Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Məstedicilərin hökmləri

       

      Sual 301: Spirtli içkilər napakdırmı?
      Cavab: Məstedici içkilər, ehtiyata görə, napakdır.

       

      Sual 302: Odun üstündə qaynayan və üçdə ikisi azalmayan, amma məstedici də olmayan üzüm suyunun hökmü nədir?
      Cavab: Onu içmək haramdır, amma napak deyildir.

       

      Sual 303: Deyirlər ki, əgər suyunu çıxarmaq üçün bir miqdar qora qaynadılsa və qora ilə birlikdə bir və ya bir neçə üzüm dənəsi olsa, qaynayandan sonra qalan su haramdır. Bu söz doğrudurmu?
      Cavab: Əgər üzüm dənələri çox az olsa və üzümün suyu qoranın suyunda yox olsa, belə ki, artıq ona “üzüm suyu” deyilməsə, sözügedən su halaldır. Amma əgər təkcə üzüm dənələri odun üstündə qaynadılsa, onu yemək haramdır.

       

      Sual 304: Hal-hazırda bir çox dərmanların (xüsusilə də, sirop şəklində olan dərmanların), həmçinin ətirlərin (xüsusilə də, xaricdən idxal edilən ətirlərin) hazırlanmasında spirtdən istifadə olunur. Bu spirt, əslində, məstedicidir. Məsələni bilən və ya bilməyən şəxslərin bunları alıb-satmalarına və ya müxtəlif şəkillərdə istifadə etmələrinə icazə verirsinizmi?
      Cavab: “Təbiətcə məstedici mayelər”dən olduğu məlum olmayan spirtlər pak hökmündədir. Tərkibində bu spirtlərin olduğu mayeləri alıb-satmağın və istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 305: Həkimlər əllərini və istifadə etdikləri tibbi alətləri (məsələn termometri və s.) dizinfeksiya etmək üçün ağ spirtdən istifadə edə bilərlərmi? Ağ spirt, elə tibbi spirtdir və içilməsi mümkündür. Əgər bu spirtdən bir və ya bir neçə damcı paltara düşsə, bu paltarda namaz qılmaq olarmı?
      Cavab: Əgər bu spirt təbiətcə maye olmayan spirt növündən olarsa, məstedici olsa belə, pak hökmündədir. Bu spirtin töküldüyü paltarda qılınan namaz düzgündür və paltarı paklamağa ehtiyac yoxdur. Amma əgər təbiətcə maye və mütəxəssislərin rəyinə görə məstedici olan spirt növündən olarsa, ehtiyata görə, napakdır. Bu spirtin töküldüyü bədən və ya paltarı namaz qılmaq üçün paklamaq lazımdır. Amma tibbi alətləri və bu kimi şeyləri dizinfeksiya etmək üçün bu spirtdən istifadə etməyin maneəsi yoxdur.
       
      Sual 306: Qida sənayesində və əczaçılıqda istifadə edilən “kefir” adlı bir maddə vardır. Acıtma zamanı əldə edilən maddədə 5-8 faizli spirt əmələ gəlir. Bu miqdarda spirt istifadəçidə heç bir məstlik yaratmır. Şəri baxımdan bu maddədən istifadə etməyin maneəsi varmı, yoxsa yox?
      Cavab: Əgər əldə edilən maddədə mövcud olan spirt öz-özlüyündə məstedici olarsa, onu yemək haramdır və ehtiyata görə, napakdır, baxmayaraq ki, bu spirt az miqdarda olduğuna və əldə edilən maddənin tərkibinə qarışdığına görə istifadəçidə məstlik yaratmır. Amma əgər bu spirtin öz-özlüyündə məstedici olduğuna və ya təbiətcə maye şəklində olduğuna şəkk olunsa, hökm fərqli olacaq.

       

      Sual 307:
      1) Etil spirti napakdır, yoxsa yox? (Güman ki, bu spirt bütün məstedicilərin tərkibində vardır və məstliyə səbəb olur.)
      2) Spirtin napak olmasının meyarı nədir?
      3) Şərabın məstedici olduğu hansı yolla sübut edilir?
      Cavab:
      1) Məstedici və təbiətcə maye olan hər bir spirt, ehtiyata görə, napakdır.
      2) Spirtin napak olmasının meyarı məstedici və təbiətcə maye olmasıdır.
      3) Əgər mükəlləfin özünün yəqinliyi olmasa, etibarlı mütəxəssisin sözü kifayət edir.

       

      Sual 308: Bazarda mövcud olan bəzi içkilər, məsələn, koka-kola, pepsi və s. ölkə daxilində istehsal olunur. Deyilənlərə görə, bu içkilərin əsas maddələri xaricdən gətirilir və onların tərkibində spirtin olması ehtimalı vardır. Bu içkilərin hökmü nədir?
      Cavab: Pakdır və halaldır. Amma əgər mükəlləfin şəxsən özündə bu içkilərin tərkibində məstedici və təbiətcə maye olan spirtin olduğuna yəqinlik hasil olsa, bu içkilər napakdır və istifadəsi haramdır.

       

      Sual 309: Ümumiyyətlə, ərzaq məhsullarını alanda məhsulun qeyri-müsəlman olan satıcısının və ya istehsalçısının məhsula toxunduğunu, yaxud onların istehsalında spirtdən istifadə etdiyini araşdırmaq lazımdırmı?
      Cavab: Soruşmaq və araşdırma aparmaq lazım deyildir.

       

      Sual 310: Mən “atrapin sulfat spreyi”ni düzəltmişəm və spirt bu spreyin dərman formulunun tərkibində əsas rol oynayır. Belə ki, əgər sözügedən tərkibə spirt əlavə edilməsə, bu spreyin düzəldilməsi mümkün deyildir. Elmi cəhətdən də, bu sprey əsəb sisteminə təsir qoyan hərbi kimyəvi qazların əleyhinədir və İslamın silahlı qüvvələrinin bu qazlar qarşısında mühafizəsi üçün istifadə edilir. Sizin nəzərinə görə, əczaçılıqda spirtdən sözügedən tərzdə istifadə etməyə şəri baxımdan icazə verilirmi?
      Cavab: Əgər spirt məstedici və təbiətcə maye olsa, haramdır və ehtiyata görə, napakdır. Amma dərmanların hazırlanmasında ondan istifadə etməyin maneəsi yoxdur.

       

    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /