Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı
    • Qiblə
    • Namaz qılanın məkanı
    • Məscidin hökmləri
    • Başqa dini məkanların hökmləri
    • Namaz qılanın paltarı
    • Qızıl və gümüşdən istifadə etmək
    • Azan və iqamə
    • Qiraət və onun hökmləri
    • Namazın zikri
    • Səcdə və onun hökmləri
    • Namazın düzgün olmamasına səbəb olan işlər
      Çap versiyası  ;  PDF
       
      Namazın düzgün olmamasına səbəb olan işlər

       

      Sual 501: Təşəhhüddə Əmirəl-möminin Əlinin (ə) imamlığına şəhadət vermək namazın düzgün olmamasına səbəb olurmu?
      Cavab: Namazı, o cümlədən, təşəhhüdü şiə mərcəyi-təqlidlərinin (Allah onların sayını artırsın) öz risalələrində (“Şəriət hökmlərinin izahı” adlı kitablarda) qeyd etdikləri kimi qılın və deyin, ona heç nəyi əlavə etməyin, hətta doğru və düzgün bir kəlam olsa belə.

       

      Sual 502: Bir şəxs ibadətlərində riyaya mübtəla olubdur və indi öz nəfsi ilə mübarizə aparır. Onun bu əməli də riya hesab olunurmu? Riyadan necə uzaq olmaq olar?
      Cavab: Allah üçün yerinə yetirilən hər bir əməl, o cümlədən, riya ilə mübarizə aparmaq, riya hesab olunmur. Riyadan qurtulmaq üçün Mütəal Allahın əzəməti və məxluqatın Ona ehtiyacı barədə, həmçinin bütün insanların Mütəal Allahın bəndəsi və köləsi olduğu barədə düşünmək lazımdır.

       

      Sual 503: Əhli-sünnə qardaşların camaat namazında iştirak edəndə, imam-camaat “Həmd” surəsini oxuduqdan sonra cəm halda ucadan “amin” deyilir. Bu işin hökmü nədir?
      Cavab: Əgər təqiyyə “Amin” deməyi tələb edirsə, bu ifadəni deməyin maneəsi yoxdur. Əks təqdirdə, deyilməsinə icazə verilmir.

       

      Sual 504: Bəzən vacib bir namazı qılan zaman uşağın təhlükəli işlə məşğul olduğu diqqətimizi çəkir. Uşağa və ya evdəkilərə bunu başa salmaq və təhlükənin aradan qalxması üçün “Həmd” surəsinin və ya başqa surələrin bəzi sözlərini, yaxud bəzi zikrləri ucadan deyə bilərikmi? Əgər bir kəsə nəyisə başa salmaq və ya onun sualının cavabını vermək üçün namazın qiyamında əli və ya qaşları hərəkət etdirsək, bu namazın hökmü nədir?
      Cavab: Əgər ətrafdakılara nəyisə başa salmaqdan ötrü ayələri qiraət edən və ya namazın zikrlərini deyən zaman səsi ucaltmaq, namaz halətindən çıxmağa səbəb olmazsa, maneəsi yoxdur. Bu şərtlə ki, qiraət və zikr, qiraət və zikr niyyətilə olsun. Əgər əl və ya qaş-göz cüzi miqdarda hərəkət etdirilərsə və bunun namazda hərəkətsiz olmaq və namazın surəti ilə ziddiyyəti olmazsa, namazın düzgün olmamasına səbəb olmur.

       

      Sual 505: Əgər bir şəxs namazda gülməli bir söz yadına düşdüyünə və ya gülməli bir vəziyyət yarandığına görə gülərsə, namazı pozulurmu, yoxsa yox?
      Cavab: Əgər səs ilə (yəni qəhqəhə ilə) və bilərəkdən gülərsə, namaz pozulur.
       
      Sual 506: Namazda qunutdan sonra əlləri üzə çəkmək namazın pozulmasına səbəb olurmu? Namazı pozduğu təqdirdə, bu əməl günah hesab olunurmu?
      Cavab: Bu əməl məkruhdur, amma namazı pozmur.

       

      Sual 507: Namazda gözləri yummağa icazə verilirmi, bu əsasla ki, gözlərin açıq olması insanın fikrini namazdan yayındırır?
      Cavab: Namazda gözləri yummağın şəri maneəsi yoxdur, baxmayaraq ki, rükudan qeyri halda gözləri yummaq məkruhdur.

       

      Sual 508: Mən bəzən namazda zalım “Bə`s” rejimi ilə müharibə dövründəki mənəvi hallarımızı xatırlayıram və bu, namazda mənim xüşu halımın artmasına səbəb olur? Bu iş namazın düzgün olmamasına səbəb olurmu?
      Cavab: Namazın düzgünlüyünə xələl gətirmir.

       

      Sual 509: İki nəfər arasındakı küskünlüyün üç gün davam etməsi onların namaz və oruclarının düzgün olmamasına səbəb olurmu?
      Cavab: İki nəfər arasında ədavət və küskünlük namazı və orucu pozmur, baxmayaraq ki, bu əməl şəri baxımdan məzəmmət olunur.

       

    • Salam
    • Namazın şəkləri
    • Qəza namazı
    • Ata və ananın qəza namazı
    • Camaat namazı
    • Qiraəti düzgün olmayan imam-camaatın hökmü
    • Əlil şəxsin imam-camaat olması
    • Qadınların camaat namazında iştirak etmələri
    • Əhli-sünnəyə iqtida etmək
    • Cümə namazı
    • Fitr və Qurban bayramı namazları
    • Müsafir namazı
    • Peşəsi səfər etmək olan şəxs və ya səfər etmək peşəsinin müqəddiməsi olan şəxs
    • Tələbələrin hökmü
    • Qəsdi-iqamət və şəri məsafə
    • Tərəxxüs həddi
    • Günah səfəri
    • Vətənin hökmləri
    • Vətən məsələsində zövcənin və övladın ailə başçısına tabe olmaları
    • Böyük şəhərlərin hökmləri
    • İsticari namaz
    • Ayət namazı
    • Nafilələr
    • Namazın müxtəlif məsələləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /