Xəbərlər
Ali Məqamlı Rəhbər 2012-ci il Yay Paraolimpiya Oyunlarının medalçılarını təqdir etdi
Əlil və fiziki qüsurlu idmançıların 2012-ci il Yay Paraolimpiya Oyunlarında İran İslam Respublikasını uğurla təmsil etmələri ilə əlaqədar, həmçinin Milli Paraolimpiya Komitəsinin sədrinin ona yazdığı məktuba cavab olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei idmançılara müraciət ünvanlayıb, qürurverici nailiyyətlərinə görə onları təqdir etdi.
Ali Məqamlı Rəhbər 21-ci Ümummilli Namaz Konfransına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 21-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd etdi ki, namazın öz layiqli mövqeyini tutması cəmiyyətin İslam dinində nəzərdə tutulan ideal və arzulanan məqama çatması üçün zəmin yaradır. O vurğuladı: “Mədəniyyət və incəsənət sferasında görülən bütün işlər, təhsil sahəsindəki bütün proqramlar namazın camaat, xüsusən də gənclər arasında günü-gündən daha da rövnəqlənməsi istiqamətində layihələndirilməli və icra olunmalıdır”.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bayram gününü elan etdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabah – 19 avqust 2012-ci il tarixinin şəvval ayının ilk günü, mübarək Ramazan bayramı olması ilə bağlı elamnamə yaydı.
Ali Məqamlı Rəhbər Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin şimal-qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar olaraq, təbii fəlakət nəticəsində xəsarət almış insanlara, vəfat edənlərin yaxınlarına başsağlığı müraciəti ünvanladı, Uca Yaradandan onlara səbir və əcr dilədi.
Ali Məqamlı Rəhbər ölkənin olimpiya medalçılarını təqdir etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Londonda keçirilən beynəlxalq olimpiada müsabiqəsində ölkəni təmsil edərək medal qazanmış vüqarlı idmançılara ünvanladığı müraciətdə onlara təşəkkürünü bildirdi, məşqçilərinin zəhmət və əzmini təqdir etdi.
Ali Məqamlı Rəhbər Larestanın imamcüməsinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra Larestanın imamcüməsi, dəyərli alim Ayətullah Hacı Seyid Əbdüləli Ayətullahinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər parlamentin yenicə işə başlayan 9-cu çağırışının nümayəndələrinə müraciət etdi
Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxunmuş müraciətin tam mətni:
Ali Məqamlı Rəhbər ağırlıqqaldırma millisini təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra Asiya çempionatında birincilik qazanması münasibətilə İran İslam Respublikasının Milli ağırlıqqaldırma komandasına təbrik müraciəti etdi.
Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş matəm mərasimlərində iştirak edəcək
Ötən illərdə olduğu kimi, bu il də Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqəli matəm günlərində Ali Məqamlı Rəhbərin iştirakı ilə əza məclisləri təşkil olunacaq.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qərbi Azərbaycan əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəkbər Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Ayətullah Şəhid Dəstğeybin oğlunun vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullah Şəhid Dəstğeybin oğlu Höccətül-İslam Seyid Məhəmmədhaşim Dəstğeybin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər briqada generalı Əli Fədəvinin atasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-dəniz Donanmasının komandanı briqada generalı Əli Fədəvinin atasının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər gənc alim Əhmədi Rouşənin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc və görkəmli alim Əhmədi Rouşənin terror nəticəsində şəhid olması ilə əlaqədar etdiyi başsağlığı müraciətində mühüm məqamlara toxundu. Müraciətində: “İmperialist blokunun bütün səylərinə rəğmən, böyük İran xalqı öz inkişaf yolunu güclü iradə və qüdrətlə davam etdirir” – deyən Ali Məqamlı Rəhbər bu cinayətin arxasında gizlənən qüvvələrin və onu törədən cinayətkarların cəzasız qalmayacaqlarını vurğuladı.
Ali Məqamlı Rəhbər Ayətullah Hacı Şeyxməhəmməd Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani alim Ayətullah Hacı Şeyxməhəmməd Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Hacı Bəxşinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hacı Zəbihullah Bəxşinin vəfatı ilə əlaqədar başsağlığı verdi, Uca Tanrıdan cihad cəbhələrinin bu cəsur və qocaman döyüşçüsünə səbir və səbatının müqabilində mükafat dilədi.
Höccətül-İslam vəl-muslimin Əmid Zəncaninin vəfatı ilə əlaqədar başsağlığı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər etdiyi rəsmi müraciətlə Höccətül-İslam vəl-muslimin Abbasəli Əmid Zəncaninin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və dostlarına başsağlığı verdi.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bəyannamə ilə çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə 9 günlük səfəri sona çatdıqdan sonra Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin cəsur və mübariz əhalisinə minnətdarlıq məqsədi daşıyan bəyannamə ilə çıxış etdi.
Ali Məqamlı Rəhbər Tehrana döndü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinin müxtəlif təbəqələri təmsil edən mömin, cəsur və istiqanlı əhalisi ilə çoxsaylı görüşlərindən sonra bu gün (cümə axşamı) günorta vilayətə 9 günlük səfərini başa vuraraq paytaxt Tehrana döndü.
