Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Kafirin hökmləri

       

      Sual 313: Bəzi fəqihlər kitab-əhlinin[1] napak olduğunu, bəziləri isə pak olduğunu bildirirlər. Sizin nəzəriniz nədir?
      Cavab: Kitab-əhlinin zati olaraq napak olduqları məlum deyildir. Bizim nəzərimizə görə onlar zati olaraq pak hökmündədirlər.

       

      Sual 314: Etiqadi baxımdan Xatəmül-ənbiyanın (s) peyğəmbərliyinə inanan, amma öz ata-babalarının yolu və adəti əsasında rəftar edən kitab-əhli olan fərdlər paklıq baxımından “kafir”in hökmünü daşıyırlar, yoxsa yox?
      Cavab: Təkcə Xatəmül-ənbiyanın (s) peyğəmbərliyinə etiqad bəsləmək “İslam” hökmünün onlar barəsində icra edilməsi üçün kifayət etmir. Amma əgər kitab-əhli hesab olunsalar, pak hökmündədirlər.

       

      Sual 315: Dostlarımla birlikdə bir ev icarayə götürdük və başa düşdük ki, dostlarımızdan biri namaz qılmır. Ondan nə üçün namaz qılmadığını soruşduq. Cavab verdi ki, Mütəal Allaha imanı vardır, amma namaz qılmır. Onunla birlikdə yemək yediyimizi və sıx ünsiyyətdə olduğumuzu nəzərə alaraq, biz onu napak bilməliyikmi?
      Cavab: Namaz, oruc və başqa şəri vacib əməlləri tərk etmək müsəlmanın mürtəd (dindən dönən), kafir və napak olmasına səbəb olmur. Onun mürtəd olduğu dəqiqləşməyənə qədər başqa müsəlmanların hökmündədir.

       

      Sual 316: “Kitab-əhli” dedikdə, kimlər nəzərdə tutulur? Onlarla ünsiyyətin hüdudlarını müəyyən edən meyar nədir?
      Cavab: “Kitab-əhli” dedikdə, İslam dinindən qeyri ilahi dinlərdən birinə etiqad bəsləyən, özünü ilahi peyğəmbərlərdən (ə) birinin ardıcılı hesab edən və peyğəmbərlərə (ə) nazil olan kitablardan birinə tapınan şəxsə deyilir, məsələn, yəhudi, məsihi, zərdüşti. Bizim araşdırmalarımıza əsasən, sabiilər də kitab-əhlidir və kitab-əhlinin hökmünü daşıyırlar. İslam qanunlarına və əxlaqına riayət edərək bu dinlərin ardıcılları ilə ünsiyyətdə olmağın maneəsi yoxdur.

       

      Sual 317: Bir firqə vardır ki, özlərini “əliyəllahı” adlandırırlar, yəni Əmirəl-möminin Əli ibn Əbu Talibi (ə) Allah bilir, namaz və oruc yerinə, dua etmək və hacət diləməyə etiqad bəsləyirlər. Onlar napakdırlarmı?
      Cavab: Əgər Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) Allah olduğuna etiqad bəsləyirlərsə - Allah bundan çox-çox uca və böyükdür! – onlar kitab-əhli olmayan qeyri-müsəlmanlar hökmündədirlər, yəni kafir və napakdırlar.

       

      Sual 318: Bir firqə vardır ki, özlərini “əliyəllahı” adlandırırlar və bu əqidədədirlər ki, Həzrət Əli (ə) Allah deyildir, amma Allahdan da aşağı deyildir. Bu firqənin hökmü nədir?
      Cavab: Əgər yeganə Allahın şəriki olduğuna etiqad bəsləmirlərsə, müşrik hökmündə deyildirlər.

       

      Sual 319: On iki imam şiəsi olanlar tərəfindən İmam Hüseynə (ə) və ya Əhli-kisaya (ə) nəzir deyilən malın “əliyəllahı” firqəsinin ardıcıllarının toplaşdığı mərkəzlərə vermək olarmı? Belə ki, bu iş onların mərkəzinin dirçəlməsinə səbəb olur.
      Cavab: Müttəqilərin mövlasının (ə) Allah olduğuna olan etiqad, yanlış etiqaddır və bu etiqad insanın İslamdan xaric olmasına səbəb olur. Bu yanlış etiqadın rəvac tapmasına və yayılmasına kömək göstərmək haramdır. Bundan əlavə, nəzir edilən malın nəzir edilən ünvandan qeyri-ünvana sərf edilməsinə icazə verilmir.

       

      Sual 320: Bizim məntəqənin ətraf yerlərində və bəzi başqa yerlərdə bir firqə vardır ki, özlərini “ismailiyyə” adlandırırlar. Onlar altı imamın imamlığına etiqad bəsləyirlər, amma vacib dini əməllərin heç birinə, həmçinin vilayəti-fəqihə etiqadları yoxdur. Sizdən xahiş edirəm ki, bu firqənin ardıcıllarının napak, yoxsa pak olduğunu bildirərdiniz?
      Cavab: Məsum İmamlardan (ə) digər altısına etiqad bəsləməmələri, yaxud dinin və Xatəmül-ənbiyanın (s) peyğəmbərliyinin inkarı ilə nəticələnmədiyi surətdə vacib dini əməllərə və şəri hökmlərə etiqad bəsləməmələri küfrə və napaklığa səbəb olmur. Amma əgər Məsum İmamlardan (ə) birinə qarşı təhqirə və hörmətsizliyə yol versələr, kafir və napakdırlar.

       

      Sual 321: Bizim təhsil aldığımız və yaşadığımız məntəqədə camaatın böyük əksəriyyəti buddist kafirlərdir. Əgər bir tələbə onların evini icarəyə götürsə, paklıq və napaklıq baxımından o evin hökmü nədir? Evi suya çəkmək və paklamaq zəruridirmi? Qeyd etmək lazımdır ki, bu məntəqədə olan evlərin əksəriyyəti taxtadan tikilib və onları yumaq mümkün deyildir. Hotellərin və onlarda olan əşyaların hökmü nədir?
      Cavab: İstifadə etdiyiniz əşyanın kitab-əhli olmayan kafirin yaş əlinə və bədəninə toxunduğuna yəqinlik hasil olmayana qədər bu əşyaların napak olduğuna hökm olunmur. Onların napak olduğuna yəqinlik hasil olduğu təqdirdə də, evin və hotelin qapısını və divarlarını, orada olan əşyaları suya çəkmək vacib deyildir. Yalnız yemək-içmək və namaz qılmaq üçün istifadə edilən əşyaları paklamaq vacibdir.

       

      Sual 322: Xuzistanda yaşayan xeyli sayda insan özlərini “sabii” adlandırır, Allah peyğəmbəri olan Həzrət Yəhyanın (ə) ardıcılı olduğunu və o həzrətin kitabının onların əlində olduğunu söyləyirlər. Dinləri araşdıran alimlər üçün sübuta yetmişdir ki, Quranda adı keçən “sabiun”, onlardır. Xahiş edirəm, onların kitab-əhli olub-olmadıqlarını bildirərdiniz.
      Cavab: Onlar kitab-əhli hökmündədir.

       

      Sual 323: Bu söz doğrudurmu ki, kafirin tikdiyi ev napakdır və belə evdə namaz qılmaq məkruhdur?
      Cavab: Belə evdə namaz qılmaq məkruh deyildir.

       

      Sual 324: Yəhudi, xristian və başqa kafir firqələrin ardıcılları üçün işləmək və onlardan zəhmət haqqı almağın hökmü nədir?
      Cavab: Kafir üçün işləməyin öz-özlüyündə maneəsi yoxdur. Bu şərtlə ki, bu iş haram işlərdən, habelə, İslamın və müsəlmanların ümumi mənafeyinə zidd olan işlərdən olmasın.

       

      Sual 325: Hərbi xidmət göstərdiyim məntəqədə köçəri tayfalar yaşayır ki, “haqq əhli” adlı bir firqənin ardıcılıdırlar. Onlardan süd, pendir və kərə yağı alıb istifadə etmək olarmı?
      Cavab: Əgər İslam dininin əsaslarına etiqadları varsa, paklıq və napaklıq baxımından başqa müsəlmanlar hökmündədirlər.

       

      Sual 326: Mənim tədris etdiyim kənddə camaat namaz qılmır, çünki “haqq əhli” adlı bir firqənin ardıcılıdırlar. Biz onlardan ərzaq məhsulları və çörək alıb yemək məcburiyyətindəyik, çünki gecə-gündüz orada qalırıq. Bizim namazımız iradlıdırmı?
      Cavab: Əgər tövhidi, nübüvvəti və İslam dinin zəruri etiqadlarından heç birini inkar etmirlərsə və Rəsulallahın (s) peyğəmbərliyini danmırlarsa, onların kafir və napak olduqlarına hökm olunmur. Əks təqdirdə, onlara toxunanda və ya onların yeməyindən istifadə edəndə paklıq-napaklıq məsələsinə riayət olunmalıdır.

       

      Sual 327: Bizim qohumlardan biri kommunist idi və uşaq olduğumuz vaxt bizə bir çox əşyalar hədiyyə etmişdir. Hal-hazırda bu əşyalardan bəziləri qalır. Onların hökmü nədir?
      Cavab: Əgər onun kafir və mürtəd olduğu sübuta yetərsə və büluğ yaşında İslamı izhar etməzdən qabaq küfrü qəbul etmiş olarsa, onun malı başqa kafirlərin malı hökmündədir.

       

      Sual 328: Zəhmət olmasa, aşağıdakı sualları cavablandırın:
      1) Müsəlman şagirdlərin azğın bəhailik firqəsinin ardıcılı olan şagirdlərlə münasibət qurmaları və əl-ələ görümələrinin – istər qız və ya oğlan olsun, istər şəri vəzifə yaşına çatmış olsun və ya çatmamış olsun, istər məktəbdə olsun və ya məktəbdən kənarda olsun, istər ibtidai, orta və ya tam orta pillədə olsun – hökmü nədir?
      2) Müəllimlər bəhai olduqlarını biruzə verən, yaxud bəhai olduqlarına yəqinlikləri olan şagirdlərlə necə rəftar etməlidirlər?
      3) Şagirdlərin ümumi istifadə etdikləri əşyalardan (məsələn, içməli su kranı, ayaqyolundakı su kranı, aftafa, sabun və s.) istifadə etməyin hökmü nədir? Bir halda ki, əl və bədənin yaş olduğunu bilirik.
      Cavab: Azğın bəhailik firqəsinin bütün ardıcılları napak hökmündədir. Əgər onlar bir şeyə toxunsalar, təharətin şərt olduğu işlər üçün bu şeylər barəsində paklıq məsələlərinə riayət etmək vacibdir. Amma məktəbin müdiri və müəllimləri bəhai şagirdlərlə İslamın qanunları və əxlaqı əsasında rəftar etməlidirlər.

       

      Sual 329: Xahiş edirəm ki, azğın bəhailik firqəsinin və bu firqənin ardıcıllarının müsəlman cəmiyyətinə qoyduqları təsirlərin qarşısında möminlərin vəzifəsini açıqlayardınız.
      Cavab: Bütün möminlər azğın bəhailik firqəsinin məkrləri və fəsadlarının qarşısını almalı, başqalarını onlara qoşulmaq və yolu azmaqdan çəkindirməlidirlər.

       

      Sual 330: Bəzən azğın bəhailik firqəsinin ardıcılı olan bəzi şəxslər bizə yemək və ya başqa bir şey gətirirlər. Biz onlardan istifadə edə bilərikmi?
      Cavab: Bu azğın və azdıran firqənin ardıcılları ilə hər növ münasibətdən uzaq olun.

       

      Sual 331: Bizim ətrafımızda çox sayda bəhai yaşayır və bizim evlərə tez-tez get-gəl edirlər. Bəziləri deyir ki, bəhailər napakdır. Bəziləri isə onları pak bilir. Bu bəhailərin davranışları yaxşıdır. Onlar napakdır, yoxsa pakdır?
      Cavab: Onlar napakdır və sizin din və imanınızın düşmənidirlər. Əziz övladlarım, özünüzü onlardan ciddi şəkildə qoruyun.

       

      Sual 332: Müsəlmanların və kafirlərin müştərək istifadə etdikləri maşın və ya qatar oturacaqları – nəzərə alsaq ki, bəzi yerlərdə kafirlər müsəlmanlardan sayca daha çoxdur və havanın temperaturu insanın tərləməsinə, hətta tərin oturacağa sirayət etməsinə səbəb olur – pak hökmündədirmi?
      Cavab: Kitab-əhli olan kafir pak hökmündədir. Hər halda, kafirlərin və müsəlmanların müştərək istifadə etdikləri əşyaların napak olduğuna yəqinlik hasil olmayanadək, onların pak olduğuna hökm olunur.

       

      Sual 333: Xaricdə ali təhsil alanların kafirlərlə əlaqədə və ünsiyyətdə olmaları qaçılmazdır. Belə isə, onların istehsal etdikləri və hazırladıqları yeməklərdən istifadə etməyin hökmü nədir? Əlbəttə, içərisində haram ərzaq (məsələn, şəri qaydada kəsilməyən heyvan əti) olmayan, amma kafirin yaş əlinin bu yeməyə toxunduğu ehtimal olunan yeməklər nəzərdə tutulur.
      Cavab: Sadəcə kafirin yaş əlinin yeməyə toxunduğunu ehtimal etmək, bu yeməkdən çəkinməyin vacib olması üçün kifayət etmir. Əgər kafirin yaş əlinin yeməyə toxunduğuna yəqinlik hasil olmasa, bu yeməyin pak olduğuna hökm olunur. Əgər kafir kitab-əhli olsa, zati olaraq napak deyildir və onun yaş əlinin nəyəsə toxunması, həmin şeyin napak olmasına səbəb olmur.

       

      Sual 334: Əgər İslam hökumətində yaşayan müsəlman bir şəxsin dolanışıq xərcləri, onunla səmimi əlaqəsi olan qeyri-müsəlman bir şəxs üçün işləmək yolu təmin olunursa, belə müsəlman şəxslə möhkəm əlaqə qurmaq və ailəvi get-gəl etməyə, bəzən onun süfrəsində yemək yeməyə icazə verilirmi?
      Cavab: Başqa müsəlmanların belə müsəlman şəxslə əlaqə qurmasının maneəsi yoxdur. Amma əgər müsəlman şəxsin qeyri-müsəlman bir şəxs üçün işləmək və onunla əlaqədə olmaq nəticəsində öz əqidəsindən dönmək kimi bir qorxusu olarsa, bu işi kənara qoyması vacibdir. Başqaları da onu “pis işdən çəkindirməli”dir.

       

      Sual 335: Təəssüflər olsun ki, həyat yoldaşımın qardaşı müxtəlif səbəblərə görə yoldan azmış və dindən tamamilə dönmüşdü. Hətta dinin bəzi müqəddəslərinə hörmətsizlik edirdi. İslamdan dönməsindən bir neçə il keçdikdən sonra indi bir məktubda yazıb bildirmişdir ki, İslama iman gətiribdir. Amma nə namaz qılır, nə də oruc tutur. Ata və anasının, ailənin başqa üzvlərinin onunla münasibəti necə olmalıdır? O, kafirdirmi? Onu napak bilməliyikmi?
      Cavab: Əgər onun qəlbən mürtəd olduğu sübuta yetibsə, bundan sonra tövbə etdiyi təqdirdə pak hökmündədir. Ata və anasının, ailənin başqa üzvlərinin onunla münasibətdə olmasının maneəsi yoxdur.

       

      Sual 336: Əgər bir şəxs dinin zəruri hökmlərindən bəzilərini, məsələn, oruc və başqa bir hökmü inkar etsə, kafir hökmündədirmi, yoxsa yox?
      Cavab: Əgər dinin zəruri hökmlərindən hansısa birini inkar etmək nübüvvətin inkarı və ya Rəsulallahın (s) peyğəmbərliyinin təkzibi ilə, yaxud şəriətə nöqsanın daxil edilməsi ilə nəticələnərsə, küfrə və mürtədliyə səbəb olur.

       

      Sual 337: Mürtədlər və hərbi kafirlər[2] üçün müəyyən edilən cəzalar siyasi məsələlərdən və rəhbərliyin səlahiyyətlərindəndir? Yoxsa Qiyamət gününədək sabit qalan cəzalardandır?
      Cavab: İlahi şəri hökmdür.
       

      [1] “Kitab-əhli” ifadəsinin izahı üçün 316-cı sualın cavabına baxın.
      [2] Hərbi kafir – düşmənçiliyi kənara qoymağa dair müsəlmanlarla əhd-peymanı olmayan və ya müsəlmanlarla müharibədə olan kafirdir.
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /