Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
      Çap versiyası  ;  PDF
       
      Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs

       

      Sual 641: Əgər səfər etmək bir şəxsin peşəsinin müqəddiməsidirsə, səfərdə onun namazı tam və orucu düzgündürmü? Yoxsa bu hökm, peşəsi səfər etmək olan şəxsə aiddir? Mərcəyi-təqlid İmam Xomeyninin (r.ə) qeyd etdiyi “peşəsi səfər etmək olan şəxs” ifadəsinin mənası nədir? Məgər elə bir şəxs vardırmı ki, səfər etməyin özü onun peşəsi olsun? Çünki çoban, sürücü, dənizçi və başqalarının peşəsi elə çobanlıq, sürücülük və dənizçilikdir. Səfər etməyi özünə peşə seçən bir şəxs, adətən, mövcud deyildir.
      Cavab: Səfər etmək peşəsinin müqəddiməsi olan bir şəxs əgər səfərini davam etdirmək niyyətindədirsə, belə ki, səfər ürfə görə artıq onun peşəsinin tələbi hesab olunarsa – məsələn, qarşıdakı səkkiz ay, ya doqquz ay, ya da bir il ərzində həftədə bir gün peşəsi ilə əlaqədar səfər etmək niyyətindədirsə – iş səfərlərində onun namazı tam və orucu düzgündür. Əgər o, vətəndə və ya qeyri-vətəndə məqsədli və ya məqsədsiz şəkildə on gün qalarsa, bu on gündən sonra getdiyi birinci səfərdə onun namazı qəsrdir.
      Fəqihlərin (Allah onlardan razı olsun) dilində “peşəsi səfər etmək olan şəxs” ifadəsinin mənası budur ki, səfər etmək bu şəxsin peşəsinin əsasında dayanır, məsələn, sualda qeyd edilən peşələr kimi.

       

      Sual 642: Bir ildən çox olmaq şərtilə müəyyən bir müddət hansısa bir şəhərdə iş üçün qalmalı olan şəxslərin, yaxud hərbi xidmətini yerinə yetirmək üçün bir və ya iki il hansısa bir şəhərdə qalmalı olan əsgərlərin namaz və orucu barəsində sizin nəzəriniz nədir? Namazlarının tam və oruclarının düzgün olması üçün hər bir səfərdən sonra onlar on gün qalmaq niyyətini etməlidirlərmi? Əgər on gündən az qalmaq niyyətində olsalar, onların namaz və orucunun hökmü nədir?
      Cavab: Sualda qeyd olunanlara əsasən, həmin şəhərdə onların namazı tam və orucu düzgündür.

       

      Sual 643: Əksər günlərdə hərbi hava bazalarından uçuşa qalxıb şəri məsafədən olduqca çox məsafəni qət edən və bu işi davamlı olaraq təkrarlayan hərbi təyyarələrin pilotlarının namaz və orucunun hökmü nədir?
      Cavab: Onların hökmü digər sürücülər, dənizçilər və təyyarə pilotlarının hökmüdür. Yəni səfərdə onların namazı tam və orucu düzgündür.

       

      Sual 644: İlin üç-dörd ayını qışlaqdan yaylağa, yaxud əksinə, yaylaqdan qışlağa köçən, amma ilin qalan hissəsini yaylaqda, yaxud da qışlaqda yaşayan köçəri tayfaların iki vətəni vardırmı? Yaylaq və ya qışlağın ikisindən birində qaldıqları vaxt digərinə səfər etdikdə, onların namazı qəsrdir, yoxsa tam?
      Cavab: Əgər daimi olaraq və ya uzun illər yaylaqdan qışlağa, yaxud əksinə, qışlaqdan yaylağa köç etmək və ilin bir hissəsini bunların birində və qalan hissəsini digərində yaşamaq niyyətindədirlərsə və hər iki məkanı özlərinin daimi və ya uzun müddət üçün yaşayış yeri seçiblərsə, bu iki məkanın hər biri onların vətəni hesab olunur. Bu iki məkanda onlar üçün vətən hökmü icra olunur. Amma əgər bu iki məkan arasındakı yol şəri məsafə qədər olarsa, bunların birindən digərinə səfər etdikləri vaxt müsafir hökmündədirlər.

       

      Sual 645: Mən şəhərin dövlət idarələrinin birində işləyirəm. Mənim yaşadığım yer ilə iş yerimin arasındakı məsafə təxminən otuz beş kilometrdir. Mən hər gün bu yolu işə getmək üçün qət edirəm. Əgər müəyyən bir iş üçün bir neçə gecə şəhərdə qalmaq istəsəm, namazımın hökmü nədir? Namazı tam qılmağım vacibdirmi? Məsələn, qohumlara baş çəkmək üçün cümə günü Semnan şəhərinə səfər etsəm, namazımı tam qılmağım vacibdirmi, yoxsa yox?

       

      Cavab: Əgər sizin bu səfəriniz hər gün səfər etdiyiniz iş üçün olmazsa, peşə səfəri hökmündə deyildir. Amma əgər işlədiyiniz yerə getmək üçün səfər etsəniz və bu əsnada müəyyən işləri görsəniz, məsələn, qohumlara baş çəksəniz və bəzən də bir və ya bir neçə gecə orada qalsanız, bu, peşə səfəri hökmünün dəyişməsinə səbəb olmaz və namaz tam, oruc da düzgündür.

       

      Sual 646: Əgər işlədiyim yerdə iş saatı qurtarandan və idarə işlərini yerinə yetirdikdən sonra – belə ki, mən bu iş üçün səfər etmişdim – şəxsi işləri görsəm, məsələn, səhər saat yeddidən günorta ikiyə qədər idarə işlərini yerinə yetirsəm, sonra şəxsi işlərimi görsəm, namaz və orucumun hökmü nədir?
      Cavab: İdarənin iş saatı qurtarandan sonra idarə işi üçün olan səfərdə şəxsi işləri görmək, peşə səfəri hökmünü dəyişdirmir.

       

      Sual 647: Müəyyən bir məkanda on gündən çox qalacaqlarını bilən, amma ixtiyarları öz əllərində olmayan əsgərlərin namaz və orucunun hökmü nədir? Xahiş edirəm, İmam Xomeyninin (r.ə) də fətvasını qeyd edin.
      Cavab: Əgər müəyyən bir məkanda on gün və ya daha artıq qalacaqlarına əmindirlərsə, namazı tam qılmaq və orucu tutmaq onlara vacibdir. İmam Xomeyninin (r.ə) də fətvası belədir.

       

      Sual 648: On gündən çox hərbi hissədə və on gündən çox sərhəd məntəqələrində qalan hərbçilərin namaz və orucunun hökmü nədir? Xahiş edirəm, İmam Xomeyninin (r.ə) də fətvasını qeyd edin.
      Cavab: Əgər bir yerdə on gün və ya daha çox qalmaq niyyətindədirlərsə, yaxud həmin yerdə on gün və ya daha çox qalacaqlarını bilirlərsə, namazı tam qılmaq və orucu tutmaq onlara vacibdir. İmam Xomeyninin (r.ə) də fətvası belədir.

       

      Sual 649: İmam Xomeyninin (r.ə) risaləsində (“Şəriət hökmlərinin izahı” kitabında) müsafir namazının yeddinci şərtində belə qeyd olunur: “Birinci səfər istisna olmaqla, sürücü o biri səfərlərində namazı tam qılmalıdır. Amma birinci səfərdə, hətta səfəri uzunmüddətli olsa belə, namazı qəsrdir.” “Birinci səfər” dedikdə, vətəndən hərəkət edib geri dönmək nəzərdə tutulur? Yoxsa səfər edilən yerə çatdıqda, birinci səfər tamamlanır?
      Cavab: Əgər getmək və geri dönmək birlikdə ürfə görə “bir səfər” hesab olunarsa – məsələn, sürücü yalnız bir məntəqəyə getməyi nəzərdə tutub, yəni müəyyən bir şəhərə yük aparıb, sonra geri dönəcəkdir – bu halda, getmək və geri dönmək birlikdə “bir səfər” hesab olunur. Amma əgər ürfə görə “bir səfər” hesab olunmazsa – məsələn, sürücü yük daşımaq üçün bir məntəqəyə səfər edir, sonra yenə də yük və ya sərnişin daşımaq üçün oradan başqa bir məntəqəyə səfər etməli olur, daha sonra öz vətəninə geri dönür, yaxud elə əvvəlcədən məqsədi bir neçə məntəqəyə səfər etmək idi – bu halda, birinci səfər etdiyi yerə çatdıqda, birinci səfər tamamlanır.

       

      Sual 650: Əgər sürücülük bir şəxsin sabit və daimi peşəsi deyilsə, amma az bir müddət üçün sürücülük işi ona tapşırılıbsa – məsələn, hərbi hissələrdə sürücülük işinin əsgərə tapşırılması kimi – bu şəxs müsafir hökmündədirmi? Yoxsa namazını tam qılmalı və orucunu tutmalıdır?
      Cavab: Əgər həmin az müddətdə sürücülük ürfə görə onun peşəsi hesab olunarsa, o, başqa sürücülər hökmündədir, baxmayaraq ki, şəri məsafəni qət edir.

       

      Sual 651: Əgər bir hadisəyə görə sürücünün maşını müəyyən bir müddət işləməsə və sürücü maşının təmiri və ehtiyat hissələrini almaq üçün başqa bir şəhərə səfər etsə, öz maşını ilə səfər etmədiyini nəzərə alaraq, bu səfərdə o, namazını tam, yoxsa qəsr qılmalıdır?
      Cavab: Sualda deyilənlərə əsasən, bu səfər “peşə səfəri” hesab olunur və namaz tam qılınmalıdır.

       

    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /