Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
      Çap versiyası  ;  PDF
       
      Namaz qılanın paltarı

       

      Sual 428: Napak olub-olmadığına şəkk etdiyim bir paltarda namaz qılmağım düzgündürmü?
      Cavab: Napak olub-olmamasına şəkk edilən bir paltar əgər əvvəllər napak olmayıbsa, bu paltar pak hökmündədir və bu paltarda namaz qılmaq düzgündür.
       
      Sual 429: Almaniyadan aldığım dəri kəmərin təbii, yoxsa süni dəri olduğuna, həmçinin şəri qaydada kəsilən heyvanın dərisindən olub-olmadığına şəkk edirəm. Bu kəmərlə namaz qılmağın hökmü nədir? Bu kəmərlə qıldığım namazların hökmü nədir?
      Cavab: Əgər dərinin təbii, yoxsa süni olduğuna şəkk etsəniz, onunla namaz qılmağın maneəsi yoxdur. Amma əgər dərinin təbii olduğu dəqiqləşdikdən sonra şəri qaydada kəsilən heyvanın dərisindən olub-olmadığına şəkk etsəniz, bu dəri napak deyildir, amma onunla qılınan namaz batildir. Bu hökmü bilmədiyiniz halda qıldığınız namazların qəzası yoxdur.
       
      Sual 430: Əgər namaz qılan şəxs bədənində və ya paltarında nəcasətin olmadığına əmin olsa və namaz qılsa, amma sonradan bədəninin və ya paltarının napak olduğu məlum olsa, onun namazı batildirmi? Əgər onun bədəni və ya paltarı namaz əsnasında napak olsa, onun namazının hökmü nədir?
      Cavab: Əgər bədəninin və ya paltarının napak olduğunu əsla bilməsə və bunu namazdan sonra başa düşsə, onun namazı düzgündür və namazı yenidən qılmaq və ya qəzasını qılmaq vacib deyildir. Amma əgər bədəni və ya paltarı namaz əsnasında napak olsa, bu təqdirdə əgər namaza zidd olan bir əməli yerinə yetirmədən bədəndən nəcasəti təmizləmək və ya paltarı çıxarmaq onun üçün mümkün olsa, bədəninin nəcasətini təmizləməli və ya napak paltarı əynindən çıxarmalı və namazını tamamlamalıdır. Amma əgər namaz halını qorumaqla nəcasəti kənarlaşdırmaq onun üçün mümkün olmasa və namaz vaxtı da geniş olsa, namazı kəsməli və pak bədən və paltarla namazı yenidən qılmalıdır.
       
      Sual 432: Qadın namaz əsnasında saçlarının bir hissəsinin göründüyünü başa düşür və dərhal onları örtür. O, namazını yenidən qılmalıdırmı, yoxsa yox?
      Cavab: Əgər saçların görünməsi bilərəkdən olmayıbsa, namazı yenidən qılmaq vacib deyildir.
       
      Sual 433: Bir şəxs məcbur qaldığına görə sidiyin məxrəcini daş ya çubuq ya başqa bir şeylə təmizləyir və evə gələndə onu su ilə paklayır. Bu şəxs namaz qılanda alt paltarını dəyişməli və ya paklamalıdırmı?
      Cavab: Əgər onun paltarı sidiyin rütubəti ilə napak olmayıbsa, paltarı paklamaq vacib deyildir.
       
      Sual 434: Xaricdən gətirilən bəzi sənaye texnikalarını işə salmaq yalnız xarici mütəxəssislərin əməkdaşlığı ilə mümkündür. Onlar isə İslam fiqhi baxımından kafir və napakdırlar. Qeyd etmək lazımdır ki, həmin texnikaların işə salınması üçün yağ və başqa maddələrdən istifadə edilir və bu maddələr əl ilə tökülür. Buna görə də bu texnikaların pak olması mümkün deyildir. Digər tərəfdən, iş zamanı işçilərin paltarı və bədəni bu texnikalarla təmasda olur və namaz vaxtı paltarı və bədəni tam şəkildə paklamaq fürsəti olmur. Bu işçilərin namaz xüsusunda vəzifəsi nədir?
      Cavab: Əgər sənaye qurğularını və aparatlarını işə salan kafirin kitab-əhli olduğu – belə ki, kitab-əhli pak hökmündədirlər – və ya iş zamanı əlinə əlcək geyindiyi ehtimal verilərsə, sırf bu texnikaların kafir tərəfindən işə salınması onların napak olduğuna yəqinlik yaratmır. Əgər bu texnikanların napak olduğuna və iş zamanı işçinin bədən və paltarının “keçici rütubət” vasitəsilə onunla təmasda olduğuna yəqinlik yaranarsa, namaz üçün bədəni paklamaq vacibdir. Paltarı da ya dəyişməli, ya da paklamalıdır.
       
      Sual 435: Əgər namazda insanın üstündə və ya cibində qana bulaşaraq napak olmuş dəsmal və ya bu kimi bir şey olarsa, onun namazı batildirmi?
      Cavab: Əgər dəsmal kiçik olarsa və onunla övrəti (ayıb yeri) örtmək mümkün olmazsa, onun namazda insanın üstündə olmasının maneəsi yoxdur.
       
      Sual 436: Tərkibində spirt olan indiki ətirlərlə ətirlənmiş paltarda namaz qılmaq düzgündürmü?
      Cavab: Əgər insan bu ətirlərin napak olduğunu bilməsə, həmin paltarla namaz qılmağın maneəsi yoxdur.
       
      Sual 437: Qadınlar namazda bədənin hansı hissələrini örtməlidirlər? Qolu qısa paltar geyinmək və corab geyinməməyin maneəsi varmı?
      Cavab: Qadınlar namazda bütün bədəni və saçları, bədəni tam örtən bir geyimlə örtməlidirlər. Yalnız üzün dəstəmazda yuyulması vacib olan hissəsi, biləyə qədər əllər və oynağa qədər ayaqlar istisnadır (yəni örtülməyə bilər). Naməhrəm gördüyü halda isə ayqlar da örtülməlidir.
       
      Sual 438: Namazda ayağın üstünü örtmək qadınlara vacibdirmi?
      Cavab: Naməhrəm görmədiyi halda ayaqları oynağa qədər örtmək vacib deyildir.
       
      Sual 439: Hicablanarkən və namaz qılarkən çənəni tam örtmək vacibdirmi? Yoxsa təkcə çənənin altı örtülməlidir? Çənənin örtülməsinin vacibliyi üzü örtməyin müqəddiməsidirmi, belə ki, bu müqəddimə şəri baxımdan vacibdir?
      Cavab: Çənənin özünü deyil, altını örtmək vacibdir, çünki çənə üzün bir hissəsidir.
       
      Sual 440: Əgər övrəti örtmək üçün kifayət etməyən napak bir şey namazda insanın üstündə olarsa, namaz qılan şəxs şəri hökmü, yaxud mövzunu (yəni həmin şeyin onun üstündə olmasını) unutduğu və ya bilmədiyi təqdirdə onun namazının düzgün olduğuna hökm verilirmi? Yoxsa bu məsələ, “hökmiyyə şübhəsi”[1] və “mövzuiyyə şübhəsi”nə[2] də şamil olur?
      Cavab: Yalnız unutmaq və ya bilməmək hallarına aid deyildir. Hətta insan övrəti örtmək üçün kifayət etməyən napak bir şeyin onun üstündə olduğunu bilsə belə, namazı düzgündür.
       
      Sual 441: Namazda insanın paltarında pişik tükü və ya pişiyin ağzının suyunun olması namazın batil olmasına səbəb olurmu?
      Cavab: Bəli, namazın batil olmasına səbəb olur.

      [1] Şəri hökm barəsindəki şəkk.
      [2] Şəri hökmün şamil olduğu nümunə barəsindəki şəkk.
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazı batil edən işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Bir yerdə qalmaq niyyəti və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /