Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
      Çap versiyası  ;  PDF
       
      Allahın adlarına və Quran ayələrinə toxunmaq

       

      Sual 147: “Onun adı ilə” kimi cümlələrdə işlənən və Mütəal Allahın nəzərdə tutulduğu əvəzliklərə toxunmağın hökmü nədir?
      Cavab: Əvəzlik Allahın adı hökmünü daşımır.

       

      Sual 148: Mütəal Allahın adını, “ا...” şəklində yazmaq geniş yayılmışdır. Dəstəmazsız bu yazıya toxunanların hökmü nədir?
      Cavab: “Əlif” hərfi və nöqtələr Allahın adı hökmünü daşımır və bu yazıya dəstəmazsız toxunmaq olar.

       

      Sual 149: Mənim işlədiyim yerdə “Allah” kəlməsini “ا...” şəklində yazırlar. “Allah” kəlməsinin yerinə “əlif” hərfi və üç nöqtə yazmaq şəri baxımdan düzgündürmü?
      Cavab: Şəri baxımdan maneəsi yoxdur.

       

      Sual 150: Dəstəmazsız şəxslərin “Allah” kəlməsinə toxunacaqlarını sırf ehtimal verib, bu kəlməni yazmamaq, yaxud “ا...” şəklində yazmaq olarmı?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 151: Görmə qabiliyyətindən məhrum olan şəxslər oxuyub-yazmaq üçün barmaqların toxunuşu ilə oxunan qabarıq xətdən – “Brayl əlifbası”ndan istifadə edirlər. Qurani-Kərimin oxunuşunu öyrənərkən Brayl şrifti ilə yazılan Quran ayələrinə toxunanda belə şəxslərin dəstəmazlı olması vacibdirmi, yoxsa vacib deyildir?
      Cavab: Əgər qabarıq nöqtələr hərflərin əlamətidirsə, həmin hərflərin hökmünü daşımır. Amma əgər ürfdə xətt hesab olunursa, onlara toxunanda ehtiyata riayət etmək lazımdır.

       

      Sual 152: عبد الله” (Abdullah) və “حبیب الله” (Həbibullah) kimi adlara dəstəmazsız toxunmağın hökmü nədir?
      Cavab: Maneəsi yoxdur.
       
      Sual 153: Heyzli qadın üzərində Peyğəmbərin (s) adı həkk olmuş boyunbağını boynuna taxa bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 154: Quran ayələrinə dəstəmazsız toxunmağın haramlığı yalnız Qurani-Kərim kitabının xəttinə aiddirmi, yoxsa başqa bir kitabda və ya tablolarda və bu kimi əşyalarda yazılan Quran ayələrinə də şamildir?
      Cavab: Quran ayələri və kəlmələrinə dəstəmazsız toxunmağın haramlığı yalnız Qurani-Kərim kitabının xəttinə aid deyildir. Bu hökm başqa bir kitabda, yaxud qəzetlərdə, dərgilərdə, tablolarda və bu kimi əşyalarda yazılan bütün Quran ayələri və kəlmələrinə şamildir.

       

      Sual 155: Bir ailə vardır ki, xeyir-bərəkət niyyəti ilə düyü yeyərkən üzərində Quran ayələri, o cümlədən, Ayətəl-kürsi yazılmış bir qabdan istifadə edirlər. Bu işin maneəsi varmı?
      Cavab: Əgər dəstəmazlı olsalar, yaxud yeməyi qabdan qaşıqla götürsələr, maneəsi yoxdur.

       

      Sual 156: Yazı vasitələri ilə Quran ayələrini yazan bir şəxs onları yazarkən dəstəmazlı olmalıdırmı?
      Cavab: Bu işdə təharət şərt deyildir, amma yazıya dəstəmazsız toxunmamalıdır.

       

      Sual 157: İran İslam Respublikasının gerbinə dəstəmazsız toxunmaq haramdırmı?
      Cavab: Xeyr, haram deyildir.
       
      Sual 158: İran İslam Respublikasının gerbini idarə vərəqlərində çap etmək və yazışmalarda və başqa işlərdə bu vərəqlərdən istifadə etməyin hökmü nədir?
      Cavab: Allahın adını və ya İran İslam Respublikasının gerbini yazmaq və çap etməyin maneəsi yoxdur.

       

      Sual 159: Üzərində Quran ayələri çap olunmuş post markalarından istifadə etməyin, yaxud “Allah” kəlməsini, Mütəal Allahın adlarını və Quran ayələrini, yaxud Quran ayələrinə şamil olan bəzi müəssisələrin gerbini qəzetlərdə, dərgilərdə və gündəlik çap olunan nəşrlərdə çap etməyin hökmü nədir?
      Cavab: Quran ayələrini, Allahın adlarını və bu kimi kəlmələri çap etməyin maneəsi yoxdur. Amma bu kəlmələrin çap edildiyi vərəqlər kimin əlinə düşərsə, bu yazılara aid olan şəri hökmlərə riayət etməsi vacibdir. O, bu yazılara hörmətsizlik etmək, onları napak etmək və Quran ayələrinə dəstəmazsız toxunmaqdan çəkinməlidir.
       
      Sual 160: Bəzi qəzetlərdə Allahın adı və ya Quran ayələri yazılır. Bu qəzetlərə yemək bükmək, yaxud onların üstündə oturmaq, yaxud onlardan süfrə kimi istifadə etmək, həmçinin belə qəzetləri zibilliyə atmaq - başqa yollardan istifadə etməyin çətinliyini nəzərə almaqla – olarmı, yoxsa olmaz?
      Cavab: Belə qəzetlərdən ürfdə hörmətsizlik hesab olunan məqsədlər üçün istifadə etməyə icazə verilmir. Əgər hörmətsizlik hesab olunmazsa, istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 161: Üzüklərin üstünə həkk olunan kəlmələrə toxunmaq olarmı?
      Cavab: Əgər bu kəlmələrə toxunmaq üçün təharətli olmaq şərtdirsə, onlara təharətsiz toxunmaq olmaz.

       

      Sual 162: Üzərində Quran ayələri və Allahın adları yazılan əşyaları çaylara və arxlara atmağın hökmü nədir? Onları suda xəmir halına gətirməyin hökmü nədir?
      Cavab: Əgər belə əşyaları çaylara və arxlara atmaq ürfdə hörmətsizlik hesab olunmazsa, maneəsi yoxdur. Amma bunun yerinə onları xəmir halına gətirmək daha yaxşıdır.

       

      Sual 163: Yoxlanmış imtahan vərəqlərini zibilliyə atmaq və ya yandırmaq istəyərkən əmin olmaq lazımdırmı ki, Allahın adları və ya Məsumların (ə) adları bu vərəqlərdə mövcud deyildir? Bir tərəfində yazı yazılmayan vərəqləri tullamaq israf sayılırmı, yoxsa yox?
      Cavab: Araşdırma aparmaq lazım deyildir. Allahın adlarının vərəqdə olduğu dəqiqləşməzsə, onu zibilliyə atmağın maneəsi yoxdur. Amma kartonların hazırlanmasında və başqa istehsalatda istifadəyə yararlı olan vərəqləri, yaxud bir üzü yazılı olan, amma digər üzündən yazı yazmaq üçün istifadəsi mümkün olan vərəqləri yandırmaq və tullamaq israf ehtimalı mövcud olduğuna görə maneəsiz deyildir.

       

      Sual 164: Dəstəmazsız toxunulması haram olan mübarək adlar hansılardır?
      Cavab: Yaxşı olar ki, Allahın adlarına, Peyğəmbərlərin və Məsumların (salam olsun onlara) adlarına, ləqəblərinə və kunyələrinə dəstəmazsız toxunmaqdan çəkinilsin.

       

      Sual 165: Lazım olan halda mübarək adları və Quran ayələrini məhv etməyin şəri yolları hansılardır? Sirləri qorumaq üçün zərurət yarandığı təqdirdə Allahın adı və Quran ayələri yazılmış vərəqləri yandırmağın hökmü nədir?
      Cavab: Belə vərəqləri torpağa basdırmağın və ya su vasitəsilə xəmirləşdirməyin maneəsi yoxdur. Amma onların yandırılmasına icazə vermək işkallıdır. Hörmətsizlik hesab olunduğu təqdirdə, icazə verilmir. Amma əgər məcburiyyət yaranarsa və Allahın adlarını, Quran ayələrini vərəqdən ayırmaq (kəsib götürmək) mümkün olmazsa, icazə verilir.

       

      Sual 166: Mübarək adların və Quran ayələrinin yazıldığı vərəqləri xırda-xırda doğramağın - belə ki, hətta bu kəlmələrin iki hərfi belə yanaşı qalmasın və əsla oxunmasın - hökmü nədir? Mübarək adları və Quran ayələrini məhv etmək, nəticədə, onlara aid olan şəri hökmlərin aradan qalxması üçün bu kəlmələrin yazılışında müəyyən hərfləri silmək və ya onların yazılışına müəyyən hərfləri artırmaq kifayət edirmi?
      Cavab: Vərəqləri qeyd olunan şəkildə doğramaq əgər hörmətsizlik hesab olunarsa, buna icazə verilmir. Hörmətsizlik hesab olunmadığı təqdirdə isə, əgər vərəqləri qeyd olunan şəkildə doğramaq “Allah” kəlməsinin və Quran ayələrinin məhv olmasına səbəb olmazsa, bu, kifayət etmir. Həmçinin müəyyən hərfləri azaldıb-artırmaqla bu kəlmələrin yazılışını dəyişdirmək, “Allah” kəlməsini yazmaq niyyətilə yazılan hərflərə aid olan şəri hökmlərin aradan qalxmasına səbəb olmur. Bəli, hərflərin məhvi hesab olunan bir şəkildə hərflərin dəyişdirilməsi və bunun nəticəsində hökmün aradan qalxması uzaq ehtimal deyildir[1], baxmayaraq ki, onlara dəstəmazsız toxunmaqdan çəkinmək ehtiyata müvafiqdir.
       

      [1] “Uzaq ehtimal deyildir” ifadəsi fətva hökmündədir.
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /