Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Nəcasətlərin hökmləri

       

      Sual 266: Qan pakdırmı?
      Cavab: Əgər qanı sıçrayıcı olan heyvanınkı olarsa, napakdır.

       

      Sual 267: Əgər İmam Hüseynin (ə) əzadarlığında başı divara möhkəm vurmaq nəticəsində insanın başından qan gəlsə və əzadarlıq mərasimində iştirak edənlərin üz-gözünə tökülsə, bu qan pakdır, yoxsa yox?
      Cavab: İnsanın qanı hər bir halda napakdır.

       

      Sual 268: Paltarı yuduqdan sonra paltarda qalan qanın açıqrəngli izi napakdırmı?
      Cavab: Əgər bu, qanın özü olmasa və yalnız qanın rəngi olsa, pakdır.

       

      Sual 269: Bəzən yumurtada olan xırda qan laxtasının hökmü nədir?
      Cavab: Pak hökmündədir, amma onu yemək haramdır.

       

      Sual 270: Haramdan cənabətli olan şəxsin tərinin və nəcasətyeyən heyvanın tərinin hökmü nədir?
      Cavab: Əqvaya görə[1], pakdır. Amma ehtiyat-vacibə görə, onunla namaz qılınmamalıdır.

       

      Sual 271: Xalis su ilə qüsl verilməmişdən qabaq və sidirli və kafurlu su ilə qüsl verilmişdən sonra meyitin bədənindən yerə tökülən su damlaları pakdır, yoxsa yox?
      Cavab: Üçüncü qüsl tamamlanmamışdan öncə meyitin bədəni nəcasət hökmündədir.

       

      Sual 272: Bəzən dodaqlardan, əl və ayaqlardan dəri qopur. Bu, pak hökmündədir, yoxsa napak?
      Cavab: Əl və ayaqlardan, dodaqlardan və bədənin başqa yerlərindən öz-özünə qopan nazik dəri pak hökmündədir.

       

      Sual 273: Cəbhədə bir şəxs elə bir vəziyyətdə olub ki, donuz kəsib yemək məcburiyyətində qalıb. Onun bədəninin təri və ağzının suyu napak hökmündədirmi?
      Cavab: Haram və murdar ət yeyən şəxsin bədəninin təri və ağzının suyu napak deyildir. Amma donuz ətinə dəyən yaş bir şey, napak hökmündədir.

       

      Sual 274: Rəssamlıqda və xəritəçəkmədə fırçadan istifadə edilir. Keyfiyyətli fırçalar, adətən, donuz tükündən hazırlanır və qeyri-müsəlman ölkələrdən idxal edilir. Bu fırçaları hamı, xüsusilə, təbliğat və mədəniyyət müəssisələri əldə edir. Onlardan istifadə etməyin hökmü nədir?
      Cavab: Donuz tükü napakdır və təharətin şərt olduğu işlərdə ondan istifadə etmək olmaz. Amma təharətin şərt olmadığı işlərdə ondan istifadə etməyin maneəsi yoxdur. Əgər fırçanın donuz tükündən hazırlanıb-hazırlanmadığı məlum olmazsa, ondan hətta təharətin şərt olduğu işlərdə də istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 275: Qeyri-islami ölkələrdən idxal edilən ətləri yemək halaldırmı? Paklıq və napaklıq baxımından belə ətlərin hökmü nədir?
      Cavab: Belə ətlərin şəri kəsim olduğu dəqiqləşməyənədək onları yemək haramdır. Paklığa gəlincə isə, belə ətlərin şəri kəsim olmadığına yəqinlik yaranmayanadək onlar pakdır.

       

      Sual 276: Qeyri-islami ölkələrdən idxal edilən dəri və ya heyvanın başqa hissələri barəsində öz nəzərinizi bildirərdiniz.
      Cavab: Əgər heyvanın şəri qaydada kəsildiyini ehtimal verirsinizsə, pakdır. Amma əgər şəri qaydada kəsilmədiyinə yəqinliyiniz varsa, nəcasət sayılır.

       

      Sual 277: Əgər cənabətli şəxsin paltarı məni ilə napak olarsa:
      1) Yaş olduğu halda ona əl vurmağın hökmü nədir?
      2) Cənabətli şəxs öz paltarlarını suya çəkməsi üçün başqa bir şəxsə verə bilərmi? Möhtəlim şəxs onun paltarlarını suya çəkən şəxsə paltarların napak olduğunu bildirməlidirmi?
      Cavab: Məni nəcasətdir və əgər “keçici yaşlıq” ilə bir şeylə təmasda olarsa, onu da napak edir. Paltarı yuyan şəxsə onun napak olduğunu söyləmək lazım deyildir. Amma paltarın sahibi paltarın pak olduğuna yəqinliyi olmayanadək, onunla pak paltar kimi davrana bilməz.

       

      Sual 278: Mən sidik ifraz etdikdən sonra istibra edirəm və onunla birlikdə məni qoxusu verən bir maye xaric olur. Bu maye nəcasətdirmi? Namaz barəsində mənim vəzifəm nədir?
      Cavab: Əgər bu mayenin məni olduğuna yəqinliyiniz yoxdursa və bu maye məninin xaric olmasının şəri əlamətləri ilə xaric olmursa, məni hökmündə deyildir və pakdır.

       

      Sual 279: Əti haram quşların, məsələn, qarğa, sağsağan və qartalın nəcisi napakdırmı?
      Cavab: Əti haram quşların nəcisi napak deyildir.

       

      Sual 280: “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd olunub ki, əti haram heyvanların və quşların nəcisi napakdır. Əti halal heyvanların, məsələn, inək, qoyun və toyuğun nəcisi napakdır, yoxsa yox?
      Cavab: Əti halal olan heyvanların – istər dördayaqlıların, istər quşların – nəcisi, həmçinin əti haram quşların nəcisi pakdır.

       

      Sual 281: Əgər tualet unitazının kənarlarında və ya içərisində nəcasət olsa və ora kür və ya az su ilə yuyulsa, amma nəcasətin özü qalsa, nəcasətin olmadığı hissə və ora dəyən su pakdır, yoxsa napakdır?
      Cavab: Napak suyun dəymədiyi hissə pak hökmündədir.

       

      Sual 282: Əgər qonaq ev sahibinin ev əşyalarından birini napak edərsə, bunu ev sahibinə bildirməsi vacibdirmi?
      Cavab: Əgər yemək və içmək üçün istifadə edilən əşyalardırsa, bunu ev sahibinə bildirməlidir. Həmçinin əgər dəstəmaz və qüsl kimi işlərə xələl gətirəcək bir əşyadırsa, ehtiyat-vacibə görə, bunu da ev sahibinə bildirməlidir. Bu iki haldan qeyri hallarda isə bu məsələni ev sahibinə bildirməsi vacib deyildir.

       

      Sual 283: Napak bir şeylə təmasda olan pak bir şey napakdır, yoxsa yox? Napak olduğu təqdirdə, neçə vasitəyə qədər napakdır?
      Cavab: Nəcasətin özü ilə təmasda olub napak olan bir şey əgər pak bir şeylə təmasda olsa və onlardan biri yaş olsa, pak olan şeyi napak edər. Napak şeylə təmasda olmaq nəticəsində napak olan ikinci şey əgər pak bir şeylə təmasda olsa, ehtiyat-vacibə görə, onu napak edər. Amma napak olan üçüncü şey, onunla təmasda olan şeyi napak etmir.

       

      Sual 284: Şəri qaydada kəsilməyən heyvanın dərisindən tikilən ayaqqabıdan istifadə edəndə həmişə dəstəmazdan qabaq ayaqları yumaq vacibdir? Bəziləri deyir ki, əgər ayaq ayaqqabının içində tərləyərsə, ayaqları yumaq vacibdir. Təcrübə göstərir ki, ayaq hər ayaqqabının içində az ya çox tərləyir. Sizin bu barədə nəzəriniz nədir?
      Cavab: Əgər ayaqqabının şəri qaydada kəsilməyən heyvanın dərisindən tikildiyinə mükəlləfin yəqinliyi olsa və ayağın həmin ayaqqabıda tərlədiyi dəqiqləşsə, namaz üçün ayaqları yumaq vacibdir. Amma əgər ayaqların tərlədiyinə şəkk etsə, yaxud heyvanın – hansı ki, ayaqqabı o heyvanın dərisindən tikilibdir - şəri qaydada kəsildiyinə şəkk etsə, bu dəri pak hökmündədir.

       

      Sual 285: Həmişə özünü napak edən bir uşağın yaş əli, ağzının suyu və yeməyinin artığının hökmü nədir? Yaş əlini ayaqlarına vuran uşaqların hökmü nədir?
      Cavab: Onların napak olduğuna yəqinlik hasil olmayana qədər pak hökmündədirlər.

       

      Sual 286: Mənim damağımda xəstəlik vardır və həkimin göstərişi ilə həmişə damağımı masaj etməliyəm. Masaj mənim damağımın bəzi hissələrinin rənginin qaralmasına səbəb olmuşdur, sanki dərinin altında qan yığılıb bərkimişdir. Ağıza daxil olub həmin hissələrlə təmasda olan və daha sonra ağızdan xaric edilən su napak hökmündədirmi?
      Cavab: Pak hökmündədir.

       

      Sual 287: Mənim sualım budur ki, yemək yeyərkən damağımda dərinin altında yığılıb bərkimiş qanla təmasda olan yemək napakdır, yoxsa yox? Napak olduğu təqdirdə, yeməyi udduqdan sonra ağız boşluğu napak qalırmı?
      Cavab: Qeyd olunan halda yemək napak hökmündə deyildir və onu udmağın maneəsi yoxdur. Ağız boşluğu da pakdır.

       

      Sual 288: Bir müddətdir şayiə gəzir ki, kosmetik əşyaları doğuş vaxtı döldən kəsib götürdükləri göbək ciyəsindən, yaxud ölü döldən hazırlayırlar. Biz bəzən bu əşyalardan istifadə etmişik. Hətta dodaq boyası bəzən ağıza gedir. Bu əşyalar napakdırmı?
      Cavab: Şayiə, kosmetik əşyaların napak olmasına dair şəri dəlil deyildir. Onların napaklığı şəri yol ilə dəqiqləşməyənə qədər onlardan istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 289: Paltarı və ya parçanı yuyarkən onlardan xırda xovlar tökülür və ləyənə baxanda onları görmək olur. Ləyən su ilə dolu olanda və borudan gələn su ora töküləndə paltarı ləyənə salarkən su ləyənin kənarlarından tökülür. Ləyəndən tökülən suda bu xırda xovlar olduğuna görə bu sudan ehtiyat edir və hər tərəfi paklayıram. Yaxud uşaqların napak paltarlarını onların əynindən çıxaranda həmin yerləri, hətta quru olsa belə, suya çəkirəm. Çünki xırda xovların ora töküldüyünü düşünürəm. Bu ehtiyata lüzum varmı?
      Cavab: Əgər suya çəkmək üçün bir paltar ləyənə qoyularsa və onun üstünə su borularından gələn su axıdılarsa, su bu paltarı tamamilə islatdıqdan sonra paltardan ayrılarsa və ya onun daxilində bir yerdən başqa yerə hərəkət edərsə, bu təqdirdə paltar, su və paltarlardan tökülüb suyun üzündə görünən və su ilə birlikdə ləyəndən kənara tökülən xırda xovlar – bunların hamısı pakdır. Napak paltardan tökülən xırda xovlar və ya toz pakdır. Amma əgər xov və ya tozun paltarın napak yerindən töküldüyünə yəqinlik olarsa, xov və ya toz napakdır. Xov və ya tozun napak paltardan töküldüyünə sadəcə şəkk etdikdə, yaxud paltarın napak yerindən töküldüyünə şəkk etdikdə, ehtiyat etməyə lüzum yoxdur.

       

      Sual 290: Bir şeydən başqa bir şeyə sirayət edən yaşlıq (başqa sözlə, keçici yaşlıq) hansı miqdarda olan yaşlıqdır?
      Cavab: Keçici yaşlığın meyarı budur ki, təmas zamanı yaş şeyin yaşlığı digər şeyə keçir.

       

      Sual 291: Quru təmizləməyə verilən paltarların paklıq baxımından hökmü nədir? Xatırlatmalıyam ki, dini azlıqlardan olanlar (yəhudilər, xristianlar və s.) öz paltarlarını yuyulma və ütülənmə üçün quru təmizləməyə verirlər. Həmçinin bilirik ki, bu yerlərdə paltarların yuyulmasında kimyəvi maddələrdən istifadə edilir.
      Cavab: Əgər quru təmizləməyə verilən paltarlar əvvəlcədən napak olmasalar, pak hökmündədir və bu paltarların dini azlıqlardan olanların paltarları ilə təmasda olması, napaklığa səbəb olmur.

       

      Sual 292: Tam avtomatlaşdırılmış paltaryuyan maşında yuyulan paltarlar paklanırmı, yoxsa paklanmır? Bu paltaryuyan maşının iş mexanizmi belədir ki, birinci mərhələdə su yuyucu maddə ilə qarışır və paltarlar yuyulur. Bu suyun bir miqdarı və yuyucu maddənin köpükləri paltaryuyan maşının qapısındakı şüşəyə və qapının kənarındakı plastik örtüyə dəyir. İkinci mərhələdə paltarların yuyulduğu su maşından çəkilir, amma yuyucu maddənin köpüyü maşının qapısını və qapının kənarındakı plastik örtüyü tamamilə örtmüş olur. Sonrakı mərhələlərdə paltaryuyan maşın paltarları üç dəfə “az su” ilə yaxalayır, sonra paltarların yuyulduğu su maşından çəkilir. Xahiş edirəm ki, bu qaydada yuyulan paltarların paklanıb-paklanmadığını bizə izah edin.
      Cavab: Əgər “nəcasət” aradan getdikdən sonra paltarlar “kürr su”ya birləşən su ilə bir dəfə yuyularsa, paklanır. Həmçinin əgər paltarlar paltaryuyan maşının daxilinə qoyulmamışdan öncə paltaryuyan maşının daxili pak olarsa və “nəcasət” aradan getdikdən sonra paltarlar iki dəfə “az su” ilə yuyularsa, daha sonra da suyu adi şəkildə sıxılıb çəkilərsə, paklanır.

       

      Sual 293: Əgər yerə, yaxud hovuza, yaxud paltarların da yuyulduğu hamama su tökülsə və bu suyun damcıları paltara sıçrasa, paltar napak olurmu, yoxsa yox?
      Cavab: Əgər su pak bir yerə və ya pak bir torpağa tökülsə, ondan sıçrayan damcılar da pakdır. Əgər həmin yerin pak, yoxsa napak olduğuna şəkkimiz olsa, sıçrayan damcılar yenə də pakdır.

       

      Sual 294: Şəhərin zibilyığan maşınlarından küçələrə tökülən və bəzən güclü külək nəticəsində camaatın paltarlarına sıçrayan su pak hökmündədir, yoxsa napak?
      Cavab: Bu su pak hökmündədir. Amma əgər bir şəxs bu suyun nəcasətlə təmasda olması nəticəsində napak olduğuna yəqin etsə, bu su napakdır.

       

      Sual 295: Küçələrdəki çalalarda yığılan su pakdır, yoxsa napakdır?
      Cavab: Bu su pak hökmündədir.

       

      Sual 296: Qida məhsullarında və bu kimi şeylərdə paklıq-napaklığa əhəmiyyət verməyən şəxslərlə ailəvi get-gəl etməyin hökmü nədir?
      Cavab: Ümumiyyətlə, paklıq-napaklıq məsələsində İslam dininin hökmü budur ki, bir şeyin napak olduğuna dair yəqinlik olmazsa, həmin şey şəri baxımdan pak hökmündədir.

       

      Sual 297: Aşağıdakı şəxslərin qusmağının paklıq-napaklıq baxımından hökmü nədir:
      a) Südəmər uşağın;
      b) həm süd içən, həm də yemək yeyən uşağın;
      c) böyük adamın.
      Cavab: Bütün hallarda pakdır.

       

      Sual 298: Məhsurə şübhə ilə təmasda olan şeyin[2] hökmü nədir?
      Cavab: Əgər bəzi tərəfləri təmasda olarsa, napak şey hökmündə deyildir.

       

      Sual 299: Dini məlum olmayan bir şəxs başqa bir ölkədən müsəlman ölkəsinə işləmək üçün gəlmiş və ərzaq mağazası açmışdır. O, ərzaq məhsulları satır. Satış zamanı ərzaq məhsulu onun keçici yaşlığı olan yaş bədəni ilə təmasda olur. Ondan hansı dində olduğunu soruşmaq lazımdırmı? Yoxsa bu xüsusda “əşyaların paklığı qanunu”[3] icra olunur?
      Cavab: Ondan dini barəsində soruşmaq vacib deyildir. Bu şəxs barəsində, həmçinin onun keçici yaşlığı olan yaş bədəni ilə təmasda olan şey barəsində “əşyaların paklığı qanunu” icra olunur.

       

      Sual 300: Əgər ailə üzvlərindən biri, yaxud insanın evinə get-gəl edən bir şəxs paklıq-napaklıq məsələsinə əhəmiyyət vermirsə və bu, bütün evin və ev əşyalarının napak olmasına səbəb olursa, belə ki, evi və ev əşyalarını yumaq və suya çəkmək mümkün olmazsa, bu xüsusda ev əhlinin vəzifəsi nədir? Deyilənləri nəzərə alaraq, insanın pak qalması necə mümkündür? Xüsusilə də, paklıq, namazın düzgünlüyü üçün şərtdir. Bu barədə şəri hökm nədir?
      Cavab: Bütün evi paklamaq lazım deyildir. Namazın düzgün olması üçün namaz qılan şəxsin paltarının və alının qoyulduğu yerin pak olması kifayət edir. Evin və ev əşyalarının napak olması, insan üçün yalnız namaz və yemək-içmək barəsində paklığa riayət etmək vəzifəsi yaradır, bundan qeyri hallarda insan üçün bir vəzifə yaratmır.
       

      [1] Fətva deməkdir.
      [2] Əgər bir neçə şeydən biri napak olarsa, amma hansının napak olduğu məlum olmazsa və yaş bir şey bunlardan biri ilə təmasda olarsa, həmin şeyə “məhsurə şübhə ilə təmasda olan şey” deyilir.
      [3] Əşyaların paklığı qanunu odur ki, bir şeyin napak olduğuna əmin olmayınca həmin şey pak hökmündədir.
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /