Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
      Çap versiyası  ;  PDF
       
      Qəza namazı

       

      Sual 524: Mən on yeddi yaşınadək möhtəlim olmaq, qüsl etmək və bu kimi məsələləri bilməmişəm. Bu barədə başqalarından da heç nə eşitməmişəm. Özüm də cənabətli olmaq və qüsl etməyin vacibliyini başa düşməmişəm. Buna görə, bu yaşa qədər mənim namazım və orucum iradlıdır. Xahiş edirəm, mənim vəzifəmi açıqlayasınız.
      Cavab: Cənabətli halda qıldığınız bütün namazların qəzasını qılmalısınız. Amma cənabətli olduğunuzu bilmədən cənabətli halda tutduğunuz oruclar düzgündür və kifayət edir, qəzası yoxdur.

       

      Sual 525: Təəssüflər olsun ki, mən əvvəllər cəhalət və iradə zəifliyi üzündən çox pis bir əməl olan istimnaya mübtəla olmuşdum. Buna görə də, bəzən namaz qılmırdım və bunun dəqiq müddəti yadımda deyildir. Mənim namaz qılmamağım davamlı şəkildə olmayıbdır və ancaq cənabətli olduğum və qüsl etmədiyim müddətdə olub. Güman edirəm ki, bu müddət təxminən altı ay olar. Bu müddətdə qılmadığım namazların qəzasını qılmağı qərara almışam. Bu namazların qəzası vacibdir, yoxsa yox?
      Cavab: Əgər bilirsinizsə ki, gündəlik namazlardan nə qədərini qılmamısınız və ya cənabətli halda qılmısınız, bu namazların qəzasını qılmaq sizə vacibdir.

       

      Sual 526: Əgər boynunda qəza namazının olub-olmadığını bilməyən şəxs müstəhəb və ya nafilə namazı qılsa, boynunda qəza namazı olduğu təqdirdə, bu namazlar onun qəza namazının yerinə hesab olunurmu?
      Cavab: Nafilə və müstəhəb namazlar qəza namazının yerinə hesab olunmur. Əgər onun boynunda qəza namazı varsa, onu qəza namazı niyyətilə qılmalıdır.

       

      Sual 527: Mən təxminən altı aydır ki, şəri vəzifə yaşına çatmışam. Bu yaşa çatmamışdan bir neçə həftə öncəyə qədər elə bilirdim ki, büluğun yeganə əlaməti hicri-qəməri ili ilə on beş yaşın tamamlanmasıdır. Amma indi oğlanların büluğunun əlamətləri barədə bir kitab oxumuşam ki, orada büluğun digər əlamətləri də qeyd olunubdur. Belə ki, bu əlamətlər məndə mövcuddur, amma onların nə zaman ortaya çıxdığını bilmirəm. Hal-hazırda mənim boynumda namaz və orucun qəzası varmı, yoxsa yox? Qeyd etməliyəm ki, mən bəzən namaz qılmışam və keçən il ramazan ayının hamısını oruc tutmuşam. Bu xüsusda mənim vəzifəm nədir?
      Cavab: Büluğ və şəri vəzifə yaşına çatıb əldən verdiyinizə yəqinliyiniz olan bütün namazların və orucların qəzası sizə vacibdir.

       

      Sual 528: Əgər bir şəxs mübarək ramazan ayında üç dəfə cənabət qüslü etsə (məsələn, ayın iyirmisi, iyirmi beşi və iyirmi yeddisi qüsl etsə) və sonradan bu qüsllərdən birinin düzgün olmadığına yəqin etsə, onun namaz və orucunun hökmü nədir?
      Cavab: Orucu düzgündür. Amma ehtiyata görə, boynuna düşən vəzifəni yerinə yetirdiyinə yəqin etdiyi miqdarda namazların qəzasını qılmalıdır.

       

      Sual 529: Bir şəxs şəri hökmü bilmədiyinə görə, bir müddət qüsldə tərtibə riayət etməmişdir. Onun namaz və orucunun hökmü nədir?
      Cavab: Əgər qüslü şəri baxımdan düzgün olmayan bir tərzdə edibsə, boynunda qüsl olan bu halda qıldığı namazların qəzasını qılmalıdır. Amma oruca gəlincə, həmin vaxt qüslünün düzgün olduğuna etiqadı olubsa, orucu düzgün hökmündədir.

       

      Sual 530: Əgər bir şəxs bir ilin qəza namazını qılmağı qərara alıbsa, onu necə qılmalıdır?
      Cavab: Namazların birindən başlaya və gündəlik vacib namazları qıldığı ardıcıllıqla davam etdirə bilər.

       

      Sual 531: Bir şəxsin boynunda uzun illərin qəza namazları vardır. O, bu namazları aşağıdakı ardıcıllıqla qıla bilərmi:
      1- Məsələn, iyirmi sübh namazı qılır;
      2- Zöhr və əsr namazlarının hər birindən iyirmisini qılır;
      3- Məğrib və işa namazlarının hər birindən iyirmisini qılır.
      Beləliklə, bir ilin namazlarını bu qaydada qılır.
      Cavab: Zöhr namazları əsr namazlarından qabaq və məğrib namazları işa namazlarından qabaq qılındığı təqdirdə, namazların qəzasını bu ardıcıllıqla qılmağın maneəsi yoxdur.

       

      Sual 532: Bir şəxs başından yaralanmış və beyninin bir hissəsi zədə almışdır, nəticədə, sol əli və ayağı və dili iflic olmuşdur. Həmçinin namazı unutmuş və onu öyrənməyə də qadir deyildir. Amma kitabdan oxumaq və ya diskdən eşitməklə namazın hissələrini müəyyən edə bilir. Hal-hazırda namazla əlaqədar onun iki çətinliyi vardır. Biri budur ki, sidiyin məxrəcini paklamağa və dəstəmaz alamağa qadir deyildir. İkincisi budur ki, namazın qiraətində çətinliyi vardır. Onun vəzifəsi nədir? Həmçinin təxminən altı ay qəzaya verdiyi namazların hökmü nədir?
      Cavab: Əgər başqalarının köməkliyi ilə olsa belə, dəstəmaz ala və ya təyəmmüm edə bilirsə, namazı bacardığı hər şəkildə, hətta diskdən dinləmək və ya vərəqdən oxumaqla olsa belə, qılması vacibdir. Bədənini paklamağa gəlincə, əgər başqalarının köməkliyi ilə belə, onu paklamağa qadir deyildirsə, napak bədənlə namaz qılsın və namazı düzgündür. Qəzaya verdiyi namazların qəzasını qılmaq da vacibdir. Yalnız namaz vaxtı boyunca bihuş olmaq nəticəsində qəzaya gedən namazlar istisnadır (yəni qəzası yoxdur).

       

      Sual 533: Gənclik dövründə mənim zöhr və əsr namazlarım məğrib, işa, sübh namazlarından daha çox qəzaya gedibdir və onların ardıcıl olduğunu, sayını və tərtibini bilmirəm. Bu halda “dövri namaz” qılınmalıdırmı? Dövri namaz nədir? Xahiş edirəm, izah edin.
      Cavab: Qəza namazında tərtibə (ardıcıllığa) riayət etmək – bir günün zöhr və əsr, məğrib və işa namazları istisna olmaqla – vacib deyildir və qəzaya verdiyinizi yəqinliklə bildiyiniz namazların qəzasını qılmaq kifayət edir. Tərtibin dəqiqləşməsi üçün namazın təkrarlanması mənasında olan dövri namaz sizə vacib deyildir.

       

      Sual 534: İzdivac etdikdən sonra məndən bəzən bir maye xaric olurdu və mən onun napak olduğunu hesab edirdim. Ona görə də, cənabət qüslü niyyəti ilə qüsl edib, namazımı dəstəmaz almadan qılmışam. “Şəriət hökmlərinin izahı adlı” kitablarda bu maye “məzy” adlandırılmışdır. İndi bilmirəm ki, dəstəmaz almadan və cənabətli olmadığım bir halda cənabət qüslü edərək qıldığım namazların hökmü nədir?
      Cavab: Həmin maye xaric olduqdan sonra dəstəmaz almadan və cənabət qüslü edərək qıldığınız bütün namazların qəzasını qılmaq vacibdir.

       

      Sual 535: Bir kafir bir müddətdən sonra İslamı qəbul etmişdir. Qılmadığı namazların və tutmadığı orucların qəzası ona vacibdirmi?
      Cavab: Vacib deyil.

       

      Sual 536: Bəzi şəxslər kommunistlərin azdırıcı təbliğatları nəticəsində neçə illər namazı və digər vacib ibadətləri tərk etmişlər. Amma İmam Xomeyninin (r.ə) keçmiş Sovet İttifaqı rəsmilərinə göndərdiyi tarixi məktubdan sonra öz səhvlərini başa düşmüş və Allaha tərəf qayıdaraq tövbə etmişlər. Hal-hazırda onlar həmin namazlar və orucların hamısının qəzasını yerinə yetirməyə qadir deyillər. Onların vəzifəsi nədir?
      Cavab: Onlar qəzaya verdikləri namazlar və oruclardan bacardıqları qədər qəzasını yerinə yetirməli, bacarmadıqlarını isə vəsiyyət etməlidirlər.

       

      Sual 537: Bir şəxs vəfat etmiş və onun boynunda namazın və mübarək ramazan ayının orucunun qəzası vardır. Onun oğlan övladı yoxdur. Amma ondan müəyyən miqdar irs qalmışdır ki, bu, namaz və orucdan ancaq birinin qəzasını yerinə yetirməyə kifayət edir. Bu təqdirdə namazın qəzası öndə dayanır, yoxsa orucun qəzası?
      Cavab: Namaz və oruc bir-birindən üstün götürülmür. Varislərə vacib deyildir ki, mərhumdan qalan irsi onun namaz və orucunun qəzasını yerinə yetirməyə sərf etsinlər. Amma əgər mərhum namaz və orucunun qəzasının yerinə yetirilməsi barədə vəsiyyət etsə, bu təqdirdə onun vəsiyyətinə əməl edərək əcir tutmaq və irsin üçdə birinin yetdiyi qədər namaz və orucunun qəzasını yerinə yetirmək lazımdır.

       

      Sual 538: Mən əksər hallarda namazlarımı qılmış və namazım qəzaya getdiyi təqdirdə də onun qəzasını yerinə yetirmişəm. Mənim namazım ya yuxuya qalıb oyanmadığım hallarda, ya da bədənim və ya paltarım napak olduğu və onu paklamağa səhlənkarlıq göstərdiyim hallarda qəzaya getmişdir. Mən qəzaya gedən gündəlik namazlarımı və boynumda olan ayət namazlarını və qəsr namazları necə hesablamalıyam?
      Cavab: Qəzaya getdiyinə yəqinliyiniz olan namazların qəzasını yerinə yetirmək kifayət edir. Bu namazlardan hansının qəsr və ya ayət namazı olduğuna yəqinliyiniz varsa, öz yəqinliyinizə müvafiq onları yerinə yetirin və qalanını gündəlik namazların qəzası ünvanında qılın. Sizə bundan artıq heç nə vacib deyildir.

       

    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /