Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
      Çap versiyası  ;  PDF
       
      Qəsdi-iqamət[1] və şəri məsafə

       

      Sual 657: Qonşu şəhər ilə mənim işlədiyim yer arasındakı məsafə şəri məsafədən azdır. Bu iki yerin heç biri mənim vətənim olmadığına görə, mən namazlarımı tam qılım və oruclarımı tutum deyə, işlədiyim yerdə on gün qalmağı niyyət edirəm. İşlədiyim yerdə on gün qalmağı niyyət edərkən bu müddət ərzində və bu müddətdən sonra qonşu şəhərə getməyi nəzərdə tutmuram. Belə isə, aşağıdakı hallarda mənim şəri hökmüm nədir?
      1) On gün tamamlanmamışdan qabaq hansısa bir hadisə və ya iş ilə əlaqədar qonşu şəhərə gedirəm və təxminən iki saatdan sonra iş yerimə qayıdıram?
      2) On gün tamamlanandan sonra qonşu şəhərin müəyyən məhəlləsinə getmək məqsədilə o şəhərə gedirəm və şəri məsafəni aşmıram, amma bir gecə orada qaldıqdan sonra qaldığım yerə (başqa sözlə, işlədiyim yerə) qayıdıram?
      3) On gün tamamlanandan sonra qonşu şəhərin müəyyən məhəlləsinə getmək məqsədilə o şəhərə gedirəm, amma getmək istədiyim məhəlləyə çatdıqdan sonra başqa bir məhəlləyə getməyi qərara alıram, halbuki o məhəllə ilə mənim qaldığım yer arasındakı məsafə şəri məsafədən çoxdur?
      Cavab: 1 və 2) Əgər ilk əvvəldə, qaldığınız yerdən xaric olmaq niyyətiniz olmayıbsa, “bir yerdə on gün qalmaq niyyət”i gerçəkləşdikdən (yəni orada ən azı bir dördrəkətli namaz qıldıqdan) sonra şəri məsafədən az olmaq şərtilə bir və ya bir neçə gün[2] oradan xaric olmağınız “bir yerdə on gün qalmaq niyyəti”nə xələl gətirmir. Bu halda, istər on gün tamamlanmamışdan qabaq, istərsə də on gün tamamlandıqdan sonra oradan xaric olmağınızın bir fərqi yoxdur və yeni bir səfər etməyənədək namaz tam və oruc düzgündür.
      3) Sualda deyilənlərə əsasən, “şəri səfər” gerçəkləşmədiyinə görə, bir yerdə on gün qalmaq niyyəti pozulmur.

       

      Sual 658: Əgər müsafir vətəndən xaric olduqdan sonra elə bir yol ilə hərəkət etsə ki, bu yolda öz vətəninin azan səsini eşidir və ya evlərin divarını görür, bu, şəri məsafəyə xələl gətirirmi?
      Cavab: O öz vətənindən keçməyənə qədər şəri məsafəyə xələl gəlmir və səfəri kəsilmir. Amma vətən ilə tərəxxüs həddi arasındakı hüdud daxilində olanadək o, müsafir hökmündə deyildir.

       

      Sual 659: İşlədiyim və eyni zamanda yaşadığım yer mənim vətənim deyildir. İşlədiyim yer ilə vətənim arasında şəri məsafədən çox məsafə vardır. İşlədiyim yeri mən özümə vətən etməmişəm, çünki ola bilər, orada ancaq bir neçə il qalım. Bəzən idarə işləri ilə əlaqədar ayda iki-üç gün oradan xaric oluram. Yaşadığım şəhərdən şəri məsafədən çox olmaq şərtilə xaric olub-geri döndükdə, mən on gün qalmağı niyyət etməliyəmmi, yoxsa yox? Əgər on gün qalmağı niyyət etmək vacibdirsə, şəhərin ətrafına hansı məsafədə gedə bilərəm?
      Cavab: Sualda deyilənlərə əsasən, siz həmin şəhərdə müsafir hökmündə deyilsiniz. Sizin namazınız tamdır və orucunuz düzgündür.

       

      Sual 660: Bir şəxs təhsil ilə əlaqədar illərcə öz vətəninin dörd kilometrliyində qalıb və hər həftə də öz evinə gedib. Əgər bu şəxs öz vətəninin iyirmi bir kilometrliyində, amma illərcə qalıb dərs oxuduğu yerin iyirmi kilometrliyində yerləşən bir yerə səfər etsə, onun namazının hökmü nədir?
      Cavab: Əgər öz vətənindən ora səfər edərsə, namazı qəsrdir.

       

      Sual 661: Bir şəxs üç fərsəx yol getmək niyyətindədir, amma elə əvvəlcədən nəzərdə tutmuşdur ki, yol əsnasında müəyyən bir işlə əlaqədar əsas yoldan çıxıb başqa yol ilə bir fərsəx gedəcək və işini gördükdən sonra yenidən əsas yola qayıdıb səfərini davam etdirəcəkdir. Bu şəxsin namaz və orucunun hökmü nədir?
      Cavab: O, müsafir hökmündədir. Çünki başqa yol ilə gedib-qayıtdığı məsafəni əsas yolda qət etdiyi məsafəyə əlavə etməsi, şəri məsafənin tamamlanması üçün kifayət edir.

       

      Sual 662: İmam Xomeyninin (r.ə) fətvasına əsasən, səkkiz fərsəx yol qət etdikdə namazı qəsr qılmaq və orucu iftar etmək vacibdir. Bu fətvanı nəzərə alaraq, əgər gediş yolu dörd fərsəxdən az olsa, amma qayıdarkən yol çətinliklərinə və maşının olmamasına görə altı fərsəxdən çox yolu qət etmək məcburiyyətində olsa, bu şəxs namazını qəsr qılmalı və orucunu iftar etməlidirmi?
      Cavab: Əgər gediş yolu dörd fərsəxdən az olsa və qayıdış yolu da şəri məsafə qədər olmasa, namaz tamdır və oruc düzgündür.

       

      Sual 663: Bir şəxs yaşadığı yerdən başqa bir yerə səfər edir və həmin yerə qədər olan məsafə şəri məsafədən azdır. Həftə ərzində bir neçə dəfə həmin yerdən başqa bir yerə səfər edir və gedilən ümumi yol səkkiz fərsəxdən çox olur. Bu şəxsin vəzifəsi nədir?
      Cavab: Əgər səfərə çıxanda şəri məsafəni qət etmək niyyətində olmayıbsa və getdiyi birinci yer ilə digər yer arasındakı məsafə də şəri məsafə qədər olmayıbsa, o, müsafir hökmündə deyildir.

       

      Sual 664: Əgər bir şəxs müəyyən bir yerə getmək üçün öz şəhərindən çıxsa və həmin yerdə gəzintiyə çıxmış olsa, bu gəzintidə getdiyi yol mənzilindən həmin yerə qədər qət etdiyi məsafədən sayılırmı?
      Cavab: Getdiyi yerdə gəzintiyə çıxması, qət etdiyi yoldan hesab olunmur.

       

      Sual 665: Müəyyən bir yerdə on gün qalmağı niyyət edəndə qaldığımız yerdən xaric olub, dörd fərsəxdən az məsafədə olan başqa bir yerə getməyi nəzərdə tuta bilərikmi?
      Cavab: Əgər qaldığınız yerdən xaric olub, şəri məsafədən az olan başqa bir yerə getməyi nəzərdə tutmağınız qəsdi-iqamətin (yəni on gün müəyyən bir yerdə qalmaq niyyətinin) düzgünlüyünə xələl gətirməzsə – məsələn, on gün ərzində iki-üç dəfə və hər dəfə də ən çoxu yarım gün şəri məsafədən az olaraq gedib-gəlsəniz – bu halda qəsdi-iqamətə xələl gəlmir.

       

      Sual 666: Nəzərə alsaq ki, aralarında iyirmi dörd kilometrdən çox məsafə olan yaşayış yerindən iş yerinə qədər yolu qət etmək namazın tam qılınmasına səbəb olur, əgər mən işlədiyim şəhərdən kənara çıxsam və ya başqa bir şəhərə getsəm, belə ki, işlədiyim yer ilə həmin yer arasında məsafə şəri məsafə qədər olmasa və zöhrdən qabaq, yaxud zöhrdən sonra iş yerimə qayıtsam, yenə də namazım tamdırmı?
      Cavab: Şəri məsafədən az olmaqla iş yerindən kənara getmək, gündəlik işinizlə əlaqəsi olmasa belə, iş yerində sizin namaz və orucunuzun hökmü dəyişmir. Bu halda, zöhrdən qabaq, yaxud zöhrdən sonra iş yerinə qayıtmağınızın bir fərqi yoxdur.

       

      Sual 667: Bir şəxs öz vətənindən başqa bir şəhərə səfər edir. O şəhərin başlanğıcına qədər olan məsafə şəri məsafə qədər deyildir, amma bu şəxsin getmək istədiyi yerə qədər olan məsafə şəri məsafə qədərdir. Şəri məsafəni hesablamaq üçün şəhərin başlanğıcı meyar götürüləcək, yoxsa şəxsin o şəhərdə getmək istədiyi yer meyar götürüləcək?
      Cavab: Ümumiyyətlə, şəri məsafənin hesablanması üçün “məbdə şəhər”in[3] sonu ilə “məqsəd şəhər”in[4] başlanğıcı arasındakı yol hesablanır.
      Amma əgər bu şəxsin məqsədi şəhərin özünə getmək deyilsə, əksinə, şəhərin ətrafında yerləşən müəyyən və müstəqil bir məkana – məsələn, şəhərdən kənarda yerləşən bəzi universitetlər, hərbi hissələr, xəstəxanalar və bu kimi məkanlara – getməkdirsə, belə ki, ürfə görə şəhərə çatmaq bu şəxsin getmək istədiyi məkana çatmaq hesab olunmursa və şəhərə daxil olub, oradan keçmək sadəcə onun getmək istədiyi məkana çatmaq üçün bir yol qismindədirsə, bu halda şəri məsafənin hesablaması üçün həmin xüsusi məkana
       
      Sual 668: Mən hər həftə Xanım Məsuməni (s.ə) ziyarət etmək və Cəmkəran məscidinin əməllərini yerinə yetirmək üçün Qum şəhərinə səfər edirəm. Bu səfərdə namazımı tam, yoxsa qəsr qılmalıyam?
      Cavab: Bu səfərdə siz başqa müsafirlər hökmündəsiniz və namazınız qəsrdir.

       

      Sual 669: Mən Kaşmir şəhərində doğulmuşam. Hicri-şəmsi 1345-ci ildən 1369-cu ilə qədər Tehranda yaşamışam və oranı özümə vətən etmişəm. Üç ildir ki, ailəmlə birlikdə idarə işləri əlaqədar Bəndər-Abbasa ezamiyyətə göndərilmişəm və bir ildən sonra və ya daha tez özümə vətən etdiyim Tehran şəhərinə geri dönəcəyəm. Nəzərə alsaq ki, Bəndər-Abbasda olduğum müddətdə hər an bu rayonun başqa şəhərlərinə ezamiyyətə göndərilə və orada bir müddət qala bilərəm, habelə, ezamiyyətə nə zaman göndəriləcəyim məlum deyildir, xahiş edirəm ki:
      Birincisi, mənim namaz və orucumun hökmünü bəyan edəsiniz.
      İkincisi, həyat yoldaşımın evdar qadın olduğunu və Tehranda doğulduğunu, mənimlə Bəndər-Abbasa gəldiyini və burada yaşadığını nəzərə alaraq, onun namaz və orucunun şəri hökmü nədir?
      Cavab: Sualda deyilənlərə əsasən, siz həmin şəhərdə müsafir hökmündə deyilsiniz. Orada sizin və həyat yoldaşınızın namazı tamdır və orucunuz düzgündür.

       

      Sual 670: Bir şəxs müəyyən bir yerdə on gün qalmağı niyyət etmişdir, çünki on gün orada qalacağını bilirdi və ya on gün orada qalmağı qərara almışdı. Amma bir dördrəkətli namaz qılmaqla namazı tam qılmaq hökmü ona aid olduqdan sonra zəruri olmayan bir səfərə çıxmaqla qarşılaşır. O, həmin səfərə gedə bilərmi?

       

      Cavab: Hətta səfər zəruri olmasa belə, onun səfər etməsinin maneəsi yoxdur.

       

      Sual 671: Əgər bir şəxs İmam Rzanın (ə) hərəmini ziyarət etmək üçün səfər etsə və orada on gündən az qalacağını bildiyi bir halda namazını tam qılmaqdan ötrü on gün qalmağı niyyət etsə, onun bu əməlinin hökmü nədir?
      Cavab: Əgər orada on gün qalmayacağını bilirsə, on gün qalmağı niyyət etməyin bir mənası və təsiri yoxdur. Orada namazını qəsr qılmalıdır.

       

      Sual 672: Vətəni olmayan bir şəhərdə işləyib, işlədiyi şəhərdə heç vaxt on gün qalmayan, amma eyni zamanda (bu şəhərə işə gəlmək üçün) şəri məsafədən az olaraq səfər edən işçilərin şəri vəzifəsi namazı tam və ya qəsr qılmaq baxımından nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, on gün bir yerdə qalmadığı təqdirdə, onun səfəri iş səfəri hesab olunur. Qaldığı və işlədiyi yerdə, habelə, bu iki yer arasındakı yolda onun namazı tamdır.

       

      Sual 673: Əgər bir şəxs bir yerə səfər etsə və orada nə qədər - on gün, yoxsa daha az - qalacağını bilməsə, namazı necə qılmalıdır?
      Cavab: Tərəddüddə olan şəxsin vəzifəsi namazı otuz günə qədər qəsr qılmaqdır. Bundan sonra isə namazı tam qılmalıdır, hətta həmin gün getməli olsa belə.

       

      Sual 674: Əgər bir şəxs iki yerdə dini maarifləndirmə işi ilə məşğuldursa və həmin məntəqədə də on gün qalmaq niyyətindədirsə, onun namaz və orucunun hökmü nədir?
      Cavab: Əgər ürfdə həmin yerlər iki yer hesab olunursa, on gün ərzində bu iki yerin birindən digərinə get-gəl etməyi nəzərdə tutaraq hər iki yerdə və ya onların birində qalmağı niyyət etmək düzgün deyildir.
       

      [1] Qəsdi-iqamət – müəyyən bir yerdə on gün qalmaq niyyəti
      [2] Burada “gün”ün müəyyən edilməsi üçün “ürf” meyar götürülür və “gün” günəş doğandan qürub edənədək olan müddət götürülür.
      [3] Məbdə şəhər – yəni səfər edən şəxsin şəhəri (ya qəsəbəsi, ya kəndi), başqa sözlə, “səfərin başlandığı şəhər”.
      [4] Məqsəd şəhər – yəni səfər edən şəxsin getdiyi şəhər (ya qəsəbə, ya kənd), başqa sözlə, “gedilən şəhər”.
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /