Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
      Çap versiyası  ;  PDF
       
      Cümə namazı

       

      Sual 606: İmam Zamanın (ə.f) qeyb dövründə yaşadığımızı nəzərə alaraq, cümə namazında iştirak etmək barədə sizin nəzəriniz nədir? Əgər bəzi şəxslər imam-cümənin ədalətli şəxs olduğunu qəbul etmirlərsə, cümə namazında iştirak etmək vəzifəsi onların üzərindən götürülürmü?
      Cavab: Baxmayaraq ki, hazırkı dövrdə cümə namazı təxyiri-vacibdir və bu namazda iştirak etmək vacib deyildir, amma cümə namazında iştirak etməyin faydalarını və təsirlərini nəzərə alaraq, sadəcə imam-cümənin ədalətinə şübhə ilə yanaşmaq və ya məqbul olmayan başqa səbəblərə görə, möminlərin özlərini bu namazda iştirak etməyin bərəkətindən məhrum etmələri bəyənilmir.

       

      Sual 607: Cümə namazı məsələsində təxyiri-vacibin mənası nədir?
      Cavab: Mənası budur ki, mükəlləf cümə gününün vacib zöhr namazını qılmaqda cümə namazı ilə zöhr namazı arasında seçim edə bilər və bu ikisindən birini qılmaqda ixtiyarlıdır.

       

      Sual 608: Cümə namazına əhəmiyyət verməmək və bu səbəbdən cümə namazında iştirak etməmək barəsində sizin nəzəriniz nədir?
      Cavab: İbadi-siyasi namaz olan cümə namazına əhəmiyyət verməyib, bu namazda iştirak etməmək şəri baxımdan bəyənilmir.

       

      Sual 609: Bəzi şəxslər qeyri-məntiqi səbəblərə görə və bəzən də fikirayrılıqlarına görə cümə namazında iştirak etmirlər. Bu barədə sizin nəzəriniz nədir?
      Cavab: Cümə namazına əhəmiyyət verməmək və bu səbəbdən də cümə namazında iştirak etməmək şəri baxımdan bəyənilmir.

       

      Sual 610: Cümə namazının qılındığı məkana yaxın bir məkanda cümə namazı ilə eyni vaxtda zöhr namazının camaat namazı şəklində təşkil olunmasına icazə verilirmi?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur və mükəlləf cümə gününün zöhr namazını qılmış olur. Çünki hazırkı dövrdə cümə namazı “təxyiri-vacib”dir. Amma nəzərə alsaq ki, cümə günü cümə namazının qılındığı məkana yaxın bir məkanda zöhr namazının camaat namazı şəklində qılınması möminlərin pərakəndəliyinə səbəb ola, hətta camaatın nəzərində imam-cüməyə qarşı hörmətsizlik və cümə namazına qarşı etinazsızlıq hesab oluna bilər, buna görə də möminlərə bu işi görməmək tövsiyə olunur. Hətta fəsada və harama səbəb olduğu təqdirdə, bu işdən çəkinmələri vacibdir.

       

      Sual 611: Cümə namazı ilə əsr namazı arasındakı zaman fasiləsində zöhr namazını qılmaq olarmı? Əgər əsr namazını imam-cümədən qeyri bir şəxs qılarsa, əsr namazında ona iqtida etmək olarmı?
      Cavab: Cümə namazı zöhr namazı əvəzinə kifayət edir, amma cümə namazından sonra zöhr namazını ehtiyat ünvanında qılmağın maneəsi yoxdur. Cümə günü əsr namazını imam-cümədən başqa bir şəxsə iqtida etməyin maneəsi yoxdur. Amma əgər bir şəxs cümə namazından sonra zöhr namazını ehtiyat ünvanında qılarsa və sonra əsr namazını camaatla qılmaq istəyərsə, tam ehtiyat budur ki, o, cümə namazından sonra ehtiyat ünvanında zöhr namazını qılan bir şəxsə iqtida etsin.

       

      Sual 612: Əgər imam-cümə cümə namazından sonra zöhr namazını qılmasa, məmum ehtiyat ünvanında zöhr namazını qıla bilərmi?
      Cavab: Məmuma icazə verilir.

       

      Sual 613: Şəri-hakimdən icazə almaq imam-cüməyə vacibdirmi? “Şəri-hakim” dedikdə, kim nəzərdə tutulur? Bu hökm uzaq şəhərlərdə də qüvvədədirmi?
      Cavab: Cümə namazına imam olmaq şəri-hakimin icazəsinə bağlı deyildir. Amma cümə namazına imam təyin edilmə hökmünü daşıması, müsəlmanların rəhbəri (müsəlmanların vəliyyi-əmri) tərəfindən təyin edilməyə bağlıdır. Bu hökm, müsəlmanların rəhbərinin hökmünə əməl olunduğu hər bir məntəqəyə və şəhərə şamildir.

       

      Sual 614: Təyin edilmiş imam-cümə bir maneə və ya təzad olmadığı təqdirdə, təyin edildiyi məkandan qeyri bir məkanda cümə namazını qıla bilərmi?
      Cavab: Bu işə öz-özlüyündə icazə verilir, amma cümə namazına təyin edilmə hökmünü daşımayacaqdır.

       

      Sual 615: Müvəqqəti imam-cümə vəliyyi-fəqih tərəfindən seçilməlidirmi? Yoxsa imam-cümənin özü kimisə müvəqqəti imam-cümə seçə bilər?
      Cavab: Təyin edilmiş imam-cümə bir şəxsi özünə müvəqqəti canişin seçə bilər, amma canişin şəxsin imamlığı vəliyyi-fəqih tərəfindən təyin edilmə hökmünü daşımayacaqdır.

       

      Sual 616: Əgər mükəlləf təyin edilmiş imam-cüməni ədalətli bilməsə və ya onun ədalətinə şübhə etsə, müsəlmanların vəhdətini qorumaqdan ötrü ona iqtida edə bilərmi? Cümə namazında iştirak etməyən şəxs başqalaranı bu namazda iştirak etməməyə təşviq edə bilərmi?
      Cavab: Mükəlləfin ədalətli bilmədiyi və ya ədalətinə şübhə etdiyi bir şəxsə iqtida etməsi düzgün deyildir və onun camaat namazı da düzgün deyildir. Amma vəhdəti qorumaqdan ötrü camaat namazında iştirak etməyin maneəsi yoxdur. Hər bir halda, başqalarını cümə namazında iştirak etməməyə təşviq etmək haqqı yoxdur.

       

      Sual 617: Əgər imam-cümənin yalan danışdığı mükəlləf üçün sübuta yetsə, onun imamlığı ilə qılınan cümə namazında iştirak etməməsinin hökmü nədir?
      Cavab: İmam-cümənin dediyi sözün ziddini aşkarlamaq, onun yalan danışdığına dəlil deyildir. Çünki onun bu sözü səhv, yaxud xəta, yaxud da tövriyə üzündən ola bilər. İmam-cümənin ədalətdən düşdüyünü sırf güman edib, cümə namazının bərəkətindən özünü məhrum etmək yaxşı bir iş deyildir.

       

      Sual 618: Mərhum İmam Xomeyni (r.ə) və ya ədalətli vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümənin ədalətini müəyyənləşdirmək və dəqiqləşdirmək məmuma vacibdirmi? Yoxsa imam-cümə təyin edilməsi, onun ədalətinin sübutu üçün kifayət edir?
      Cavab: Əgər onun imam-cümə təyin edilməsi, məmumda onun ədalətinə etimadın yaranmasına səbəb olarsa, bu, ona iqtida etməyin düzgünlüyü üçün kifayət edir.

       

      Sual 619: Etibarlı alimlər tərəfindən məscidlərə imam-camaatın təyin edilməsi, yaxud müsəlmanların vəliyyi-əmri tərəfindən imam-cümənin təyin edilməsi onların ədalətinə bir növ şəhadət hesab olunurmu? Yoxsa onların ədaləti barəsində araşdırma aparmaq lazımdır?
      Cavab: Əgər imam-cümənin və ya imam-camaatın təyin edilməsi, onun ədalətinə etimadın yaranmasına səbəb olarsa, ona iqtida etmək olar.

       

      Sual 620: İmam-cümənin ədalətinə şəkk etdiyimiz və ya Allah eləməmiş onun ədalətli olmadığına yəqin etidiyimiz təqdirdə, onun arxasında qıldığımız namazları yenidən qılmağımız vacibdirmi?
      Cavab: Əgər namazı qılıb qurtardıqdan sonra onun ədalətinə şəkk etsəniz və ya ədalətli olmadığına yəqin etsəniz, qıldığınız namazlar düzgündür və onları yenidən qılmağa ehtiyac yoxdur.

       

      Sual 621: Avropa və qeyri-avropa ölkələrində müsəlman ölkələrin tələbələri tərəfindən təşkil edilən və imam-cümənin, həmçinin namaz qılanların əksəriyyətinin əhli-sünnə qardaşlarından olduğu cümə namazında iştirak etməyin hökmü nədir?
      Cavab: Vəhdəti qorumaq və fitnəyə düşməmək üçün bu namazda iştirak etməyin maneəsi yoxdur.

       

      Sual 622: Pakistanın şəhərlərinin birində qırx ildir ki, cümə namazı qılınır. İndi bir şəxs iki cümə namazı arasında şəri fasiləyə riayət etmədən başqa bir cümə namazı təşkil etmiş və bu, namaz qılanlar arasında ixtilafın düşməsi ilə nəticələnmişdir. Bu işin şəri baxımdan hökmü nədir?
      Cavab: Möminlər arasında ixtilaf və pərakəndəliyin düşməsi ilə nəticələnən hər hansı bir işi görməyə icazə verilmir. O ki qaldı, İslamın şüarlarından biri və müsəlmanların vəhdət rəmzi olan cümə namazına!

       

      Sual 623: Ravalpindi şəhərinin[1] cəfəri cami məscidinin xətibi elan etdi ki, təmir işləri ilə əlaqədar cümə namazı bu məsciddə təşkil olunmayacaq. İndi məscidin təmir işləri başa çatmışdır, amma biz bir çətinliklə üzləşmişik. Çətinliyimiz budur ki, bizdən dörd kilomert fasilədə başqa bir məsciddə cümə namazı təşkil olunur. Qeyd edilən məsafəni nəzərə alaraq, cəfəri cami məscidində cümə namazının təşkil olunması düzgündürmü, yoxsa yox?
      Cavab: Əgər iki cümə namazı arasındakı məsafə bir şəri fərsəx[2] qədər olmazsa, ikinci başlayan cümə namazı düzgün deyildir. Əgər hər ikisi eyni vaxtda başlasa, hər ikisi düzgün deyildir.

       

      Sual 624: Camaatla qılınan cümə namazını fərdi qılmaq olarmı? Yəni bir şəxs camaatla cümə namazı qılanların kənarında dayanıb, fərdi cümə namazı qıla bilərmi?
      Cavab: Cümə namazının düzgünlüyünün şərtlərindən biri, onun camaatla qılınmasıdır. Fərdi şəkildə cümə namazı qılmaq düzgün deyildir.

       

      Sual 625: Namazı qəsr olan bir şəxs imam-cümənin arxasında dayanıb namazını camaatla qıla bilərmi?
      Cavab: Müsafir məmumun cümə namazı düzgündür və zöhr namazının əvəzinə kifayət edir.

       

      Sual 626: Cümə namazının ikinci xütbəsində Xanım Fatimə-Zəhranın (s.ə) mübarək adını imamlardan biri kimi qeyd etmək vacibdir? Yoxsa o xanımın adını müstəhəb əməl niyyətilə qeyd etmək vacibdir?
      Cavab: “İmam” adı Xanım Fatimə-Zəhraya (s.ə) şamil olmur və cümə namazının xütbəsində onun adını çəkmək vacib deyildir. Amma təbərrük ünvanında o xanımın adını çəkməyin maneəsi yoxdur, hətta bəyənilən əməldir və savabı vardır.

       

      Sual 627: İmam-cümə cümə namazı qıldığı halda məmum başqa bir vacib namazı qılmaq üçün ona iqtida edə bilərmi?
      Cavab: Bunun düzgünlüyü məhəlli-işkaldır (yəni düzgün deyildir).

       

      Sual 628: Şəri zöhr vaxtı daxil olmamışdan qabaq cümə namazının xütbələrini söyləmək düzgündürmü?
      Cavab: Şəri zöhr vaxtı daxil olmamışdan qabaq сümə namazının xütbələrini söyləməyə icazə verilir.

       

      Sual 629: Əgər məmum cümə namazının xütbələrinə çatmasa və yalnız cümə namazına çatıb imam-cüməyə iqtida etsə, onun namazı düzgündürmü və kifayət edirmi?
      Cavab: Hətta əgər cümə namazının axırıncı rəkətinin rükusundan bir an öncə iqtida edə bilsə, onun namazı düzgündür və kifayət edir.

       

      Sual 630: Bizim şəhərimizdə cümə namazı zöhr azanından bir saat yarım sonra qılınır. Bu namaz zöhr namazını əvəz edirmi, yoxsa zöhr namazını yenidən qılmaq lazımdır?
      Cavab: Cümə namazının vaxtı “şəri zöhr” daxil olduqda başlanır və ehtiyat odur ki, ürfə görə “şəri zöhrün əvvəlləri” sayılan vaxtdan o tərəfə keçməsin.

       

      Sual 631: Cümə namazına getməyə qadir olmayan bir şəxs zöhr və əsr namazlarını namaz vaxtının əvvəlində qıla bilərmi? Yoxsa cümə namazının qurtarmasını gözləməli, sonra zöhr və əsr namazların qılmalıdır?
      Cavab: Gözləmək ona vacib deyildir, zöhr və əsr namazlarını namaz vaxtının əvvəlində qıla bilər.

       

      Sual 632: Əgər təyin edilmiş imam-cümə cümə namazı qılınan məkanda hazır olsa və sağlam olsa, cümə namazını qılmağı müvəqqəti imam-cüməyə həvalə edə bilərmi? O, müvəqqəti imam-cüməyə iqtida edə bilərmi?
      Cavab: Təyin edilmiş imam-cümənin canişininin cümə namazı qılması və təyin edilmiş imam-cümənin öz canişininə iqtida etməsinin maneəsi yoxdur.
       

      [1] Ravalpindi Pakistanda bir şəhərdir.
      [2] Bir şəri fərsəx təxminən 5125 metrdir, yəni 5 kilometr 125 metr.
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /