Xəbərlər
Doktor Zolqədrin İnqilabın Ali Rəhbərinin siyasi müşaviri təyin olunması
İslam İnqilabının Rəhbəri fərman imzalayaraq doktor Zolqədri özünün siyasi müşaviri təyin etdi.
SQ-in Baş Qərargahı, SEPAH və Bəsicdə altı ali rütbəli komandirin təyinatı
Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən imzalanan ayrı-ayrı sərəncamlara əsasən, Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və rəhbər şəxslərindən altı nəfərinin yeni vəzifə və öhdəlikləri müəyyən edilib.
Doktor Möhsün Rezayinin Ali Rəhbərin MTAŞ-dəki nümayəndəsi təyin olunması
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman imzalayaraq doktor Möhsün Rezayini özünün Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi təyin etdi.
Ali Rəhbərin Prezidentin məktubuna reaksiyası ilə bağlı iddialara dair bəyanat
İran İslam İnqilabının Ali Rəhbərinin Ofisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayaraq vurğulayıb: “Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin müraciətləri, ona dair xəbər və materialların rəsmi yayım mənbəyi yalnız onun ofisi və İnqilabın Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Mərkəzidir.
İslam İnqilabının Şəhid Rəhbəri İmam Rza (ə) hərəmində dəfn olundu
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi torpağa tapşırıldı. Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində on milyonlarla insanın iştirakı ilə təqribən bir həftə davam edən vida və ziyarət mərasimlərindən sonra Şəhid Rəhbərin nəşi 19 tir (10 iyul), cümə günü sübh tezdən İmam Əli ibn Musa ər-Rzanın (ə) mübarək məzarının ətrafına təvaf etdirildikdən sonra İmam Rza (ə) hərəminin Darüz-zikr zalında dəfn olundu.
Şəhid İmamın anım və yas mərasimi
İslam İnqilabının Şəhid Rəhbərinin xatirəsinin əziz tutulması məqsədilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən anım mərasimi bu gecədən (19 tir - 10 iyul cümə günündən) başlayaraq üç gün müddətinə məğrib və işa namazlarından sonra Həzrət İmam Rza (ə) hərəminin “Peyğəmbəri-Əzəm” səhnində keçiriləcək.
Məhkəmə Hakimiyyəti sədrinin təyinatı haqqında fərman
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei imzaladığı fərmanla Höccətül-İslam vəl-müslimin Muhsin Ejeini yenidən Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin etdi.
İslam İnqilabının Ali Məqamlı Şəhid Rəhbərinin vida və dəfn mərasimi
Mücahid İmam Şəhid Həzrət Ayətullah Xameneinin dəfn mərasiminin təşkili üzrə komitə rəsmi açıqlama yayaraq İslam İnqilabının Şəhid Rəhbərinin vida və dəfn mərasiminin təfərrüatlarını açıqlayıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin fərmanı ilə Elmi-teoloji mərkəzlərin idarə heyətinə yeni üzvlərin təyinatı
Həzrət Ayətullah Seyid Müctəba Xamenei imzaladığı fərmanla Elmi-teoloji mərkəzlərin idarə heyətinin yeni üzvlərini beş il müddətinə təyin edib.
Ekspertlər Şurası tərəfindən İnqilabın Rəhbərinin təqdim edilməsi
Ekspertlər Şurasının Katibliyi bəyanat verərək Ekspertlər Şurası üzvləri tərəfindən İslam İnqilabının üçüncü rəhbərinin seçildiyini elan etdi.
Müqavimət Cəbhəsinə, Livan və Fələstin xalqlarına yardımların "Sürətli ödəniş" imkanı
İsrail rejiminin cinayətlərinin artması və İnqilabın Ali Rəhbərinin Müqavimət Cəbhəsi, Livan və Fələstinin zülmə məruz qalmış vətəndaşlarına hərtərəfli yardım göstərilməsinin vacibliyi ilə bağlı vurğusundan sonra Ali Rəhbərlik İdarəsinin İnformasiya Portalında "sürətli ödəniş" imkanı yaradıldı.
General Hacızadəyə “Fəth” medalının təqdim edilməsi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bir mərasimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadəni "Fəth” medalı ilə təltif etdi.
Höccətül-İslam Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin İmam-cüməsi təyin edildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin hökmü ilə Höccətül-İslam hacı Şeyx Əhməd Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə yeni nümayəndəsi və Təbrizin İmam-cüməsi təyin edildi.
İslam İnqilabının Rəhbəri sərəncam imzaladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin sərəncamı ilə Höccətül-İslam Seyid Əliəkbər Ocaqnəjad Müqəddəs Cəmkəran Məscidinə rəhbər təyin edildi.
İnqilabın Ali Rəhbəri Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni üzvlərini təyin etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni üzvlərinin təyin olunması ilə bağlı sərəncam verdi.
Ali Məqamlı Rəhbərin sərəncamı ilə zəlzələ nəticəsində zərər görmüş insanlara yardım ayrıldı
Kermanşahda baş vermiş zəlzələ nəticəsində zərər gömüş insanlara yardım göstərmək üçün xalqın Ali Məqamlı Rəhbərlik İdarəsinə birbaşa müraciətlər edərək ödəniş etdiyi nəqd yardımlardan 10 milyard riyalı İslam İnqilabının Ali Rəhbərinin sərəncamına əsasən, ölkənin qərb regionunda baş vermiş zəlzələ nəticəsində ziyan görmüş insanların evlərinin tikilməsinə köməklik göstərilməsi məqsədilə İslam İnqilabının Mənzil Fondunun hesabına köçürüldü.
Ali Məqamlı Rəhbər “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin yeni sədrini və Qəyyumlar Şurasının üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İmdad, İmam Xomeyni! (r.ə)” Komitəsinin əsasnaməsinə edilmiş dəyişiklikləri nəzərə alaraq Komitəyə yeni sədrin və Qəyyumlar Şurasına yeni üzvlərin təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Hüseyn Əştərinin İran İslam Respublikası Polis Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunması barədə sərəncam imzaladı.
