Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
      Çap versiyası  ;  PDF
       
      Tələbələrin hökmü

       

      Sual 652: Təhsil üçün hər həftə ən azı iki dəfə səfər edən tələbələrin, yaxud işləri ilə əlaqədar hər həftə səfər edən idarə işçilərinin hökmü nədir?
      Onlar hər həftə səfər edirlər, amma ola bilər ki, universitetin və ya işin tətil olması ilə əlaqədar onlar bir ay müddətində öz vətənlərində qalsınlar və həmin müddətdə səfər etməsinlər, bir ay keçdikdən sonra isə yenidən davamlı olaraq səfər etsinlər. Belə olan halda, onların namazı birinci səfərdə qayda üzrə qəsr və sonrakı səfərlərdə tamdırmı? Əgər həmin peşə səfərindən öncə şəxsi bir işlə əlaqədar səfər etsələr, hökm nədir?
      Cavab: Tələbələr istər həftə ərzində bir neçə dəfə səfər etsinlər, istərsə də hər gün səfər etsinlər, ümumiyyətlə, təhsil üçün olan səfərdə namazın və orucun hökmü ehtiyata əsaslanır[1].
      Amma qeyri-dövlət və ya dövlət işi üçün səfər edən şəxs əgər öz vətəni ilə iş yeri arasında, yaxud qaldığı yer ilə iş yeri arasında hər on gündə ən azı bir dəfə get-gəl etsə, namazını tam qılmalıdır, orucu da düzgündür. Əgər iş üçün etdiyi iki səfər arasında on gün öz vətənində və ya başqa bir yerdə qalsa, bu on gündən sonra etdiyi birinci səfərdə namazı qəsrdir və oruc tuta bilməz. Həmçinin əgər o, bu peşə səfərindən öncə şəxsi bir işlə əlaqədar səfər etsə, şəxsi işlə əlaqədar etdiyi səfərdə namaz qəsrdir. Bu səfərdən sonra peşə səfərində isə, namazı qəsr və tam arasında cəm etmək ehtiyatı (yəni ehtiyata görə namazın həm qəsr, həm də tam qılınması) tərk edilməməlidir.

       

      Sual 653: Mən Rəfsəncan şəhərində orta məktəb müəllimi işləyirəm. Təkmilləşdirmə kurslarına göndərildiyimə görə, həftənin ilk üç gününü Kerman şəhərində təhsil alıram, həftənin qalan günləri isə öz şəhərimdə tədrislə məşğulam. Mənim namaz və orucumun hökmü barəsində sizin nəzəriniz nədir? Mən tələbə hökmündəyəmmi, yoxsa yox?
      Cavab: Əgər təhsil almaq üçün göndərilmisinizsə, sizin namazınız tam və orucunuz düzgündür.

       

      Sual 654: Əgər bir ilahiyyatçı islam maarifini yaymağı özünə peşə etmək niyyətindədirsə, bu halda o, səfərdə namazını tam qıla və oruc tuta bilərmi? Əgər bir şəxs islam maarifini yaymaq və dini maarifləndirmə, yaxud yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək işindən qeyri bir iş üçün səfər etsə, onun namaz və orucunun hökmü nədir?
      Cavab: Əgər islam maarifini yaymaq və dini maarifləndirmə, yaxud yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək ürfdə onun peşəsi və işi hesab olunarsa, bu işləri görmək üçün etdiyi səfərdə o, öz peşəsi və işi üçün səfər edən müsafir hökmündədir. Əgər bu işlərdən qeyri bir iş üçün səfər edərsə, bu səfərdə başqa müsafirlər kimi, onun namazı qəsrdir və orucu düzgün deyildir.

       

      Sual 655: Qeyri-müəyyən müddətə səfər edən şəxslərin, məsələn, dini təhsil almaq üçün dini elmlər mərkəzinə gedən ilahiyyatçıların, yaxud dövlət işində işləyən və iş ilə əlaqədar başqa bir şəhərə ezamiyyətə göndərilən işçilərin namaz və orucunun hökmü nədir?
      Cavab: Sualda deyilənlərə əsasən, əgər həmin yerdə təxminən bir il qalmaq niyyətindədirlərsə, onların namazı tamdır və orucu da düzgündür.

       

      Sual 656: Bir ilahiyyatçı öz vətəni olmayan bir şəhərdə yaşayır. Əgər o, “bir yerdə on gün qalmağ”ı niyyət etməmişdən öncə hər həftə şəhərdən kənarda olan bir məscidə gedəcəyini bilsə və ya belə bir məqsədi olsa, o, bir yerdə on gün qalmağı niyyət edə bilərmi, yoxsa yox?
      Cavab: “Bir yerdə on gün qalmağ”ı niyyət edərkən, eyni zamanda şəri məsafədən az olan və ürfə görə də “bir yerdə on gün qalmaq” anlayışı ilə zidd olmayan bir məsafədə həmin yerdən çıxmaq niyyətində olmaq, əslində, “bir yerdə on gün qalmaq” niyyətinin düzgünlüyünə xələl gətirmir. Məsələn, bu şəxs on gün ərzində iki-üç dəfə və hər dəfə də ən çoxu yarım gün olaraq qaldığı yerdən çıxıb, şəri məsafədən az olan bir məsafədə yerləşən yerə gedib-qayıdır.
       

      [1] Belə durumda olan şəxslər lazımi şərtlərə riayət edərək, başqa bir müctəhidə müraciət edə bilərlər. Müraciət etmədikləri təqdirdə isə, “ehtiyat”ın tələbi namazı qəsr və tam arasında cəm etməkdir, yəni namazı həm qəsr və həm də tam qılmalıdırlar. Ramazan ayında da ehtiyata görə oruc tutmalı və sonradan həmin orucun qəzasını tutmalıdırlar.
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /