Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
      Çap versiyası  ;  PDF
       
      Namazın əhəmiyyəti və şərtləri

       

      Sual 338: Namazı bilərəkdən tərk edən və ya yüngül sayan şəxsin hökmü nədir?
      Cavab: Beş vaxtda qılınan gündəlik namazlar İslam şəriətinin çox mühüm vacib əməllərindəndir, hətta dinin sütunudur. Namazı tərk etmək və ya yüngül saymaq şəri baxımdan haramdır və cəzaya səbəb olur.

       

      Sual 339: Əgər bir şəxsin ixtiyarında su və ya üzərinə təyəmmüm etməyin düzgün olduğu şey yoxdursa, namaz ona vacibdirmi?
      Cavab: Ehtiyata görə, namazı öz vaxtında qılsın və namaz vaxtından sonra dəstəmazlı və ya təyəmmümlü halda namazın qəzasını qılsın.

       

      Sual 340: Sizin nəzərinizə görə, vacib namazda hansı hallarda niyyəti dəyişmək lazımdır?
      Cavab: Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
      1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: Belə ki, əsr namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf əsr niyyətilə namaz qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
      2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: Belə ki, işa namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf işa niyyətilə namaz qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də keçməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ yerinə yetirməmişdir).
      3) Mükəlləfin boynunda iki qəza namazı vardır, hansı ki, bu namazlar əda qılındığı zaman ardıcıllığa riayət olunmalıdır (məsələn, bir günün zöhr və əsr namazlarının qəzası): Əgər o, unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan öncə ikinci namazın qəzasını qılmağa başlayıbsa, bu halda niyyəti birinci namaza dəyişməlidir.
      Aşağıdakı hallarda namazın niyyətini dəyişməyə icazə verilir:
      1) Niyyəti əda namazından (yəni öz vaxtında qılınan namaz) vacib bir namazın qəzasına dəyişmək. (Bunu da qeyd edək ki, əgər mükəlləfin boynunda yalnız bir qəza namazı varsa, niyyəti qəza namazına dəyişmək ehtiyat-vacibdir, xüsusilə də, qəza namazı həmin günün namazı olduqda.)
      2) Camaat namazının savabını əldə etmək üçün niyyəti vacib namazdan müstəhəb namaza dəyişmək.

      3) Cümə günü zöhr namazının niyyətini nafiləyə dəyişmək: Belə ki, namaz qılan şəxs “Cümə” surəsini qiraət etməyi unudub, onun yerinə başqa bir surəni oxumağa başlamış və surənin yarısına çatmışdır və ya yarısını keçmişdir.

       

      Sual 341: Əgər namaz qılan şəxs cümə günü həm cümə namazını, həm də zöhr namazını qılmaq istəyirsə, hər bir namaz üçün qəsdi-vücub (vacib niyyəti) etmədən təkcə qəsdi-qürbət[1] etməlidirmi? Yoxsa iki namazdan biri üçün həm qəsdi-qürbət və həm qəsdi-vücub etməli, o biri namaz üçün təkcə qəsdi-qürbət etməlidir? Yoxsa hər iki namaz üçün həm qəsdi-vücub və həm də qəsdi-qürbət etməlidir?

      Cavab: İki namazın hər birində qəsdi-qürbət kifayət edir və qəsdi-vücub heç birində vacib deyildir.

       

      Sual 342: Əgər ağızdan və ya burundan gələn qan namaz vaxtının əvvəlindən axırına yaxın bir vaxtadək davam etsə, namazın hökmü nədir?
      Cavab: Əgər bədəni paklamaq mümkün olmasa və namaz vaxtının qurtaracağından qorxsa, namazı həmin vəziyyətdə qılsın.

       

      Sual 343: Namazın müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdirmi, yoxsa yox?
      Cavab: Namazın istər vacib, istərsə də müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdir və bu baxımdan vacib zikr ilə müstəhəb zikr arasında fərq yoxdur.

       

      Sual 344: Xəstəxanada bəzi xəstələrə sidiyin xaric olması üçün kateter adlı boru qoyulur. Bu vəziyyətdə sidik qeyri-ixtiyari olaraq xəstədən yatdığı və ya oyaq halda, yaxud da namaz əsnasında xaric olur. Xahiş edirəm, bu sualı cavablandırın: Belə şəxs namazını başqa vaxt yenidən qılmalıdırmı? Yoxsa həmin vəziyyətdə qıldığı namaz kifayət edir?
      Cavab: Əgər həmin vəziyyətdə o, namazını öz şəri vəzifəsinə müvafiq şəkildə qılıbsa, namazı düzgündür, onu yenidən və qəzasını qılmaq vacib deyildir.
       

      [1] Qəsdi-qürbət – Mütəal Allaha yaxın olmaq niyyəti.
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /