Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
      Çap versiyası  ;  PDF
       
      Təyəmmümün hökmləri

       

      Sual 200: Əgər üzərinə təyəmmüm etməyin düzgün olduğu torpaq, təbaşir, daş kimi şeylər divara yapışmış olsa, onların üzərinə təyəmmüm etmək düzgündürmü? Yoxsa onlar mütləq yerin üstündə olmalıdır?
      Cavab: Təyəmmümün düzgün olmasında bu şeylərin yerin üstündə olması şərt deyildir.

       

      Sual 201: Hamama getmək imkanı olmadığına görə bir neçə gün cənabətli halda qalan şəxs əgər qüsl əvəzinə təyəmmüm edib namaz qıldıqdan sonra dəstəmazı pozan bir iş görsə, sonrakı namaz üçün yenidən qüsl əvəzinə təyəmmüm etməlidirmi? Yoxsa cənabət baxımından elə birinci təyəmmüm kifayət edir və sonrakı namazlar üçün dəstəmaz baxımından dəstəmaz almalı və ya təyəmmüm etməlidir?
      Cavab: Cənabətli şəxs cənabət qüslü əvəzinə düzgün şəkildə təyəmmüm etdikdən sonra əgər dəstəmazı pozan bir iş görsə, təyəmmümü icazəli edən şəri üzr aradan qalxmayanadək, ehtiyat-vacibə görə, təharətin şərt olduğu əməlləri yerinə yetirmək üçün qüsl əvəzinə təyəmmüm etməli və dəstəmaz da almalıdır. Əgər dəstəmaz almaqda da üzrlü olsa, dəstəmaz əvəzinə başqa bir təyəmmüm etməlidir.

       

      Sual 202: Qüslə aid hökmlər qüsl əvəzinə təyəmmümə də aiddirmi? Yəni bu təyəmmümlə məscidə daxil olmaq olarmı?
      Cavab: Təyəmmümü icazəli edən üzr davam edənədək və təyəmmüm pozulmayanadək, qüslə aid olan bütün şəri hökmlər qüsl əvəzinə təyəmmümə də aiddir. Yalnız namaz vaxtının darlığına görə qüsl əvəzinə edilən təyəmmüm istisna təşkil edir.

       

      Sual 203: Onurğa beynindən zədə aldığına görə sidik ifrazını idarə edə bilməyən müharibə əlilinə əgər hamama getmək bir qədər çətindirsə, o, müstəhəb əməlləri yerinə yetirmək, məsələn, ziyarət etmək üçün qüsl əvəzinə təyəmmüm edə bilərmi? Həmçinin cümə qüslü əvəzinə təyəmmüm edə bilərmi?
      Cavab: Təharətin şərt olmadığı əməlləri yerinə yetirmək, məsələn, ziyarət etmək üçün qüsl əvəzinə təyəmmüm etməyin düzgünlüyü məhəlli-işkaldır. Amma çətinlik mövcud olduğu hallarda qəsdi-rəca[1] ilə müstəhəb qüsllər əvəzinə təyəmmüm etməyin maneəsi yoxdur.

       

      Sual 204: Əgər bir şəxsin ixtiyarında su olmasa, yaxud sudan istifadə etmək ona zərərli olsa, cənabət qüslü əvəzinə təyəmmüm etdiyi təqdirdə o, məscidə daxil ola və camaat namazı qıla bilərmi? Qurani-Kərimi qiraət etməsinin hökmü nədir?
      Cavab: Təyəmmümü icazəli edən şəri üzr aradan qalxmayanadək və etdiyi təyəmmüm pozulmayanadək, o, təharətin şərt olduğu bütün əməlləri yerinə yetirə bilər.

       

      Sual 205: Yuxuda ikən insandan bir rütubət xaric olur və oyandıqdan sonra o, heç nəyi xatırlamır. Amma paltarını rütubətli görür və nəyisə xatırlamağa da vaxt yoxdur, çünki sübh namazı qəza ola bilər. Bu vəziyyətdə insanın vəzifəsi nədir? Qüsl əvəzinə təyəmmüm niyyətini necə etməlidir? Bu barədə hökm nədir?
      Cavab: Əgər möhtəlim olduğunu bilirsə, cənabətlidir və qüsl etməlidir. Namaz vaxtı dar olduğu təqdirdə, bədənini pakladıqdan sonra təyəmmüm etməli və namaz qılmalıdır. Sonra geniş vaxtda qüsl etməlidir. Amma əgər möhtəlim və cənabətli olduğuna şəkk etsə, cənabətin hökmü ona aid olmur.

       

      Sual 206: Bir şəxs ardıcıl olaraq bir neçə gecə cənabətli olmuşdur. Hədisdə də buyurulur ki, bir neçə gün ardıcıl hamama getmək insanı zəif edər. Bu şəxsin vəzifəsi nədir?
      Cavab: Qüsl etmək ona vacibdir. Amma əgər sudan istifadə etmək ona zərərli olsa, bu təqdirdə təyəmmüm etməlidir.

       

      Sual 207: Mən vücudumda qeyri-təbii bir vəziyyət yaranıb. Belə ki, məndən neçə dəfə qeyri-ixtiyari olaraq müxtəlif vaxtlarda məni xaric olur və məninin xaric olması ləzzətlə yanaşı deyildir. Hər namaz üçün mənim vəzifəm nədir?
      Cavab: Əgər hər namaz üçün qüsl etmək sizə zərərlidirsə, yaxud sizin üçün çox böyük çətinliyi vardırsa, bədəninizi pakladıqdan sonra təyəmmüm edib namaz qılın.

       

      Sual 208: Əgər cənabətli şəxs qüsl etdiyi təqdirdə xəstələnəcəyini bilsə və buna görə sübh namazı üçün qüsl etməyib, qüsl əvəzinə təyəmmüm etsə, hökmü nədir?
      Cavab: Əgər qüslün ona zərərli olduğunu bilsə, təyəmmüm etməyin maneəsi yoxdur və təyəmmümlə namaz qılması düzgündür.

       

      Sual 209: Təyəmmümün qaydası necədir? Dəstəmaz əvəzinə təyəmmüm ilə qüsl əvəzinə təyəmmüm arasında fərq varmı?
      Cavab: Təyəmmümün qaydası belədir:
      Əvvəlcə niyyət etmək lazımdır. Sonra hər iki əlin içini tamamilə, “üzərinə təyəmmüm etməyin düzgün olduğu şey”ə birlikdə vurursan. Daha sonra hər iki əlin içini birlikdə alın və alnın hər iki tərəfinə bütünlüklə – belə ki, saçların çıxdığı yerdən başlayaraq qaşlara və burnun üstünə qədər – çəkirsən. Bundan sonra sol əlin içini sağ əlin üstünə və sağ əlin içini sol əlin üstünə bütünlüklə tamamilə çəkirsən. Ehtiyat-vacibə görə, yenidən əllərin içini “üzərinə təyəmmüm etməyin düzgün olduğu şey”ə vurursan və sol əlin içini sağ əlin üstünə və sağ əlin içini sol əlin üstünə bütünlüklə çəkirsən.

       

      Sual 210: Təbaşir və əhəng daşın üzərinə, habelə, bişmiş təbaşir və əhəngin, həmçinin kərpicin üzərinə təyəmmüm etməyin hökmü nədir?

      Cavab: Yerdən sayılan hər bir şeyin, o cümlədən, təbaşir və əhəng daşının üzərinə təyəmmüm etmək düzgündür. Bişmiş təbaşir və əhəngin, həmçinin kərpicin üzərinə təyəmmüm etməyin düzgün olduğu uzaq ehtimal deyildir.

       

      Sual 211: Qeyd etmisiniz ki, üzərinə təyəmmüm edilən şey pak olmalıdır. Təyəmmüm üzvləri (alın və əllərin üstü) də pak olmaldırmı?
      Cavab: Ehtiyat budur ki, imkan olduğu təqdirdə alın və əllərin üstü pak olsun. Əgər bir şəxs təyəmmüm üzvlərini paklaya bilməsə, elə həmin halda təyəmmüm etsin. Baxmayaraq ki, hər bir halda paklığın şərt olmaması uzaq ehtimal deyildir.

       

      Sual 212: Əgər bir şəxs dəstəmaz ala bilmirsə və təyəmmüm etmək imkanı da yoxdursa, vəzifəsi nədir?
      Cavab: Əgər bir şəxs namaz üçün dəstəmaz ala bilmirsə və təyəmmüm etmək də mümkün deyilsə, ehtiyata görə, namazı öz vaxtında dəstəmazsız və təyəmmümsüz qılsın, sonra dəstəmazlı və ya təyəmmümlü halda namazın qəzasını qılsın.

       

      Sual 213: Mən dəri xəstəliyinə tutulmuşam. Qüsl edəndə bədənimin dərisi quruyur. Hətta əllərimi və üzümü yuyanda da dərimdə quruluq yaranır. Buna görə də, dərimə yağ sürtmək məcburiyyətindəyəm. Nəticədə, dəstəmaz alarkən, xüsusilə də, sübh namazı üçün dəstəmaz alarkən müəyyən çətinliklərlə üzləşirəm. Mən sübh namazları üçün dəstəmaz əvəzinə təyəmmüm edə bilərəmmi?
      Cavab: Əgər sudan istifadə etmək sizə zərərli olarsa, dəstəmaz almaq düzgün deyildir və dəstəmaz əvəzinə təyəmmüm etməlisiniz. Amma əgər sudan istifadə etmək zərərli olmasa və həmin yağ suyun dəstəmaz üzvlərinə dəyməsinə maneə yaratmasa, dəstəmaz almalısınız. Əgər maneə yaradarsa və yağı dərinizdən təmizləyib dəstəmaz ala, sonra dərinizə yenidən yağ sürtə bilirsinizsə, təyəmmümə növbə çatmır.

       

      Sual 214: Bir şəxs namaz vaxtının darlığına görə namazını təyəmmümlə qılmışdır. Namazı qılıb qurtardıqdan sonra ona məlum olmuşdur ki, dəstəmaz almaq üçün vaxt var imiş. Onun namazının hökmü nədir?
      Cavab: Həmin namazı yenidən qılmaq ona vacibdir.

       

      Sual 215: Biz soyuq iqlimli bir məntəqədə yaşayırıq. Yaşadığımız yerdə nə hamam vardır, nə də hamamlanmaq üçün bir yer vardır. Mübarək ramazan ayında yuxudan cənabətli halda oyananda, gecənin bir vaxtında camaatın gözü qabağında tuluq suyu ilə və ya hovuz suyunda bir gəncin qüsl etməsinin eyib sayıldığını, həmçinin həmin vaxtda suyun soyuq olduğunu nəzərə alaraq, sabahkı günün orucu barəsində bizim vəzifəmiz nədir?
      Cavab: Qüsl etməyin sadəcə çətin olması və ya gecə vaxtı gənclərin qüsl etməsinin eyib sayılması şəri üzr hesab olunmur. Əgər qüsl etmək çətin olmazsa və şəri vəzifəsi olan şəxsə zərərli olmazsa, mümkün olan hər şəkildə qüsl etmək vacibdir. Çətin və ya zərərli olduğu təqdirdə isə, fəcr[2] doğmamışdan qabaq təyəmmüm etməlidir. Fəcr doğmamışdan qabaq cənabət qüslü əvəzinə edilən təyəmmümlə oruc tutmaq düzgündür. Əgər təyəmmüm etməzsə, orucu düzgün deyildir, amma gündüz ərzində imsak etmək[3] ona vacibdir.
       

      [1] Qəsdi-rəca - Mütəal Allahın göstərişi və ya qadağası olduğunu ehtimal verərək hansısa bir əməli yerinə yetirməyi və ya tərk etməyi niyyət etmək.
      [2] Fəcr – sübhün şəfəqi, dan yeri deməkdir.
      Sübh azanına yaxın şərq tərəfdən bir şəfəq (şüa) görünür və üzü yuxarıya hərəkət edir. Bu şəfəq, “birinci fəcr”, yaxud “kazib fəcr” adlanır. Bu şəfəq aradan getdikdən sonra başqa bir şəfəq doğur və onun nuru üfüq boyu yayılır, getdikcə də artır. Bu şəfəq, “ikinci fəcr”, yaxud “sadiq fəcr” adlanır.
      [3] İmsak etmək – orucu pozan işlərdən çəkinməkdir.
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /