Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin xəyanətkar sionist rejiminin humanitar yardım aparan gəmi karvanına hücumu ilə bağlı müraciəti
Ali Məqamlı Rəhbərin xəyanətkar sionist rejiminin humanitar yardım aparan gəmi karvanına hücumu ilə bağlı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sionist rejiminin humanitar yardım aparan gəmi karvanına xəyanətkar və rəhmsiz hücumu ilə bağlı müraciətində İsrailin bu addımını beynəlxalq ictimaiyyətin rəyinə və Yer üzündəki hər bir insanın vicdan azadlığına edilən təcavüz kimi qiymətləndirərək təkidlə vurğuladı: “Bu gün artıq Fələstin təkcə nə ərəb, nə də İslam dünyasının problemi deyil. Fələstin məsələsi müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm bir problemdir. Bu iyrənc və despot rejimin himayədarları, xüsusilə Amerika, İngiltərə və Fransa törətdikləri əməllərə görə ciddi surətdə cavab verməlidirlər”.
Yeni ilin təhvil olması münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin müraciəti
Yeni ilin təhvil olması münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin müraciəti
Mübarək Novruz bayramı və yeni ilin gəlişi ‒ baharın başlanğıcı və təbiətin oyanışı münasibətilə geniş və sevimli diyarımızın dörd bir yanında yaşayan əziz həmvətənlərimizi, habelə dünyanın istənilən nöqtəsində olan, arzu və həsrət gözünü doğma vətənə dikmiş iranlıları, xüsusilə də ölkəmizin və İslam İnqilabının uca amalları uğrunda böyük fədakarlıqlar etmiş, canını, gənc övladlarını bu əzəmətli inqilabın uğrunda, ölkəmizin vüqarı naminə qurban vermiş qardaş və bacılarımızı, əziz şəhidlərimizin, əlil və veteranlarımızın ailə üzvlərini, ölkəmizin və dövlətimizin başıucalığı uğrunda çalışıb zəhmət çəkən bütün fədakar insanları səmimi-qəlbdən təbrik edirəm.
Ali Məqamlı Rəhbərin 22 bəhmən ümumxalq yürüşündə çoxmilyonlu iştirakına görə İran xalqına təşəkkür və minnətdarlıq müraciəti
Ali Məqamlı Rəhbərin 22 bəhmən ümumxalq yürüşündə çoxmilyonlu iştirakına görə İran xalqına təşəkkür və minnətdarlıq müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müraciət edərək 22 bəhmən ümumxalq yürüşündə çoxmilyonlu, yüksəksəviyyəli iştirakına görə İran xalqına öz dərin təşəkkür və minnətdarlığını bildirərək xüsusilə vurğuladı: “İran xalqının dostları ilə yanaşı düşmənləri də bilməlidirlər ki, bu xalq xoşbəxtlik və tərəqqinin ən yüksək zirvələrini fəth etməyi qərara alaraq öz yolunu dəqiq müəyyənləşdirib və bu yolda qarşısına çıxan bütün maneələri dəf edəcək!”
İslam İnqilabı Rəhbəri bir sıra məhkumların əfv edilməsinə və cəzalarının yüngülləşdirilməsinə razılıq vermişdir
İslam İnqilabı Rəhbəri bir sıra məhkumların əfv edilməsinə və cəzalarının yüngülləşdirilməsinə razılıq vermişdir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti sədrinin mübarək Qədir-Xum günləri münasibətilə ümumi və İnqilabi məhkəmələr, İnzibati Cəzalar Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 793 nəfərə yaxın məhkumun əfvi və cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət qarşılamışdır.
İslam İnqilabı Rəhbərinin möhtəşəm həcc toplumuna müraciəti
İslam İnqilabı Rəhbərinin möhtəşəm həcc toplumuna müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei möhtəşəm həcc toplumuna müraciətində bütün müsəlmanları və həcc zəvvarlarını bu dəyərli və misilsiz fürsətdən səmərəli şəkildə istifadə etməyə, habelə üzərinə düşən vəzifəyə və əsl ehtiyac duyulan məsələlərə bir daha diqqət yetirməyə çağıraraq təkidlə vurğuladı: “Bu gün İslam ümmətinin ən ümdə vəzifəsi mehriban ünsiyyəti, dostluq və qardaşlıq bağlarını daha da möhkəmlətmək, min bir dona girməyi bacaran müstəmləkə əjdahasına qarşı mübarizə aparmaq, eyni zamanda sözdə və əməldə müşriklərə nifrət etməkdir”.
İnqilab Rəhbərinin XVIII Namaz Konfransına ünvanladığı müraciət
İnqilab Rəhbərinin XVIII Namaz Konfransına ünvanladığı müraciət
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei XVIII Namaz Konfransına ünvanladığı müraciətdə builki konfransın gənclərin adı ilə bağlanmasını layiqli və bəyənilən bir iş adlandıraraq bildirdi: “Gəncləri namazın insana bəxş etdiyi mənəvi saflıq və sevinclə tanış etmək, əslində, həm bu gənclərə, həm də onların güclü əzmi sayəsində quracaqları gələcəyə böyük bir xidmətdir”.
Onlarla şiə və sünni qardaşların və İnqilab Keşikçiləri Korpusunun bir neçə komandanının şəhid olması ilə əlaqədar başsağlığı müraciəti
Onlarla şiə və sünni qardaşların və İnqilab Keşikçiləri Korpusunun bir neçə komandanının şəhid olması ilə əlaqədar başsağlığı müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei etdiyi müraciətlə onlarla şiə və sünni qardaşın, o cümlədən İnqilab Keşikçiləri Korpusunun bir-neçə komandanının, xüsusilə də general Şüştəri və general Məhəmmədzadənin şəhid olması ilə əlaqədar təbrik və başsağlığı ünvanlayaraq vurğuladı: “İslam dövlətinin qüdrətli əli xalqın canına, malına və təhlükəsizliyinə təcavüz edənləri onların xəyanətkar əməllərinə layiq surətdə cəzalandıracaq!”
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Müqəddəs Müdafiə Hərəkatı dövründə şəhid olmuş və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə xalqa ünvanladığı müraciətdə şəhidləri İran tarixinə qızıl hərflərlə yazılmış bu mərhələnin simvolu adlandıraraq bildirmişdir:

Seçilmiş ünvanlar