tarixi beyətin ildönümü münasibətilə İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü.

İnqilabın Rəhbərinin nümayəndələrinin “Veteranlar günü”ndə veteranlara hörmət və ehtiram tədbirləri
Qəməri-Bəni-Haşim Həzrət Əbülfəzl-Abbasın (ə) mövludunun ildönümü günü İnqilabın Rəhbəri tərəfindən ezam edilmiş 7 heyət Tehran və Rey şəhərlərində veteranların evlərinə baş çəkib bu canlı şəhidlərə və onların ailələrinə hörmət və ehtiram nümayiş etdirdilər.

41-ci Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər 41-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, qarilər, üstün hafizlər və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşdə vurğuladı ki, Quran İslam Peyğəmbərinin (s) əbədi möcüzəsidir: "Allaha sözün həqiqi mənasında təvəkkül etmək istənilən mümkünsüz işi gerçəkləşdirir".

Fəcr Ongünlüyü ərəfəsində İran İslam Respublikasının qurucusunun məzarını ziyarət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Fəcr Ongünlüyü ərəfəsində bu gün səhər İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə) məzarını ziyarət etdi.

Dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və müxtəlif təbəqələrdən olan insanların görüşü
İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) besətinin (peyğəmbərliyə seçilməsi) ildönümü münasibətilə bu gün səhər üç qüvvənin rəhbərləri, dövlətin məsul şəxslərindən bir qrupu, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan insanlar İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

“Kaşanın 1880 şəhidi” Milli Anım Konqresinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Rəhbəri 26 dey 1403-cü il (15 yanvar 2025) tarixində təşkil edilmiş “Kaşanın 1880 şəhidi” adlı Milli Anım Konqresinin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gecə Kaşan şəhərində tədbirin keçirildiyi məkanda yayımlandı.

İstehsalçılar və iqtisadi fəallarla görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər yüzlərlə sahibkar, investor və iqtisadi fəalla görüşdə özəl sektorun irəliləyişləri və təşəbbüslərinin ümid və hərəkət səbəbi olduğunu dedi.

“İnkişafın öndərləri, özəl sektorun nailiyyətləri və imkanları üzrə milli tədbir” sərgisini ziyarət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər 2.5 saat müddətində “İnkişafın öndərləri, özəl sektorun nailiyyətləri və imkanları üzrə milli tədbir” sərgisini ziyarət etdi.
