
Xəbərlər


Aşura gecəsinin əzadarlıq məclisi
İslam İnqilabının Ali Rəhbəri və şəhidlər sərvərinin (ə) bir qrup əzadarının iştirakı ilə bu axşam (bazar ertəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə “Hüseyn (ə) Aşurasının axşamı” adlı matəm mərasimi keçirildi.

Həzrət Hüseynin (ə) Tasua axşamına həsr edilmiş matəm mərasimi
İslam İnqilabının Ali Rəhbəri və bir qrup Hüseyn əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Hüseynin Tasua axşamına həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş ikinci matəm gecəsi
İnqilabın Rəhbəri və bir qrup Hüseyn əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdilah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

Höccətül-İslam Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin İmam-cüməsi təyin edildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin hökmü ilə Höccətül-İslam hacı Şeyx Əhməd Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə yeni nümayəndəsi və Təbrizin İmam-cüməsi təyin edildi.

Prezident səlahiyyətlərinin icraçısı və on üçüncü hökumətin üzvlərinin görüşü
İslam İnqilabının Rəhbəri bu gün səhər prezidentin səlahiyyətlərini icra edən cənab Müxbir və on üçüncü hökumətin üzvləri ilə görüşdə qeyd etdi ki, xalq kütlələrinin (elit və xüsusi adamların deyil) problemlərinin həlli üçün dayanmadan səy göstərmək, daxili imkanlara dərin inam, dini və inqilabi mövqelərini açıq şəkildə ifadə etmək, yorulmamaq, ümidsizliyə qapılmamaq, xarici siyasətdə qarşılıqlı fəaliyyətə və ləyaqətə hörmət, böyük planlar həyata keçirmək üçün çalışmaq, təvazökarlıq, dözümlülük, mənəviyyat, zikr və təvəssül şəhid Rəisinin üstün fərdi və fəaliyyət xüsusiyyətlərindən idi: “Əziz Rəisi bir nümunə və meyar olaraq göstərdi ki, ölkə başçısı kimi bu intellektual, mənəvi və əməli keyfiyyətlərə malik olmaq və əməldə onları izləmək olar”.

Prezident seçilmiş cənab doktor Məsud Pezeşkiyanın görüşü
Prezident seçilmiş cənab doktor Məsud Pezeşkiyan bu gün günortadan sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Cənab doktor Səid Cəlilinin görüşü
Cənab doktor Səid Cəlili bu gün günortadan sonra İslam İnqilabının Rəhbəri ilə görüşdü.

Avropadakı tələbələrin İslami Assosiasiyalar İttifaqının 58-ci qurultayına müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 58-ci qurultayına ünvanladığı müraciətdə dünyanın faktiki mürəkkəb məsələlərinə işarə edərək bu tələbələrin böyük məsələlərdəki effektivliyinin motivasiya, iman və özgüvənlə şərtləndiyini vurğulayıb.

İran xalqının XIV prezident seçkilərindəki hərarətli iştirakı ilə bağlı müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XIV prezident seçkilərinin keçirilməsi münasibətilə ünvanladığı müraciətdə İran xalqını, seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını təbrik edərək hər kəsə ölkənin gündən günə artmaqda olan izzəti və inkişafı naminə əməkdaşlıq etməyi və yaxşı düşüncədə olmağı tövsiyə etdi: “Yaxşı olar ki, seçki rəqabətləri rəqabət normalarına çevrilsin. Hər kəs ölkənin maddi və mədəni abadlığı üçün çalışmalıdır”.

14-cü prezident seçkilərinin ikinci mərhələsində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər saat 08-00-da ölkədə keçirilən 14-cü prezident seçkilərinin ikinci mərhələsinin başladığı ilk dəqiqələrdə öz səsini seçki qutusuna atdı.

İnqilabın Rəhbəri “Şəhid Mütəhhəri Ali Məktəbi”nin yeni rəhbərliyi ilə görüşdü
Həzrət Ayətullah Xamenei seçkilərin birinci mərhələsindəki fəallığın proqnozların əksinə olaraq gözlənilən həddən aşağı olduğunu dedi: “Bunun da səbəbləri var. Politoloq və sosioloqlar həmin səbəbləri araşdırırlar”.

“Hərəm Müdafiəçiləri və Müqavimət Cəbhəsinin Şəhidləri” beynəlxalq konqresin təşkilatçıları ilə görüş
İnqilabın Rəhbəri 30 xordad 1403-cü il tarixində keçirilmiş “Hərəm Müdafiəçiləri və Müqavimət Cəbhəsinin Şəhidləri” beynəlxalq konqresi təşkil edən rəsmiləri ilə keçirdiyi görüşdə verdiyi bəyanat bu gün (09.04.1403, şənbə) səhər konqresin keçirildiyi İmam Rzanın (ə) ziyarətgahında yayımlandı.

14-cü prezident seçkilərində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 14-cü prezident seçkilərinin ilk dəqiqələrində səsverməyə qatılaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi.

İnqilabın Rəhbəri “Qədir” bayramı münasibətilə xalqın minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər mübarək “Qədir” bayramı münasibətilə minlərlə həmvətənlə görüşdə “Qədir” hadisəsinin İslam hakimiyyətinin, islami həyat modelinin davamlılığına zəmin yaradan bir hadisə olduğunu dedi.

İslam İnqilabının Rəhbəri Məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdə insanların problemləri və ixtilaflarının ədalət əsasında həll edilməsi və qanunun qırmızı xəttinin aşılmasının qarşısının alınmasının məhkəmə sistemininin əsas vəzifələrindən olduğunu dedi: “Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti heç bir tərəddüdsüz və cəsarətlə icra etməsidir”.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Məkarim Şirazini ziyarət etdi
İslam İnqilabının Ali Rəhbəri - halı pisləşdiyi üçün Tehran xəstəxanalarından birinə yerləşdirilən böyük təqlid mərcəyi Həzrət Ayətullah Məkarim Şirazini ziyarət etdi.

İnqilabın Rəhbəri elmi olimpiadaların medalçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta respublika və beynəlxalq səviyyəli şagird və tələbə olimpiadalarında medal qazanmış bir qrup gənclə səmimi görüşdə elit gənclərin zəngin, dərin və həqiqi ümid səbəbi olduğunu dedi: “Ölkənin bir elmi yüksəlişə ehtiyacı var. Gənc elitlər bu milli ehtiyacı təmin edən əsas amildir”.
