Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Tehranda İnqilabın Şəhid Rəhbərinin pak cənazəsi ilə vida mərasimi
Tehranda İnqilabın Şəhid Rəhbərinin pak cənazəsi ilə vida mərasimi
Dünya müsəlmanlarının Rəhbəri Şəhid Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun dörd şəhid ailə üzvünün pak nəşləri bu gün səhər saatlarında yaşlı nəslin nümayəndələrindən tutmuş gənc nəslə qədər milyonlarla insanın iştirak etdiyi böyük bir izdihamın müşayiəti ilə Tehranda son mənzilə yola salındı. Xəbər hazırlanan saatlara qədər vida mərasimi hələ də davam edir.
İslam İnqilabının Şəhid Rəhbərinin cənazə namazı
İslam İnqilabının Şəhid Rəhbərinin cənazə namazı
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xamenei və onun şəhid olmuş ailə üzvlərinin cənazə namazı bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəlla və ətraf küçələrdə toplaşan milyonlarla insanın iştirakı ilə qılındı.
İslam İnqilabının Şəhid Rəhbəri ilə Vida Mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri ilə Vida Mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsinin ziyarət mərasimi bu gün səhər saatlarında xarici ölkələrin rəsmi nümayəndə heyətləri və yüksək rütbəli rəsmilərinin iştirakı ilə Tehranın İmam Xomeyni adına Müsəllasında rəsmi olaraq başladı.
1405-ci ilin Şami-Qəriban mərasimi
1405-ci ilin Şami-Qəriban mərasimi
Əhli-beyt (ə) aşiqi olan minlərlə insan İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə ucaldığı məkanın yaxınlığında toplaşaraq Şami-Qəriban mərasimi keçirdi.
İmam Hüseynin (ə) Aşura gecəsi mərasimi 1405-ci il
İmam Hüseynin (ə) Aşura gecəsi mərasimi 1405-ci il
İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İslam İnqilabının Şəhid Rəhbərinin şəhadətə ucaldığı məkanda baş tutdu.
1448-ci ilin məhərrəm ayının Tasua gecəsi mərasimi
1448-ci ilin məhərrəm ayının Tasua gecəsi mərasimi
İmam Hüseynin (ə) Tasua gecəsi münasibətilə təşkil olunan matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İnqilabın Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xameneinin şəhadətə ucaldığı məkanda keçirildi.
Ali Məqamlı Rəhbərin 1405-ci ildə Parlamentə ünvanladığı müraciəti
Ali Məqamlı Rəhbərin 1405-ci ildə Parlamentə ünvanladığı müraciəti
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 7 Xordad ilk Parlamentin təsis edilməsinin ildönümü münasibətilə ünvanladığı müraciətdə deputatların, xüsusilə də hörmətli Parlament sədrinin ölkənin tərəqqisi yolundakı səylərini yüksək qiymətləndirərək millətin həqiqi nümayəndəsinin xalqın içindən çıxan və ona layiq şəxslər olduğunu bildirdi.
Ali Məqamlı Rəhbərin h.q 1447-ci il həcc ziyarəti münasibətilə müraciəti
Ali Məqamlı Rəhbərin h.q 1447-ci il həcc ziyarəti münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həcc mövsümünün yetişməsi münasibətilə zəvvarlara ünvanladığı müraciətində həccin rəmzlər və sirlərlə dolu əməlləri və zikrlərini Mütəal Allaha doğru köç etmək, şeytanın və onun tərəfdarlarının əsarətindən xilas olmaq, ilahi vəzifələrə əməl etmək üçün dayanmadan səy göstərmək, nəfsin istəklərindən qurtulmaq, dünya və axirət xoşbəxtliyinə nail olmaq istiqamətində bəşəriyyət üçün daimi nişanələr olduğunu qeyd etdi.

Seçilmiş ünvanlar