
Xəbərlər


İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın Tehranda qılınan dini-siyasi Cümə namazındakı böyük və əzəmətli izdihamı qarşısında etdiyi çıxışı zamanı müsəlmanların birliyi və həmrəyliyinin ilahi rəhmət, izzət və düşmənlər üzərində qələbəyə səbəb olduğunu dedi: “İslamın müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İranın Silahlı Qüvvələrinin qaniçən sionist rejimi cəzalandırmaq üçün həyata keçirdiyi parlaq iş tamamilə qanuni idi. İslam Respublikası bu istiqamətdə vəzifə bildiyi hər bir addımı yubanmadan və tələsmədən, qüdrət, əzm və qətiyyətlə həyata keçirəcək”.

Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi ilə bu gün (cümə günü) səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəllada İslam ümmətinin əziz seyyidi, Allah yolunun mücahidi, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşları, habelə şəhid Nilforuşanın əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Tələbələrin Ərbəin münasibətilə təşkil etdikləri matəm mərasimi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün (bazar günü) İmam Xomeyni (r.ə) adına hüseyniyədə tələbə heyətlərinin İmam Hüseynin “Ərbəin”inə həsr edilmiş matəm mərasimi keçirildi.

HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid İsmail Haniə və silahdaşı şəhid Vasim Əbu Şəbana cənazə namazının qılınması
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün cümə axşamı səhər Tehran Universitetinə gələrək HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid İsmail Haniə və silahdaşı şəhid Vəsim Əbu Şəbana cənazə namazı qıldı.

Cənab doktor Məsud Pezeşkiyanın prezidentlik səlahiyyətinin təsdiqlənmə mərasimi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər təşkil edilən mərasimdə Konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, İran xalqının doktor Məsud Pezeşkiyana verdiyi səsi təsdiq edərək onu İran İslam Respublikasının prezident təyin etdi.

Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbəri və İmam Hüseyn (ə) əzadarlarından bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Şami-qəriban matəm mərasimi
Allahın ailəsinin matəm və hüzn gecəsi olan Şami-qəriban axşamı Həzrət Əbaəbdillahı (ə) və onun ailəsini sevən xalqın bir qrup nümayəndəsi İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşaraq İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə matəm keçirdi.

Aşura gecəsinin əzadarlıq məclisi
İslam İnqilabının Ali Rəhbəri və şəhidlər sərvərinin (ə) bir qrup əzadarının iştirakı ilə bu axşam (bazar ertəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə “Hüseyn (ə) Aşurasının axşamı” adlı matəm mərasimi keçirildi.

Həzrət Hüseynin (ə) Tasua axşamına həsr edilmiş matəm mərasimi
İslam İnqilabının Ali Rəhbəri və bir qrup Hüseyn əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Hüseynin Tasua axşamına həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş ikinci matəm gecəsi
İnqilabın Rəhbəri və bir qrup Hüseyn əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

14-cü prezident seçkilərinin ikinci mərhələsində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər saat 08-00-da ölkədə keçirilən 14-cü prezident seçkilərinin ikinci mərhələsinin başladığı ilk dəqiqələrdə öz səsini seçki qutusuna atdı.

14-cü prezident seçkilərində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 14-cü prezident seçkilərinin ilk dəqiqələrində səsverməyə qatılaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi.

İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) otuz beşinci ildönümü mərasimində çıxış etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həzrət İmam Xomeyninin (r.ə) səmalara yüksəlişinin otuz beşinci ildönümünə toplaşmış böyük insan izdihamı qarşısında çıxışı zamanı mərhum İmamın baxışları və yanaşmalarında Fələstin məsələsinin mühüm əhəmiyyət daşıdğını vurğuladı: “Böyük İmamın 50 il bundan öncə Fələstinlə bağlı verdiyi proqnoz tədricən gerçəkləşməkdədir; möcüzə yaradan “Əl-Əqsa fırtınası” əməliyyatı düşmənlərin regiona və İslam dünyasına ağalıq etmək üçün çəkdikləri geniş planı alt-üst edərək sionist rejimi məhv etməkdədir.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə xidmət şəhidlərinə məclis keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərhum prezident cənab Höccətül-İslam vəl-müslimin Rəisi, mərhum xarici işlər naziri cənab doktor Əmir Abdullahiyan, Təbrizin mərhum imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim, Şərqi-Azərbaycan əyalətinin mərhum valisi cənab doktor Malik Rəhməti, prezidentin mühafizə dəstəsinin və uçuş heyətinin mərhum komandiri general Seyid Mehdi Musəvi, ikinci briqada generalı pilot Seyid Tahir Mustəfəvi, ikinci briqada generalı pilot Mohsin Dəryanuş və texniki polkovnik-leytenant Behruz Qədiminin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Prezident Rəisinin və onun yoldaşlarının cənazəsinə namaz qılındı
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün çərşənbə günü səhər Tehran universitetində cənazə namazına gələn böyük kütlə arasında başıuca "xidmət şəhidləri" Prezident höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi və onun yoldaşları Xarici İşlər Naziri Doktor Abdullahian, Şərqi Azərbaycan üzrə Vəliyyi-fəqihin nümayəndəsi höccətül-islam vəl-müslimin Ali-Haşim, komandir Seyid Mehdi Musəvi, pilot Seyid Tahir Mustəfəvi, mühəndis Behruz Qədimi və pilot Möhsin Dəryanuşun cənazəsinə namaz qıldı.

İslamın yüksək rütbəli generalı Məhəmmədrza Zahidi və döyüş yoldaşlarından bir qrupunun cənazəsinə namaz qılındı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə Qüds yolunun 7 şəhidinin cənazəsinə namaz qıldı.

İnqilabın Rəhbəri Quranla ünsiyyət məclisində iştirak etdi
Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu gün günortadan sonra “Quranla ünsiyyət məclisi” təşkil edildi.
