Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
      Çap versiyası  ;  PDF
       
      Qadınların hökmləri

       

      Sual 216: Anam Peyğəmbər (s) nəslindəndir. Mən də seyidə sayılırammı? Mən altmış yaşına qədər gördüyüm qanı heyz qərar verə və qan gördüyüm günlərdə namaz qılmaya, oruc tutmaya bilərəmmi?
      Cavab: Yaisəlik[1] yaşını təyin etmək məsələsində ehtiyat olunur. Qadınlar bu məsələdə başqa bir camiuş-şərait müctəhidə müraciət edə bilərlər.

       

      Sual 217: Əgər günü təyin edilmiş nəzir orucunu tutan bir qadın oruc halında heyz olsa, vəzifəsi nədir?
      Cavab: Heyz olduqda – hətta gündüzün axırına çox az vaxt qalmış olsa belə – onun orucu pozulur. Heyzdən paklandıqdan sonra həmin günün orucunun qəzasını tutmaq ona vacibdir.

       

      Sual 218: Heyzdən paklandığına yəqin etdikdən sonra qadının gördüyü ləkələrin hökmü nədir? Qeyd etmək lazımdır ki, həmin ləkələr nə qanın əlamətlərinə malikdir, nə də su ilə qarışmış qandır.
      Cavab: Əgər qan olmazsa, bu ləkələr heyz hökmündə deyildir. Əgər qan olarsa, sarı ləkələr şəklində olsa belə, on günü[2] keçmədiyi təqdirdə heyz hökmündədir. Bu məsələni müəyyənləşdirmək qadının öz öhdəsindədir.
       
      Sual 219: Ramazan ayının orucuna görə dərman vasitəsilə aybaşının qarşısını almağın hökmü nədir?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 220: Əgər hamilə qadında cüzi qanaxma olsa, amma bu qanaxma uşağın düşməsinə səbəb olmasa, qüsl etmək ona vacibdirmi, yoxsa vacib deyil? Onun vəzifəsi nədir?
      Cavab: Hamilə qadından gələn qan əgər heyzin əlamətlərinə və şərtlərinə malik olsa, yaxud heyz adətinin vaxtında gəlsə və üç gün davam etsə - hətta batində olsa belə - heyzdir. Əks təqdirdə, istihazə olacaqdır.

       

      Sual 221: Heyzdə müəyyən adəti olan qadın, məsələn, yeddi gün heyz qanı görən qadın uşaqlığına hamiləliyə qarşı vasitə qoydurduğuna görə hər dəfə on iki gün qan görür. Yeddi gündən sonra onun gördüyü qan heyzdir, yoxsa istihazə?
      Cavab: Əgər qan onuncu günə qədər kəsilməsə, adət günlərində gördüyü qan heyz, qalan günlərdə gördüyü qan istihazə olacaqdır.

       

      Sual 222: Heyzli və ya nifaslı qadın imamzadələrin (ə) ziyarətgahına daxil ola bilərmi?
      Cavab: Daxil ola bilər.

       

      Sual 223: Uşağını saldıran qadın, nifaslıdırmı, yoxsa nifaslı deyildir?
      Cavab: Uşağı saldırdıqdan sonra – hətta döl qan laxtası şəklində olsa belə – əgər qan gələrsə, nifas hökmündədir.

       

      Sual 224: Yaisəlik yaşında qadının gördüyü qanın hökmü nədir?
      Cavab: İstihazə hökmündədir.

       

      Sual 225: Hamiləliyin qarşısını almaq üçün yollardan biri hamiləliyə qarşı dərmanlardan istifadə etməkdir. Bu dərmanlardan istifadə edən qadınlar heyz günlərində və ya qeyri günlərdə qan ləkələri müşahidə edirlər. Bu ləkələrin hökmü nədir?
      Cavab: Əgər bu ləkələr heyzin şəri şərtlərinə malik olmasa, heyz hökmündə deyildir və istihazə hökmündədir.
       

      [1] Yaisəlik – qadının heyzdən (aybaşıdan) tamamilə kəsildiyi dövrdür.
      [2] “Gün”ün müəyyən edilməsində meyar ürfdür və burada “gün” Günəş doğandan qürub edənədək olan müddətdir.
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /