Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
      Çap versiyası  ;  PDF
       
      Namazın şəkləri

       

      Sual 516: Əgər bir şəxs namazın üçüncü rəkətində şəkk etsə ki, görəsən qunutu yerinə yetiribdir, yoxsa yox, hökmü nədir? O, namazını tamamlamalıdırmı, yoxsa şəkk etdiyi vaxt namazı kəsməlidir?
      Cavab: Sözügedən şəkkə etina olunmur və namaz düzgündür. Bu xüsusda mükəlləfə heç nə vacib olmur.

       

      Sual 517: Əgər bir şəxs nafilə namazında rəkətlərin sayından qeyri bir xüsusuda şəkk etsə - məsələn, bir səcdə, yoxsa iki səcdə etdiyinə şəkk etsə - bu şəkkə etina olunurmu?
      Cavab: Nafilə namazının sözlərində və hərəkətlərində şəkk etmək, vacib namazın sözlərində və hərəkətlərində şəkk etmək hökmündədir. Yəni əgər həmin sözün və ya hərəkətin yeri keçməyibsə, bu şəkkə etina olunur. Yox əgər yeri keçibsə, ona etina olunmur.

       

      Sual 518: Çox şəkk edən şəxsin öz şəkkinə etina etməməli olduğunu nəzərə alaraq, əgər o, namazda nəyəsə şəkk etsə, vəzifəsi nədir?
      Cavab: Şəkk etdiyi işi yerinə yetirdiyinə qərar verməlidir. Amma əgər bu iş namazın düzgün olmamasına səbəb olan bir işdirsə, bu təqdirdə həmin işi yerinə yetirmədiyini qəbul etməlidir və bu xüsusda rəkətlərin sayı, namazın hərəkətləri və sözləri arasında heç bir fərq qoymamalıdır.

       

      Sual 519: Əgər bir şəxs bir neçə ildən sonra ibadətlərinin düzgün olmadığını başa düşsə, yaxud ibadətlərinin düzgün olmadığına şəkk etsə, vəzifəsi nədir?
      Cavab: Əməldən sonra edilən şəkkə etina olunmur. Əgər ibadətlərinin düzgün olmadığına yəqinliyi olsa, qəzasını yerinə yetirə biləcəyi ibadətlərin qəzasını yerinə yetirməldir.

       

      Sual 520: Əgər bir şəxs namazın bəzi əməllərini yanlışlıqla başqa əməllərin yerində yerinə yetirsə, yaxud namazda nəyəsə baxsa, yaxud da yanlışlıqla danışsa, onun namazı pozulurmu? Onun vəzifəsi nədir?
      Cavab: Namazda yanlışlıqla bir əməli yerinə yetirmək namazın pozulmasına səbəb olmur. Amma bəzi hallarda “səhv-səcdəsi”nin[1] vacib olmasına və ya başqa hökmlərə səbəb olur. Əlbəttə, əgər namazın “rükn”ü[2] azalar və ya artarsa, yaxud namazın surəti pozularsa, bu hallarda namazın pozulmasına səbəb olur.
       
      Sual 521: Əgər bir şəxs namazın bir rəkətini unutsa və axırıncı rəkətdə bunu başa düşsə, məsələn, namazın birinci rəkətinin ikinci rəkət olduğunu düşünsə və buna görə də üçüncü və dördüncü rəkətləri qılsa, amma axırıncı rəkətdə üçüncü rəkətdə olduğunu başa düşsə, onun vəzifəsi nədir?
      Cavab: Namazın salamını deməmişdən öncə qılmadığı rəkəti qılmalı, sonra namazın salamını deməlidir. Bu halda, namazın vacib təşəhhüdünü öz yerində demədiyinə görə, unudulmuş təşəhhüd üçün iki səhv-səcdəsi yerinə yetirməlidir. Ehtiyata görə, səhv-səcdəsindən qabaq unudulmuş təşəhhüdün qəzasını yerinə yetirməlidir. Əgər üçüncü rəkətdə ikən axırıncı rəkətdə olduğunu düşünüb salam deyibsə, ehtiyat-vacibə görə, daha iki səhv-səcdəsi yerinə yetirməlidir. Bu səhv-səcdəsini də təşəhhüdün qəzasından sonra yerinə yetirməlidir.

       

      Sual 522: Mükəlləf “ehtiyat namazı”nın[3] rəkətlərinin sayını – bir rəkət, yoxsa iki rəkət olduğunu – necə bilməlidir?
      Cavab: Ehtiyat namazının rəkətlərinin sayı, namazın rəkətlərinin sayının nə qədər əskik olduğuna dair verilən ehtimala bağlıdır. Beləliklə, iki rəkət və dörd rəkət arasındakı şəkdə iki rəkət ehtiyat namazı qılmaq vacibdir. Üç rəkət və dörd rəkət arasındakı şəkdə isə, bir rəkət ayaq üstə ehtiyat namazı və iki rəkət oturan halda ehtiyat namazı qılmaq vacibdir.

       

      Sual 523: Əgər namazın zikrlərindən, yaxud Quran ayələrindən, yaxud da qunutun dualarından bir kəlməsi bilmədən səhv oxunsa, səhv-səcdəsi vacib olurmu?
      Cavab: Vacib olmur.

      [1] Səhv-səcdəsi – namazda bilmədən yol verilən səhvlərə görə namazdan sonra yerinə yetirilən səcdədir.
      Səhv-səcdəsinin qaydası belədir: Namazı tamamladıqdan dərhal sonra əyləşən halda səhv-səcdəsinin niyyətini edib, iki səcdə yerinə yetirirsən və səcdədə ehtiyata əsasən bu zikri deyirsən:
      "بِسْمِ اللهِ وَ بِاللهِ، اَلسَّلامُ عَلَیکَ اَیُّهَا النَّبِیُّ وَ رَحْمَةُ اللهِ وَ بَرَکاتُهُ"
      “Bismilləhi və billəhi, Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərəkatuh.” İkinci səcdədən qalxdıqdan sonra təşəhhüdü və salamları deyirsən.
      Səhv-səcdəsinin bir sıra şəri hökmləri vardır. “Şəriət hökmlərinin izahı” adlı kitaba müraciət edə bilərsiniz.
      [2] Rükn – ibadətin ən əsas hissəsidir, belə ki, səhvə yol verilərsə (hətta bilmədən olsa belə), ibadətin düzgün olmamasına səbəb olur. Namazın rüknləri bunlardır: niyyət, təkbirətul-ehram, qiyam, rüku, iki səcdə.
      [3] Ehtiyat namazı - şəkk olunan rəkətlərin əvəzində qılınan namazdır.
      Ehtiyat namazının qaydası belədir: Namazı tamamladıqdan dərhal sonra ehtiyat namazının niyyətini edib təkbirətul-ehramı deyirsən. Həmdi oxuyub rüku və səcdələri yerinə yetirirsən. Əgər bir rəkət ehtiyat namazı qılmalısansa, iki səcdədən sonra təşəhhüdü və salamları deyirsən. Yox əgər iki rəkət ehtiyat namazı qılmalısansa, ikinci rəkətin səcdələrindən sonra təşəhhüdü və salamları deyirsən.
      Ehtiyat namazının bir sıra şəri hökmləri vardır. “Tovzihil-məsail” kitabına müraciət edə bilərsiniz.
       
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /