Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
      • 1- Məclis ixtiyarı
      • 2- Qüsur ixtiyarı
      • 3- Gecikdirmə ixtiyarı
      • 4- Şərt ixtiyarı
      • 5- Görmə ixtiyarı
      • 6- Ziyan ixtiyarı
      • 7- Şərt sövdələşməsi ixtiyarı
      • 8- Şərtə xilaf çıxma ixtiyarı
        Çap versiyası  ;  PDF
         
        8- Şərtə xilaf çıxma ixtiyarı:

         

        Sual 1567: Bir şəxs bir malı başqa bir şəxsdən bu şərtlə almışdır ki, iki ay ərzində malın pulunu ödəyəcəkdir və bu müddət ərzində alıcının sövdələşməni pozmaq ixtiyarı vardır. Amma alıcı sövdələşmə tarixindən yeddi ay sonra malı satıcıya qaytarmışdır və satıcı da malı bu şərtlə qəbul etmişdir ki, alıcı müəyyən edilmiş müddət ərzində sövdələşməni pozmadığına və bu işi gecikdirdiyinə görə malın pulundan müəyyən faizini çıxacaqdır, çünki bu gecikdirmə ona müəyyən ziyanın dəyməsinə səbəb olmuşdur. Belə ki, əgər sövdələşmə müəyyən edilmiş müddət ərzində pozulsaydı, satıcı bu malı satar və onun pulunu başqa ticarətlərə sərmayə qoyub gəlir əldə edərdi. Sual budur ki, müəyyən edilmiş müddət keçdikdən sonra alıcının sövdələşməni pozmaq haqqı vardırmı? Satıcı bunu qəbul etməlidirmi? Satıcının malın pulundan müəyyən faizini çıxmaq şərtilə sövdələşmənin pozulmasını qəbul etmək haqqı vardırmı?
        Cavab: Müəyyən edilmiş müddət keçdikdən sonra sövdələşməni pozmaq ixtiyarına malik olan tərəfin sövdələşməni pozmaq və malı geri qaytarmaq haqqı yoxdur. Həmçinin o, satıcını sövdələşməni pozmağa vadar edə bilməz. Əlbəttə, onlar “iqalə” barəsində razılığa gələ bilərlər, amma “iqalə”ni qəbul etməsi üçün satıcı pulun müəyyən faizini çıxacağını şərt qoya bilməz. Əgər satıcı alıcının pulundan müəyyən məbləğ çıxmaqla “iqalə”ni qəbul edərsə, iqalə düzgün deyildir və pozulmuşdur.

         

        Sual 1568: Sövdələşmənin tərəfləri (yəni satıcı və alıcı) sövdələşmədə olan məqsədlərinə nail olmadıqlarını iddia edərək sövdələşməni poza bilərlərmi?
        Cavab: Əgər sövdələşmədə olan məqsədə nail olmamaq sövdələşmə əqdi əsnasında şərt olaraq qeyd edilməyibdirsə, yaxud sövdələşmə əqdi bunun əsasında bağlanmayıbdırsa, şəri baxımdan sövdələşməni pozmaq ixtiyarının yaranmasına səbəb olmur.

         

        Sual 1569: Mən öz ticarət mağazamı müəyyən şərtlər daxilində adi sənədlə satdım. Şərtlərdən biri də bu idi ki, mağazanın vergilərini alıcı ödəyəcəkdir. Amma alıcı indiyədək onları ödəməmişdir. Mənim sövdələşməni pozmaq haqqım vardırmı, yoxsa yoxdur?
        Cavab: Əgər sövdələşmə əqdi əsnasında açıq şəkildə şərt qoyulsa ki, alıcı vergiləri ödəmədiyi təqdirdə satıcının sövdələşməni pozmaq haqqı vardır, yaxud sövdələşmə əqdi bu şərtin əsasında bağlanarsa, satıcı üçün sövdələşməni pozmaq ixtiyarı yaranır.

         

        Sual 1570: Bir şəxs bir torpaq sahəsini bu şərtlə almışdır ki, əgər dövlət torpağın rəsmi sənədinin onun adına keçməsinə icazə verməzsə, yaxud torpaq sahəsinin plana düşdüyü məlum olarsa, onun sövdələşməni pozmaq haqqı vardır. Alıcı bu torpaq sahəsində tikinti işləri aparmaq üçün lisenziya ala bilmədiyinə görə hal-hazırda satıcıdan sövdələşməni pozmasını və aldığı pulu geri qaytarmasını istəyir. Amma bu şərtlə ki, əgər İcra Hakimiyyəti indiki vaxtdan etibarən iki il müddətində bu torpaq sahəsində tikitinti işlərinə icazə verərsə, satıcı bu torpaq sahəsini əvvəlki qiymətinə ona yenidən satmalıdır. Alıcının belə bir şərt qoyması düzgündürmü?
        Cavab: Sövdələşmə əqdi əsasında qeyd edilən şərt əsasında – belə ki, hər iki tərəf bu şərti qəbul etmişdir – alıcı sövdələşməni poza və torpağın pulunu satıcıdan tələb edə bilər. Amma sövdələşməni pozmaq əsnasında satıcının ziyanına olan hər hansı bir şərti qoymaq haqqı yoxdur.

         

        Sual 1571: Satıcı və alıcı arasında müəyyən şərtlər daxilində sövdələşmə əqdi baş tutmuşdur, belə ki, alıcı satıcının xeyrinə olaraq bu şərtləri öhdəsinə götürmüşdür. Alıcı malın pulunun bir hissəsini beh ünvanında satıcıya vermiş, amma sövdələşmənin digər şərtlərinə əməl etməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə alıcının satıcını sövdələşməni başa çatdırmağa vadar etmək haqqı vardırmı?
        Cavab: Satıcı sövdələşməni “şərtə xilaf çıxma” səbəbilə pozmayana qədər sövdələşməyə vəfa etməlidir. Amma əgər onun sövdələşməni pozmaq haqqı vardırsa, alıcının bəzi şərtlərə əməl etməkdən boyun qaçırması səbəbilə olsa belə, sövdələşməni poza bilər. Belə olduğu təqdirdə, alıcının satıcını ondan aldığı pulu geri qaytarmaqdan qeyri bir şeyə vadar etmək haqqı yoxdur.

         

      • Müamiləni pozmaq ixtiyarının müxtəlif hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /