Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
      Çap versiyası  ;  PDF
       
      Vasvasılıq və onun müalicəsi

       

      Sual 311: Mən bir neçə ildir ki, vasvasılıq xəstəliyinə tutulmuşam. Bu məsələ məni çox incidir və vəziyyətim günbəgün daha da pisləşir. Artıq mən hər şeyə şəkk edirəm və həyatım şəkk üzərində qurulub. Ən çox yemək və yaş əşyalar barəsində şəkk edirəm. Buna görə də, adi insanlar kimi yaşaya bilmirəm. Bir yerə gedəndə dərhal corablarımı çıxarıram, çünki elə fikirləşirəm ki, corablarım tərləmişdir və napak şeylə təmasda olub napak olacaqdır. Mən hətta səccadədə də əyləşə bilmirəm. Səccadəyə oturanda mənə vəsvəsə gəlir və ayağa qalxıram ki, birdən səccadənin xovları mənim paltarlarıma yapışar və onları yumaq məcburiyyətində qalaram. Mən əvvəllər belə deyildim. İndi bu işlərimə görə xəcalət çəkirəm. İstəyirəm ki, yuxuda kimisə görüm və çətinliklərimi ona danışım, yaxud bir möcüzə baş versin və həyatımı dəyişdirsin, əvvəlki vəziyyətimə qayıdım. Ümid edirəm ki, mənə yol göstərəcəksiniz.
      Cavab: Təharət və nəcasətin hökmləri “Şəriət hökmlərinin izahı” adlı kitablarda (risalələrdə) bəyan edilən hökmlərdən ibarətdir. Şəriət baxımından hər şey pak hökmündədir. Yalnız şəriətin “nəcasət” hesab etdiyi şeylər, həmçinin nəyinsə napak olduğuna insanın yəqinliyi olan əşyalar istisna təşkil edir. Vasvasılıq xəstəliyindən qurtulmaq üçün yuxuya və ya möcüzəyə ehtiyac yoxdur. Əslində, insan öz istəyini bir kənara qoymalı və şəriətin qayda-qanunlarına birmənalı olaraq tabe olmalıdır. Əgər nəyinsə napak olduğuna insanın yəqinliyi yoxdursa, həmin şeyi napak hesab etməməlidir. Çünki siz qapının, divarın, səccadənin və istifadə etdiyiniz başqa şeylərin napak olduğuna necə yəqin etmisiniz? Necə yəqin etmisiniz ki, üstündə əyləşdiyiniz səccadənin xovları napakdır və onun napaklığı sizin corabınıza, paltarınıza və bədəninizə sirayət edəcəkdir? Odur ki, belə hallarda zehninizə və ürəyinizə gələn vəsvəsələrə etina etməyinizə icazə verilmir. Napaklıq barəsində olan vəsvəsələrə etina etməmək və bu vəsvəsələrə etina etməməyi bir qədər məşq etmək sizə kömək edəcəkdir ki, Allahın istəyi və uğuru ilə vasvasılıqdan nicat tapasınız.

       

      Sual 312: Mən ali təhsilli bir qadınam və bir neçə övladım var. Çətinlik çəkdiyim məsələ paklıq məsələsidir. Dindar bir ailədə böyüdüyüm üçün İslamın qayda-qanunlarına əməl etmək istəyirəm. Övladlarım azyaşlı olduqlarına görə daim sidik və nəcisi təmizləməklə məşğul oluram. Sidiyi paklayarkən sifondan sıçrayan damlalar ətrafa yayılır və ayağıma, üzümə, hətta başıma dəyir. Hər dəfə bu əzalarımı paklamaq çətinliyi ilə üzləşirəm. Bu, həyatda mənim üçün çətinliklər yaratmışdır. Digər tərəfdən də, bu məsələlərə etinasız qala bilmərəm, çünki dinim və inancım ilə bağlıdır. Çətinliyimin həlli üçün mən psixoloqa da müraciət etdim, amma bir nəticəsi olmadı. Bundan əlavə, çətinlik çəkdiyim başqa hallar da vardır, məsələn, napak bir şeyin tozu, uşağın əllərini qorumaq və s. Uşağın əllərini ya suya çəkməliyəm, ya da ətrafdakı şeylərə əl vurmasının qarısını almalıyam. Napak şeyi paklamaq mənim üçün çox çətindir, amma yalnız çirkli olan qabları və paltarları yumaq mənim üçün rahatdır. Sizdən xahiş edirəm ki, mənə yol göstərib həyatımı asanlaşdırasınız.
      Cavab:
      1) Müqəddəs şəriətdə paklıq-napaklığa dair qayda budur ki, bir şeyin napak olduğuna yəqinliyimiz olmayanadək – hətta onun napak olduğuna böyük ehtimal versək belə – həmin şey pak qəbul edilir.

      2) Paklıq-napaklıq məsələlərində böyük psixoloji həssaslığı olan şəxslərə, məsələn, başqalarından daha tez bir şeyin napaklığına yəqin edən və ya başqalarından daha gec bir şeyin paklandığına yəqin edən insanlara fiqh termini ilə “vasvası” deyilir. Əgər vasvası insan bir şeyin napak olduğuna yəqin etsə, o öz yəqininə əməl etməməlidir. O, vasvası olmayan adi insanların bu məsələdə hasil olan yəqininə əməl edəcək. Vasvası insanın napak bir şeyi suya çəkməsində də adi insanların davranışı əsas götürülür. Belə ki, vasvası insanın napak şeyin paklandığına və nəcasətin aradan getdiyinə yəqin etməsi lazım deyildir.
      3) Napak olan hər bir şeyi və ya bədən üzvünü paklamaq üçün nəcasət aradan getdikdən sonra su borularından gələn su ilə bir dəfə yumaq kifayət edir. Həmin şeyi və ya əzanı yenidən yumaq, yaxud suya salmaq lazım deyildir. Əgər napak şey parça və bu kimi şeylərdən olsa, ehtiyata görə, onu adi qaydada sıxmaq və ya hərəkət etdirmək lazımdır ki, su onun daxilindən xaric olsun.
      4) Napaklıq məsələsində siz böyük həssaslığa düçar olduğunuza görə qəbul etməlisiniz ki, napak toz heç bir halda sizin üçün napak deyildir. Həmçinin uşağın əllərini – istər pak olsun, istərsə də napak – qorumağınız, habelə, bədəninizdən qan çıxıb-çıxmadığını yoxlamağınız lazım deyildir. Həssaslığınız aradan getməyənək bu hökm sizin barənizdə qüvvədədir.
      5) İslam dininin hökmləri asan və insan fitrətinə uyğun hökmlərdir. Siz bu hökmləri özünüz üçün çətinləşdirməyin və belə etməklə cisminizə və ruhunuza ziyan vurmayın, özünüzü əziyyətə salmayın. Bu məsələlərdə iztirab, həyatı sizə acı edər və Mütəal Allah sizin və sizinlə ünsiyyətdə olan insanların çətinliyə düşməsinə və əzab çəkməsinə razı deyildir. Asan dinə görə şükür edin və bu nemətin şükrü Mütəal Allahın əmrlərinə müvafiq rəftar etməkdir.
      6) Bu vəziyyət ötəri və müalicə oluna bilən bir vəziyyətdir. Bu vəziyyətə düşən bir çox insanlar yuxarıda açıqlanan metodla bundan nicat tapıblar. Allaha təvəkkül edin və himmət, iradə göstərib özünüzü sakitləşdirin. İnşallah ki, siz də müvəffəq olarsınız.

       

    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /