Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Prezidentin İnqilabın Rəhbəri ilə görüşü
Prezidentin İnqilabın Rəhbəri ilə görüşü
Prezident cənab Pezeşkiyan bu gün günortadan sonra İnqilab Rəhbəri ilə görüşdən sonra dedi: “Bu günki görüşdə ən çox müzakirə olunan mövzular ölkənin iqtisadi problemləri və onlardan çıxış yolları ilə bağlı oldu”.
İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın Tehranda qılınan dini-siyasi Cümə namazındakı böyük və əzəmətli izdihamı qarşısında etdiyi çıxışı zamanı müsəlmanların birliyi və həmrəyliyinin ilahi rəhmət, izzət və düşmənlər üzərində qələbəyə səbəb olduğunu dedi: “İslamın müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İranın Silahlı Qüvvələrinin qaniçən sionist rejimi cəzalandırmaq üçün həyata keçirdiyi parlaq iş tamamilə qanuni idi. İslam Respublikası bu istiqamətdə vəzifə bildiyi hər bir addımı yubanmadan və tələsmədən, qüdrət, əzm və qətiyyətlə həyata keçirəcək”.
Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi ilə bu gün (cümə günü) səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəllada İslam ümmətinin əziz seyyidi, Allah yolunun mücahidi, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşları, habelə şəhid Nilforuşanın əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
İnqilabın Rəhbərinin övladları Ali Rəhbərin müraciətini çatdırmaq üçün Hizbullahın Tehrandakı ofisinə getdilər
İnqilabın Rəhbərinin övladları Ali Rəhbərin müraciətini çatdırmaq üçün Hizbullahın Tehrandakı ofisinə getdilər
İslam İnqilabının Ali Rəhbərinin övladları oktyabr ayının 1-i çərşənbə axşamı Livan Hizbullahının Tehrandakı ofisinə gedərək bu hərəkatın lideri cənab Abdullah Səfiyəddinlə görüşdülər. Onlar Həzrət Ayətullah Xameneininin Hizbullahın baş katibi, böyük mücahid və müqavimətin bayraqdarı cənab Höccətül-İslam vəl-mülimin seyid Həsən Nəsrullah və şəhid yoldaşlarının böyük şəhadəti münasibətilə ünvanladığı təbrik və başsağlığı müraciətini çatdıraraq şəhidlərin pak ruhlarına “Fatihə” və Quran hədiyyə etdilər.
Elitlər, üstün elmi istedadlar və qəbul imtahanında yüksək nəticə əldə edənlərin bir qrupunun görüşü
Elitlər, üstün elmi istedadlar və qəbul imtahanında yüksək nəticə əldə edənlərin bir qrupunun görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər yüzlərlə elmi elit, olimpiadalar və universitetlərə qəbul imtahanlarının qalibləri ilə görüşdə elitadan müxtəlif sektorlarda maksimum dərəcədə istifadə edilməsi və ölkənin işlərində onların effektiv potensialından faydalanmaq üçün zəmin yaradılmasının vacibliyini qeyd edərək dedi: “Bu gün elitanın ən mühüm vəzifəsi və cihadı yeni bir elmi hərəkat və inqilab yaratmaqdır”.
Böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət
Böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə bağlı etdiyi müraciətində Hizbullahın misilsiz rəhbərinin şəhadəti münasibətilə bütün müqavimət cəbhəsinə və İslam ümmətinə təbrik və başsağlığı verərək ölkədə beş günlük matəm elan etdi: “Onun Livanda qoyduğu təməl və digər müqavimət mərkəzlərinə verdiyi istiqamət, əziz müqavimət liderinin itkisi ilə nəinki yoxa çıxmayacaq, əksinə, onun və bu hadisənin digər şəhidlərinin qanı sayəsində daha da güclənəcək. Müqavimət cəbhəsi sionist rejiminin tənəzzülə uğramaqda olan gücsüz bədəninə daha sarsıdıcı zərbələr endirəcək”.
Livandakı son hadisələrlə bağlı mesaj
Livandakı son hadisələrlə bağlı mesaj
Livanda müdafiəsiz insanların qətlə yetirilməsi quduz sionist itinin yırtıcı xislətini hər kəsə bir daha göstərməklə yanaşı, qəsbkar rejimin rəhbərlərinin dar düşüncəliliyini və axmaq siyasətini sübut etdi. Sionist rejimi idarə edən terrorçu dəstə Qəzzada apardığı bir illik cinayətkar müharibədən dərs almadı.
Müqavimət və Müqəddəs Müdafiə qaziləri və fəallarının görüşü
Müqavimət və Müqəddəs Müdafiə qaziləri və fəallarının görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər minlərlə qazi, Müqəddəs Müdafiə və müqavimət fəalı ilə görüşdə məcburi müharibənin başlamasının səbəblərini açıqlayaraq İslam Respublikasının dünyaya hakim kəsilmiş korrupsioner və batil sistem qarşısındakı cazibələri və yeni sözünün olması amillərinə toxundu: “Müqəddəs Müdafiə vətənin layiqli müdafiəsi ilə yanaşı, dinin müdafiəsi və Allah yolunın müvahidləri idi. İslamı diriltdi, İran xalqına izzət, ölkədə mənəvi ruha rəvac verdi”.
Dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və vəhdət konfransının qonaqlarının görüşü
Dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və vəhdət konfransının qonaqlarının görüşü
İslam İnqilabının Rəhbəri sonuncu peyğəmbər həzrət Məhəmməd Mustafa (s) və İmam Sadiqin (ə) mövlud ildönümü münasibətilə bu gün səhər saatlarında dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, vəhdət konfransında iştirak etmiş qonaqlar, habelə xalqın müxtəlif təbəqlərindən olan insanlarla görüşdə Peyğəmbərin (s) böyük dərsinin ümmət yaratmaq olduğunu dedi.
Ölkənin əhli-sünnə alimləri, imam cümələri və elmi-teoloji mərkəzlərinin müdirlərindən bir qrupunun görüşü
Ölkənin əhli-sünnə alimləri, imam cümələri və elmi-teoloji mərkəzlərinin müdirlərindən bir qrupunun görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan əvvəl ölkənin əhli-sünnə alimləri, imam cümələri və elmi-teoloji mərkəzlərinin müdirlərindən bir qrupu ilə görüşdə İslam ümmətinin qiymətli kimliyinin qorunmasının zəruriliyini qeyd edərək islami vəhdətin çox mühüm əhəmiyyətə malik olduğunu, bədxahların onu zədələmək üçün çalışdıqlarını vurğuladı: “İslam ümməti mövzusu heç bir vəchlə unudulmamalıdır”.
Ali Məqamlı Rəhbərin Ərbəin zəvvarlarını öz evlərində qonaqlayan sadə İraq vətəndaşlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxis
Ali Məqamlı Rəhbərin Ərbəin zəvvarlarını öz evlərində qonaqlayan sadə İraq vətəndaşlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxis
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei öz müraciətində İmam Hüseynin Ərbəin mərasimi günlərində ziyarətçilərə ev sahibliyi etmiş sadə vətəndaşlara və böyük İraq xalqına təşəkkür etdi. İran İslam Respublikasının Prezidenti cənab doktor Məsud Pezeşkiyan bu gün səhər 21 şəhrivər 1403-cü il tarixində (11.09.2024) İraqa etdiyi səfəri zamanı bu müraciətin lövhəsini və ərəbcə mətnini İraqın baş nazirinə təqdim etdi.
Türkmənistanın milli lideri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
Türkmənistanın milli lideri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün çərşənbə axşamı günortadan sonra Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsini yüksək prioritet hesab edərək dedi: “İran və Türkmənistan arasındakı əlaqələr son illərdə yaxşı inkişaf edib. Amma gələcəkdə əməkdaşlıq etmək üçün hələ çox potensiallar var”.

Seçilmiş ünvanlar