Xəbərlər
Ali Məqamlı Rəhbər Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində onun İran İslam Respublikasına etdiyi xidmətlərin tarixçəsinə toxunaraq mərhum Dr. Həbibinin sadiq, əsl ruhani təbiətli, daim xalqa xidmətə can atan bir mömin olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Avropadakı İslami Tələbə Təşkilatları Assosiasiyasına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı İslami Tələbə Təşkilatları Assosiasiyasının 47-ci illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “İran xalqının dünyanın istənilən yerində olan dəyərli gənc övladları ölkənin idarəçiliyində həlledici rol oynamağa, müəyyən olunmuş perspektivlərə aparan yolda böyük və sürətli addımlar atmağa hazırlaşmalıdırlar”.
Ali Məqamlı Rəhbər Ayətullah Hacıağa Müctəba Tehraninin xatirəsinə anım mərasimi təşkil edəcək
Ruhani alim, əxlaq müəllimi Ayətullah Hacıağa Müctəba Tehraninin vəfatı ilə əlaqədar, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər saat 10-da Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İmam Xomeyni (r.ə) adına hüseyniyəsində mərhuma həsr olunan anım mərasimi keçirəcək.
Ali Məqamlı Rəhbər Ayətullah Müctəba Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa Müctəba Tehraninin vəfatı ilə bağlı etdiyi müraciətdə elminə əməl edən o ruhani alim və əxlaq ustadının dünyadan getməsini Tehranın teoloji mərkəzi, ruhani ictimaiyyəti və dini icması üçün böyük itki adlandıraraq baş vermiş müsibətlə əlaqədar mərhumun möhtərəm ailə üzvlərinə başsağlığı dilədi.
Ali Məqamlı Rəhbər Əllamə Qütbəddin Şiraziyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Qütbəddin Şiraziyə həsr olunan beynəlxalq konfransa ünvanladığı müraciətdə ölkədəki elmi çiçəklənmə dövrünü geniş surətdə açıqlamağın, görkəmli şəxsiyyətləri bugünkü gənc nəslə bir örnək kimi tanıtmağın vacib olduğunu vurğulayaraq dedi: “Belə örnəklər olduğu halda, bizim orta əsrlər Avropasının qaranlıq dərinliklərindən kimlərisə tapıb çıxarmağımıza və onları görkəmli şəxsiyyətlər kimi təqdim etməyimizə heç bir lüzum yoxdur”.
Ali Məqamlı Rəhbər Mirzə Kiçik xan Cəngəliyə həsr olunmuş konqresə müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mirzə Kiçik xan Cəngəlinin xatirəsinə həsr edilmiş konqresə ünvanladığı müraciətdə Mirzə Kiçik xanın hərəkatının yüzdə-yüz dini-ideoloji bir hərəkat olduğunu qeyd edərək vurğuladı: “O, özünə aid hüdudlar içərisində – Gilanda – İslam dövlətinə miniatür bir nümunə yaratmışdı”.
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.
Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə mərhum Qazinin böyük elmi və əməli xidmətləri olan şəxsiyyətini, mənəvi-irfani məqamlarını yüksək dəyərləndirərək vurğuladı: “Mərhum cənab Qazi dünyadakı ilahi gözəlliklərdən, xeyirlərdən biridir. Böyük dini şəxsiyyətlər arasında onun kimi bir dühanın tayı-bərabərinə, doğrudan da, az-az rast gəlmək mümkündür”.
Ali Məqamlı Rəhbər Ayətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra mücahid alim, vəli-fəqihin nümayəndəsi, Kohgiluyə və Buyer Əhməd ostanında yaşayan əhalinin Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər avtobusun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Borucen rayonunda məktəb avtobusunun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə bağlı başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Şimali Xorasan əhalisini təqdir üçün elamnamə yaydı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 günlük səfərinin başa çatması ilə Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin imanlı və cəsur əhalisinə təşəkkür və qədirdanlıq etmək məqsədilə elamnamə yaydı.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.
Ali Məqamlı Rəhbər Ayətullah Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri mücahid alim Ayətullah Şeyx Mühyəddin Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər İsfərayen şəhristanının “Şəhidlər gülzarı”nı ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (şənbə günü) səhər İsfərayenin “Şəhidlər gülzarı”nı ziyarət etdi. Şəhid məzarları başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər bu məntəqənin şəhidlərinin uca məqamına sonsuz ehtiramını ifadə etdi.
Ali Məqamlı Rəhbər Şəhid və Veteranlara Təşəkkür Günü münasibəti ilə müraciət imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Müqəddəs Müdafiə həftəsi, eləcə də Şəhid və Veteranlara Təşəkkür Günü münasibətilə müraciət imzaladı. Öz müraciətində şəhidləri Allah yolunda cihad dövrünün heyranedici gözəlliklərinin təzahürü adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün meydanlarda qələbə çalmağın ən böyük sirri fədakarlıqdır”.
Ali Məqamlı Rəhbər Ayətullah Kəriminin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Cəfər Kəriminin möhtərəm qardaşının vəfatı ilə əlaqədar, başsağlığı müraciəti etdi.
